Erməni deputat: “Dövlət qarşısında öz borcunu vermək və geri qayıtmaq istəməyən insanlar var”

2020/01/56756-1579597747.jpg
Oxunub: 2120     17:56     21 Yanvar 2020    
Yanvarın 20-də Ermənistan parlamentinin iclasında “İşıqlı Ermənistan” fraksiyasının təqdim etdiyi “Müəyyən olunmuş qayda pozuntusu ilə məcburi hərbi xidmət keçməmiş vətəndaşlar haqqında qanun”a dəyişiklik edilməsi qanun lahiyəsinin plenar iclasların gündəliyinə daxil edilməsi məsələsi müzakirə olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının üzvü, “Mənim Addımım” fraksiyasının deputatı Tiqran Karapetyan komissiyanın sözügedən qanun lahiyəsinə nə üçün qarşı olduğunu şərh edib.

O qeyd edib ki, bu qanun ordudan yayınmaq üçün çox maraqlı qanuna çevrilib.

“Biz bunu sonuncu dəfə uzatdıqda deyirdik ki, bu, sondur. İndi cənab Qorqisyan (qanun lahiyəsinin müəllifi - red) deyir ki, komissiyada ilin sonuna qədər həll verəcəyimizi demişik. Belə bir şey olmayıb, demişik ki, həll edilməli olan problem var. Hərbi xidmət məcburidir, lakin dövlət qarşısında öz borcunu vermək və geri qayıtmaq istəməyən insanlar var. Gəlin bu barədə açıq danışaq. Hesab edirəm ki, bunun əleyhinə səs verməliyik”, - deyə Karapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Fərarilik  

Erməni deputat: “Dövlət qarşısında öz borcunu vermək və geri qayıtmaq istəməyən insanlar var”

2020/01/56756-1579597747.jpg
Oxunub: 2121     17:56     21 Yanvar 2020    