Putin-Paşinyan rəsmi səfərləri nə zaman baş tutacaq?

2019/09/nikol-1568873072.jpg
Oxunub: 1831     12:18     24 Yanvar 2020    
Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında martın sonu-aprelin əvvəlində görüş baş tuta bilər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən adı açıqlanmayan bir mənbə məlumat verib.

Xatırladaq ki, Paşinyan bir dəfə belə olsun Rusiyaya rəsmi səfər etməyib, Putinlə bütün görüşlər prosedur xarakterli olub.

Bundan əvvəl Paşinyan Rusiyaya səfər edəcəyini açıqlayıb.

“İlkin razılaşmamız var ki, 2020-ci ildə mən Rusiya Federasiyasına rəsmi səfər edəcəm və Rusiya prezidenti 2020-ci ilin ikinci yarısında və ya 2021-ci ilin birinci yarısında Ermənistana rəsmi səfər edəcək”, - deyə Paşinyan Yeni il ərəfəsində bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan   Görüş  

Putin-Paşinyan rəsmi səfərləri nə zaman baş tutacaq?

2019/09/nikol-1568873072.jpg
Oxunub: 1832     12:18     24 Yanvar 2020    