Ermənistan Ordusunun davada iştirak edən iki əsgəri həbs edilib

2019/05/23423-1557122165.jpg
Oxunub: 2043     16:07     22 Yanvar 2020    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində iki əsgər xidmətə yeni gələnlərə qarşı “dedovşina” tətbiq etdiklərinə görə həbs ediliblər.

Ordu.az xəbər verir ki, gənc əsgərlərə qarşı nizamnamədənkənar münasibət göstərdiyinə görə hərbi qulluqçular arasında dava baş verib.

Bildirilir ki, bir neçə əsgər müxtəlif bədən xəsarətləri alıb. İlkin araşdırmanın nəticələrinə əsasən işğalçı orduya xidmətə yeni gələnlərə qarşı fiziki və mənəvi təzyiqlər edərək davaya səbəb olan iki hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub.

Emil Martirosyan və Qor Markaryan adlı hərbçilər saxlanılaraq Ağdərə hərbi prokurorluğuna aparılıblar.

Təhqirlərə dözməyərək dava edən gənc əsgərlərin bəziləri tibb müəssisəsində müayinə edilərək xidmət yerlərinə qaytarılıblar. Xəsarət alanlara tibbi yardım göstərilib.

Əgər gənc əsgərlər izahatlarını geri götürməsələr E.Martirosyan və Q.Markaryan uzun müddət dəmir barmaqlıqlar arxasında qalacaqlar.

Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-əsgər   Dava  

Ermənistan Ordusunun davada iştirak edən iki əsgəri həbs edilib

2019/05/23423-1557122165.jpg
Oxunub: 2044     16:07     22 Yanvar 2020    