Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, güllə yarası almış hərbi qulluqçu Henri-Hayk Simon Zakareanın vəziyyəti ağır qiymətləndirilir.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan da təsdiqləyib.
“Hərbi hissədə baş verən hadisə nəticəsində iki yaralı var, ölən yoxdur. Birinin həyatı ən azından təhlükə altında deyil. Hazırda başqa bir şey deyə bilmərəm. Xahiş edirəm, detallar üçün zəng etməyin. Vəziyyət barədə olduğu kimi məlumat verəcəyik”, - deyə Hovhannisyan yazıb.
Ermənistanın “Shamshyan.com” nəşri yaralıların 2 yox, 3 nəfər olduğunu bildirir. Nəşr qeyd edib ki, onlardan birinin vəziyyəti ağırdır. Məlumata görə, vəziyyəti ağır olan erməni hərbi qulluqçu naməlum səbəblərdən digər iki hərbi qulluqçuya doğru atəş açaraq, onları yaralayıb. Daha sonra silahı özünə tərəf tutaraq atəş açıb.
*****
İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində 2 ölüm faktı qeydə alınıb.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağdakı hərbi hissələrin birində 2 hərbi qulluqçunun meyiti tapılıb.
Hadisənin təfərrüatlarını barədə hələlik məlumat verilmir.
Alpər Mövludoğlu
Ordu.az