KXDR nüvə-raket sınaqları ilə bağlı moratoriumuna əməl etməyəcəyini açıqlayıb

2020/01/15796-1579669999.jpg
Oxunub: 1484     09:54     22 Yanvar 2020    
Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə-raket sınaqları ilə bağlı özünün müəyyən etdiyi moratoriuma bundan sonra əməl etməyəcəyini açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, KXDR buna səbəb kimi ABŞ-ın tətbiq etdiyi “qəddar və qeyri-insani” sanksiyaların davam etməsini göstərib.

Vaşinqtonu Pxenyana qarşı “ən kobud və qeyri-insani” sanksiyalar tətbiq etməkdə ittiham edən KXDR diplomatı, ABŞ tərəfdən bu cür siyasətin davam etdiriləcəyi halda Koreyanın nüvəsizləşdirilməsinin baş tutmayacağı barədə xəbərdarlıq edib.

“Biz artıq digər tərəfin yerinə yetirmədiyi öhdəliklərə birtərəfli qaydada bağlı qalmağın mənasını görmürük”, - deyə Şimali Koreyanın BMT-nin Cenevrə bölməsindəki nümayəndəliyinin müşaviri Cu Yonq-çol qurumun himayəsi ilə keçirilən tərksilah konfransında bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   Nüvə  

KXDR nüvə-raket sınaqları ilə bağlı moratoriumuna əməl etməyəcəyini açıqlayıb

2020/01/15796-1579669999.jpg
Oxunub: 1485     09:54     22 Yanvar 2020    