Burkina-Fasoda terror hücumu nəticəsində 36 nəfər öldürülüb

2020/01/maint-1579669070.jpg
Oxunub: 1404     10:17     22 Yanvar 2020    
Burkina-Fasonun şimalında baş vermiş terror hadisəsi nəticəsində azı 36 nəfər ölüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, 20 yanvarda bir qrup silahlı terrorçu Naqraoqo qəsəbəsindəki bazara giriblər.

"32 həmyerlimizi öldürüblər, bazarı yandırıblar və Alamu kəndi yaxınlığında daha dörd adamı öldürüblər. Bundan əlavə, üç nəfər yaralı da var”, - deyə yerli televiziyada bildirilib.

Hökumət ölənlərin və yaralananların ailələrinə başsağlığı verib.

Hələlik heç bir terror təşkilatı hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Burkina-Faso   Terror  

Burkina-Fasoda terror hücumu nəticəsində 36 nəfər öldürülüb

2020/01/maint-1579669070.jpg
Oxunub: 1405     10:17     22 Yanvar 2020    