Ermənistan MTX-dən itən kağız qovluqlarının Kutoyanın ölümü ilə nə əlaqəsi var?

2020/01/00-57-1579604066.jpg
Oxunub: 1341     11:47     22 Yanvar 2020    
İstintaq tərəfindən əldə edilən məlumatlara əsasən, Kutoyan 9 dekabr 2019-cu ildə Ermənistana qayıtdıqdan sonra müvəqqəti olaraq atasının evində yaşayırdı, lakin hərdən bir Paruyr Sevak küçəsindəki öz mənzilə baş çəkirdi.

Eyni zamanda, 2019-cu ilin dekabr ayının sonunda Kutoyanın mənzilə tək getdiyi, mənzildə alkoqollu içki qəbul etdikdən sonra, qanuni yolla özünə aid olan “Glock 34” tipli tapançasından qonaq otağı və mətbəxi ayıran divara 35 nizamsız atəş açdığı haqqında məlumat əldə edilib.

Daha sonra G. Kutoyanın xahişi ilə onun arvadı gilizləri və aşkar edilən güllələri toplayaraq divanın qarşısındakı masanın üzərinə qoyub.

İstintaq, həmçinin 16 yanvar 2020-ci il tarixində təxminən saat 15: 20-də Kutoyan, Yerevanın Arşakunyats prospektindəki ata evinin yaxınlığından taksi ilə ki Paruyr Sevak küçəsindəki özünə məxsus mənzilə gedib. Öncədən ailəsinə iki və ya üç gün ərzində yuxarıda göstərilən mənzildə istirahət etmək niyyəti barədə məlumat verib.

“17 yanvar 2020-ci ildə G. Kutoyanın yaxınları, onunla telefon əlaqəsi yarada bilməyərək Kutoyanın qeyd olunan mənzilinə gediblər. Həmin mənzildə Kutoyanın arvadı onun cəsədini qonaq otağındakı divanda aşkar edib”, - deyə ibtidai istintaq həyata keçirən orqanın yaydığı bəyanatının mətnində deyilir.

İstənilən halda, ilk təəssürat intihar fərziyyəsinin inkişaf etdirilməsidir, İstintaq Komitəsinin iddialarına görə hələ dekabr ayının sonlarında Georgi Kutoyanın belə bir istəyi olub. Digər tərəfdən, vacib bir məqamın, açıqlanmayan bir amilin açıq şəkildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoruna təzyiq göstərməsi təəssüratı yaradılır, başqa sözlə, intihar fərziyyəsinin doğru olduğunu qəbul etsək də, Georgi Kutoyan bu ifrat addım barədə düşünməsinə bəzi insanların və ya məqamların səbəb olduğu ehtimal edilir.

“Versiyalar fərqli ola bilər, axı Kutoyan kriminal xarakteri ilə tanınan iqtidar tərkibində vəzifə tutub. Ancaq bu gün manipulyasialardan yayınmaq, duyğulu mövqelər ifadə etməmək üçün fərziyyələrdən, ehtimallardan, fikirlər söyləməkdən çəkinib, uzaq duracağıq. Yalnız xatırladaq ki, bir neçə ay əvvəl, ən yüksək səviyyədə hakimiyyət dəyişikliyindən sonra MTX-də “1 Mart” hadisələri ilə əlaqəli sənədlərin məhv edildiyi barədə açıqlama verilib. Daha sonra Artur Vanetsyan məhv edilən sənədlərin böyük əksəriyyətinin bərpa olunduğunu açıqlayıb. Kutoyanı bu epizodla bağlı yada salıblarmı, MTX-dən itən kağız qovluqlarının Kutoyanın ölümü ilə nə əlaqəsi var?”, - deyə erməni siyasi ekspert Sarkis Artsruni bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   Kutoyan  

Ermənistan MTX-dən itən kağız qovluqlarının Kutoyanın ölümü ilə nə əlaqəsi var?

2020/01/00-57-1579604066.jpg
Oxunub: 1342     11:47     22 Yanvar 2020    