Meksika Deputatlar Palatasında “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi anılıb

2020/01/15796-1579679480.jpg
Oxunub: 1450     12:01     22 Yanvar 2020    
Meksika Deputatlar Palatasının üzvü, hakimiyyətdə olan “Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika Dostluq Qrupunun sədri deputat Aqustin Qarsiya Rubio Meksika parlamentində “20 Yanvar” faciəsi ilə bağlı Azərbaycan xalqına baş sağlığı verib və müvafiq bəyanat yayıb.

Azərbaycanın Meksikadakı səfirliyindən Ordu.az-a verilən məlumata görə, bəyanatda “20 Yanvar” faciəsi Azərbaycan xalqına qarşı törədilmiş cinayət və misli görünməmiş vəhşilik adlandırılır. O zaman kommunist partiyasının baş katibi olan Mixail Qorbaçovun əmri ilə SSRİ ordusunun zirehli texnika və tanklarla silahlanmış böyük kontingentinin Azərbaycana yürüdülərək paytaxt Bakı şəhərinə daxil olduğu deyilir, bu qərar sovet rejiminin süqutunun qarşısının alınması və Azərbaycan xalqının müstəqillik hərəkatının məhvi məqsədini daşıyan son uğursuz addım adlandırılır.

Bu dəhşətli hadisələrin nəticəsində 150 günahsız insanın soyuqqanlılıqla qətlə yetirildiyi və 700 nəfərin ağır yaralandığı, bir çoxlarının itkin düşdüyü bildirilir. Dünya ictimaiyyətinin bu vəhşiliklər barədə məlumat almasına imkan verməmək məqsədilə sovet ordusu tərəfindən Azərbaycan televiziyasının enerji blokunun sıradan çıxardıldığı deyilir. “Qara Yanvar” adlandırılan Azərbaycan tarixinin bu səhifəsi qurbanlarının anılması üçün yüz minlərlə azərbaycanlının hər il Bakıdakı “Şəhidlər Xiyabanı”nı ziyarət etdiyi, bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən “20 Yanvar” qurbanlarının xatirələrinin yad edildiyi deyilir. Matəm kimi qeyd edilən bu günün eyni zamanda Azərbaycanın müstəqillik yolunda vacib tarixlərdən hesab edildiyi vurğulanır və bunun nəticəsi kimi 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyinə qovuşduğu qeyd olunur.

“20 Yanvar” faciəsi barədə “Human Rights Watch” insan hüquqları təşkilatının yazdıqlarından sitat gətirilərək silahsız insanlara qarşı sovet ordusunun tətbiq etdiyi gücün o qədər qeyri-proporsional olduğu deyilir ki, buna kollektiv cəza adı verildiyi bildirilir.

Azərbaycan xalqının müstəqilliyini böyük qurbanlar bahasına əldə etdiyi deyilir və “Qara Yanvar” hadisələrin bu tarixin çətin səhifələrindən biri olduğu qeyd olunur. “20 Yanvar” qurbanları xatirəsinin bütün dünya ictimaiyyəti tərəfindən anılması bu kimi dəhşətli hadisələrin bir daha heç yerdə təkrarlanmayacağına töhfə ola biləcəyi vurğulanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Meksika   20-Yanvar  

Meksika Deputatlar Palatasında “20 Yanvar” faciəsi qurbanlarının xatirəsi anılıb

2020/01/15796-1579679480.jpg
Oxunub: 1451     12:01     22 Yanvar 2020    