Döyülən erməni polkovnik-leytenantın atası hüquq mühafizə orqanlarına müraciət edib - ƏTRAFLI

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 2310     16:50     23 Yanvar 2020    
“Hadisənin baş vermə tarixindən 4 ay keçsə də, istintaq yerindən tərpənmir. Cinayəti törədənlər bilərəkdən müəyyənləşdirilmir və ifşa edilmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu 18 sentyabr 2019-cu il tarixdə Yeğeqnadzor şəhərində amansızlıqla döyülən erməni polkovnik-leytenant Ara Mxitaryanın atası Samvel Mxitaryan deyib.

O qeyd edib ki, Paşinyan hadisənin təfərrüatının tam açılacağı və günahkarların cəzalandırılacağına vəd versə də, buna əməl edilməyib.

Hadisənin baş verdiyi ilk vaxtlarda törədilən cinayətə görə sabiq vilayət rəhbərinin köməkçisi Harutyun Qriqoryan və onun qardaşı Zaven Qriqoryanı həbs etdiklərini, ancaq bu günədək hadisənin digər iştirakçılarının müəyyən edilmədiyi qeyd edilir.

Vayots Dzor vilayətinin kiçik bir şəhərdə baş verən cinayətin üstünü açmağa və günahkarları məsuliyyətə cəlb etmək qarşısında aciz olduqlarının anlaşılmazlığı vurğulanır.

Döyülən erməni hərbi qulluqçunun atası, hadisənin ətraflı araşdırılmasına mane olan şəxsin sabiq vilayət rəhbəri Srdat Sarkisyan olmasına əminliyini bildirir.

Onun sözlərinə görə, müstəntiqlər onu Vayots Dzor vilayətinin sabiq rəhbəri Srdat Sarkisyanın hadisəyə şahid olmadığına inanadırmağa çalışırlar.

O, öz ərizəsi ilə hadisədən sonra tutduğu vəzifədən istefa verən vilayət rəhbəri Srdat Sarkisyanın yerinə, onun yaxın adamı, hadisə üzrə təqsirli bilinərək saxlanılan Harutyun və Zaven Qriqoryanlar qardaşlarının vəkili olan Ararat Qriqoryanın Paşinyan tərəfindən həmin vəzifəyə təyin edilməsini absurd hesab edir.

Qeyd olunur ki, hazırda yeni vilayət rəhbəri olan Ararat Qriqoryan hərbçinin heç kimi döymədiyini, özünün yerə yıxıldığını və adları çəkilən təqsirkar şəxslərin günahsız olduğunu sübut etməyə çalışır.

Ancaq Ermənistan MN-in 4 əməkdaşının, habelə 3 zabitin ifadəsi mövcuddur. Həmin ifadələrdə zabitlər qeyd edir və Sarkisyanla üzləşmədə də vurğulayıblar ki, Qriqoryanın çağırışı ilə hadisə yerinə gələn 7-8 nəfərdən biri də vilayətin sabiq icra başçısı olan şəxs, yəni Srdat Sarkisyan olub.

Onun sözlərinə görə, müstəntiqlər şahidlərin və zərərçəkənin bu ifadələrini gözardına vurur. Ərazidəki kameralardan da görünür ki, Sarkisyan hadisədən öncə binanın blokuna daxil olur. Ancaq işıqlar söndürüldükdən sonra onun sonrakı davranışını kamera görüntülərində ayırd etmək mümkün deyil. Şahid ifadələrində göstərilir ki, vilayət rəhbəri hadisə yerində olub və baş vermiş cinayətin qarşısını almaq üçün heç bir tədbir görməyib.

Döyülən erməni zabitin atası qeyd edib ki, istənilən halda kimsənin azadlığa çıxmasına və məsuliyyətdən qaçmasına imkan verməyəcək. Onun sözlərinə görə, heç bir səbəb olmadan MN-in hərbi qulluqçusunun dələduzcasına döyülməsinə səbəb olan hadisənin araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi işində MN və dövlət qurumları sahib çıxmır və namussuzluq edirlər.

O, Ermənistanın müvafiq dövlət qurumlarına və aidiyyəti orqanlara müraciət edərək, döyülən hərbi qulluqçunun atası hadisənin araşdırılması üçün bütün zəruri tədbirlər görülməsini və onu cinayətkara çevirməməyi tələb edir.

Döyülən erməni polkovnik-leytenant Ara Mxitaryanın qardaşı Karen Mxitaryan da qeyd edib ki, qardaşının vəziyyətində heç bir dəyişiklik yoxdur. Əvvəlki kimi uzanıb, gözləri açıq, baxır ama heç kimi tanımır.

Qeyd edək ki, daha öncə Ermənistan İstintaq Komitəsi baş vermiş hadisə ilə bağlı açıqlama verərək bildirib ki, Vayots Dzor vilayətinin sabiq rəhbəri Srdat Sarkisyanın 17 sentyabr 2019-cu il tarixində baş vermiş mübahisəyə şahid və hadisə yerində olmayıb. Lakin hadisəyə şahid olan 4 zabit öz ifadələrində vilayətinin sabiq rəhbəri Srdat Sarkisyanın hadisə yerində olduğunu və hadisənin qarşısını almaq üçün heç bir tədbir görmədiyini qeyd edib.

Xatırladaq ki, Ermənistan MN polkovnik-leytenantı Ara Mxitaryan 18 sentyabr 2019-cu il tarixdə Vayots Dzor vilayətinin Yeğeqnadzor şəhərində amansızlıqla döyülüb. Bu cinayət hadisəsi üzrə Vayots Dzor vilayətinin sabiq rəhbərinin köməkçisi Harutyun Qriqoryana qarşı ittiham irəli sürülüb. Daha sonra təqsirkar qismində Harutyun Qriqoryanın qardaşı Zaven Qriqoryan da cəlb edilib. Hər ikisi həbs edilib. Hadisədən 1 həftə sonra vilayət rəhbəri Srdat Sarkisyan tutduğu vəsifəsindən istefa verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Döyülmə  

Döyülən erməni polkovnik-leytenantın atası hüquq mühafizə orqanlarına müraciət edib - ƏTRAFLI

2019/09/Ara-M-1569492919.jpg
Oxunub: 2311     16:50     23 Yanvar 2020    