Ermənistan ordusunun zabiti benzin oğurluğuna görə cinayət məsuliyyətinə cəlb edilib

2019/06/17_09-1559548137.jpg
Oxunub: 2331     17:58     22 Yanvar 2020    
Ermənistan ordusu barədə yayılan xəbərlərin monitorinqi göstərir ki, düşmənin hərbi hissələrində zabitlərin özbaşınalığı və vəzifə səlahiyyətlərindən sui-istifadə səbəbindən baş verən cinayətlərin sayı yetərincədir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günlərdə işğalçı ordunun daha bir zabitinin cinayət hadisəsi ortaya çıxıb.

Məlumatda deyilir ki, işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən zabit vəzifəsindən sui-istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Xəbərdə qeyd edilir ki, yuxarı komandanlığın tapşırığına əsasən Drmbon briqadasında həyata keçirilən qəfil yoxlama zaman yanacaq oğurluğu aşkar edilib. Briqadanın “zampoliti” Bareğam Ağaxanyanın verdiyi məlumata əsasən, təkcə bir bölmədə 110 litr benzin oğurluğu aşkar olunub. Oğurluq edən zabitin və digərlərinin adları və hadisənin özü ictimaiyyətdən gizlədilsə də, yoxlama davam edir.

Cinayət işi acılı, faktla bağlı araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Erməni-zabit   Oğurluq  

Ermənistan ordusunun zabiti benzin oğurluğuna görə cinayət məsuliyyətinə cəlb edilib

2019/06/17_09-1559548137.jpg
Oxunub: 2332     17:58     22 Yanvar 2020    