Yaxın Şərq və Afrikada ən böyük hərbi obyekt

2020/01/26936-1579767991.jpg
Oxunub: 1532     11:25     24 Yanvar 2020    
Xəbər verdiyimiz kimi, Misir Prezidenti Əbdülfəttah əs-Sisi bir neçə gün öncə xarici rəsmilərin, xüsusən Əbu-Dabinin vəliəhd şəhzadəsinin iştitrak etdiyi mərasimdə “Berenice” hərbi bazasının açılışını edib.

Bəzi hesablamalara görə, bu, Yaxın Şərqdə və Afrikada ən böyük hərbi obyekt və Qırmızı dəniz regionunda ən böyük hərbi bazadır.

Yeni baza Misirin Sudan ilə sərhəddində, Nil çayı üzərindəki ən böyük liman şəhəri olan Asvan şəhərinin yaxınlığında yerləşir. Obyektin sahəsi 67 min hektar təşkil edir.

“Jane’s” agentliyinin verdiyi məlumata görə, obyekt ərazisində dəniz bazası, döyüş təyyarələri üçün 18 anbarı olan aviabaza, hərbi xəstəxana, yerüstü döyüş və inzibati hissələr, Misir ordusunun arsenalında olan bütün növ silahlardan atəş üçün təlim poliqonları var. Bazanın yaxınlığında gücü saatda 600 sərnişin olan mülki hava limanı da mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Misir   Hərbi-baza  

Yaxın Şərq və Afrikada ən böyük hərbi obyekt

2020/01/26936-1579767991.jpg
Oxunub: 1533     11:25     24 Yanvar 2020    