Ermənistanın Tavuş vilayətində nə baş verib?

2020/01/234-1579845239.jpg
Oxunub: 2734     17:12     24 Yanvar 2020    
Sosial şəbəkələrdə məlumat yayılıb ki, Ermənistanın Tavuş vilayətinin kəndlərindən birində partlayış səsi eşidilib, həmçinin Yenokavan kəndində təyyarə yerə düşüb.

Ordu.az xəbər verir ki, Tavuş vilayətinin rəhbəri Hayk Çobanyan öz “Facebook” səhifəsində heç bir hadisə baş vermədiyini, baş verən hadisələrin hava hərbi təlimləri ilə əlaqədar olduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib ki, Ermənistandakı rus aviabazasının “Erebuni” hərbi aviasiyasının “Mi-8МТВ” tipli hərbi nəqliyyat helikopterlərinin gənc pilotları gün ərzində çətin hava şəraitində sadə və mürəkkəb fəndlər yerinə yetiriblər.

Bəyanatda qeyd edilir ki, praktik məşğələlərə pilot və uçuş texnikası mütəxəssislərindən ibarət təxminən 100 hərbi qulluqçu, quru və aviasiya hərbi texnikasının təxminən 30 bölüyü cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Tavuş   Təlim  

Ermənistanın Tavuş vilayətində nə baş verib?

2020/01/234-1579845239.jpg
Oxunub: 2735     17:12     24 Yanvar 2020    