Girovluqda olan Şahbaz Quliyevin yeni videosu ailəsinə göstərilib

2020/01/1579700536.jpg
Oxunub: 2306     16:51     22 Yanvar 2020    
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri kəlbəcərli girov Şahbaz Quliyevin ailəsinə onun yeni videogörüntülərini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə AzVision.az-a girovun qardaşı Manaf Quliyev məlumat verib. Onun sözlərinə görə, Şahbaz Quliyevin səhhətinin normal olduğu deyilir.

“Ötən həftə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri qardaşımın videosu gətirdilər. Təxminən 3 dəqiqəlik videoda Şahbaz səhhətinin normal olduğunu, heç bir narahatçılığının olmadığını bildirdi. Bayramqabağı ona şirniyyat və geyim göndərmişdik. Buna görə də ayrıca təşəkkür etdi. Bildirdi ki, göndərdiklərimiz ona çatıb. Şahbaz əvvəlki görüntülərinə nisbətən yaxşı görünürdü. Bir istəyi olmadı. Çünki onu artıq söz danışmağa qoymurlar”, - deyə girovun qardaşı bildirib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şahbaz-Quliyev  

Girovluqda olan Şahbaz Quliyevin yeni videosu ailəsinə göstərilib

2020/01/1579700536.jpg
Oxunub: 2307     16:51     22 Yanvar 2020    