Çinin Arktika ilə bağlı ambisiyaları ABŞ-da narahatlıq yaradır

2020/01/AP190-1579673914.jpg
Oxunub: 2712     17:17     22 Yanvar 2020    
Ötən il ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanan müdafiə haqqında qanun layihəsi federal hökumətə Arktikadakı Çin hərbi fəaliyyətləri, eləcə də Arktikaya Çin xarici sərmayələri mövzusunda hərtərəfli araşdırmalara başlamağı tapşırır.

ABŞ-ın Sahil Mühafizə komandanı admiral Karl Şultz da öz “Twitter” səhifəsində qeyd edib ki, qütb əraziləri müasir milli təhlükəsizlik məsələlərini meydana gətirir.

ABŞ elmi tədqiqat institutlarının apardığı araşdırmalara görə, dünyanın aşkarlanmamış neft qaynaqlarının 13, qaz ehtiyatlarının isə 30 faizi Arktik bölgənin payına düşür.

Arktika regionunda siyasi dəyişikliklərə 8 ölkə - ABŞ, Rusiya, Kanada, Danimarka, Norveç, Finlandiya, İslandiya və İsveç cavabdehdirlər.

ABŞ Dövlət Katibi Mayk Pompeo Arktika ilə bağlı strategiyanı elan edərkən də qeyd edib ki, Arktika və qeyri-Arktika dövlətləri var, üçüncü bir kateqoriya mövcud deyil.

Ancaq Vaşinqtonun bu cür xəbərdarlıqları Pekinə az təsir edir. Çin yaxın zamanda Arktika sularını keçə bilən nüvə enerjisi ilə işləyən gəmilər inşa etməyi planlaşdırır. Bundan başqa həmin ərazilərdə geolji kəşfiyyat işləri də aparır.

ABŞ-da hazırda 2 buzqıran gəmi var, yaxın illərdə daha bir neçəsinin inşası planlaşdırılır.

Qeyd edək ki, Arktika ərazilərində narahatlıq Pekinin bütün dünyada gücünü və təsir dairəsini genişləndirməyə çalışdığı üçün bir vaxta ortaya çıxıb.

Eskpertlər bildirir ki, Çinin Arktika ərazisində böyüyən ambisiyaları ABŞ üçün ciddi milli təhlükəsizlik problemidir.

Bu kimi faktlar Arktika uğrunda mübarizəni qızışdığını göstərir. Bu isə gələcəkdə beynəlxalq aləmdə yeni münaqişə ocaqlarının yaranması, ən yaxşı halda “soyuq müharibə”ni yenidən təhlükəli həddə çatması ilə nəticələnə bilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Arktika   Çin   ABŞ  

Çinin Arktika ilə bağlı ambisiyaları ABŞ-da narahatlıq yaradır

2020/01/AP190-1579673914.jpg
Oxunub: 2713     17:17     22 Yanvar 2020    