“Birtərəfli istintaq “1 Mart”ın bütün həqiqətini aşkara çıxarmayacaq”

2019/10/timth-1570696270.jpg
Oxunub: 1389     10:30     22 Yanvar 2020    
“12 il əvvəl “WikiLiks”in açıqladığı sənədlər Ermənistanda 2008-ci ilin prezident seçkiləri, bundan əvvəl və sonrakı hadisələrlə bağlı vacib açıqlamalar verir. Bu hadisələr ABŞ səfirliyinin diqqət mərkəzində olub və amerikalı diplomatların yazışması “1 Mart” işi üzrə Ermənistan Xüsusi İstintaq Xidmətinin versiyasında tamamilə fərqlənən reallığı təqdim edir”.

Ordu.az xəbər verir ki, bu, Ermənistanda fəaliyyət göstərən “Alternativ Lahiyələr Qrupu”nun üzvü Elinar Vardanyan bildirib.

O qeyd edib ki, “WikiLiks”in nəşrlərində açıqlanan məlumat heç vaxt müzakirə mövzusu olmamış daha dərin problemləri aşkara çıxarır.

“Bu, açıq şəkildə göstərir ki, “1 Mart”ın, bundan əvvəl və sonrakı hadisələrin ciddi səbəbləri var. Bu səbəbləri açıq müzakirə mövzusuna çevirmək və bununla da bu hadisələrin nə zamansa təkrarlanacağı ehtimalının qarşısını almaq lazımdır. “1 Mart”ı bir cinayət işi çərçivəsində nəzərdən keçirmək və məhdudlaşdırmaq olmaz, bu, bizə heç nə verməyəcək. Birtərəfli istintaq “1 Mart”ın bütün həqiqətini aşkara çıxarmayacaq”, - deyə Vardanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-Mart   Ermənistan  

“Birtərəfli istintaq “1 Mart”ın bütün həqiqətini aşkara çıxarmayacaq”

2019/10/timth-1570696270.jpg
Oxunub: 1390     10:30     22 Yanvar 2020    