Rusiya hərbi qulluqçuları S-400-ləri PUA-ların hücumlarından qoruyub

2019/07/345-1564051397.jpg
Oxunub: 1580     15:48     23 Yanvar 2020    
Rusiya hərbi qulluqçuları Krımdakı təlimlər zamanı “Pantsir-S1” Hava Hücumundan Müdafiə sistemləri ilə S-400 “Triumf” Zenit-Raket Komplekslərini şərti düşmənin PUA-larından müdafiə edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Qeyd olunub ki, döyüş qrupları verilən tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

S-400 (NATO-dakı adı: SA-21 “Growler”) 2007-ci ildə istifadəyə verilən uzun və orta mənzilli “yer-hava” tipli zenit-raket sistemidir. Sistemdən təyyarələri, qanadlı və ballistik raketləri məhv etmək üçün istidadə edilir. 400 kilomter məsafədə, 35 kilometr yüksəklikdəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

“Pantsir-S1” (NATO-dakı adı: SA-22 “Greyhound”) hərbi və mülki obyektləri, o cümlədən uzun mənzilli hava hücumundan müdafiə sistemlərini qorumaq üçün nəzərdə tutulan “hava-hava” tipli raket sistemidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   S-400   Təlim  

Rusiya hərbi qulluqçuları S-400-ləri PUA-ların hücumlarından qoruyub

2019/07/345-1564051397.jpg
Oxunub: 1581     15:48     23 Yanvar 2020    