Avropa dəniz missiyası Hörmüz boğazında təhlükəsizliyi təmin edəcək

2020/01/thumb-1579597145.jpg
Oxunub: 2235     16:52     21 Yanvar 2020    
Avropa İttifaqının səkkiz üzvü Hörmüz boğazında dəniz nəzarət missiyası qurmaq qərarına gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borell məlumat verib.

Qeyd olunur ki, təşəbbüs Fars körfəzi və Hörmüz boğazında çoxsaylı dəniz hadisələri ilə nəticələnən qeyri-sabitlik və etibarsızlıq səbəbiylə hərəkətə ehtiyacın olduğunu vurğulayan Fransa tərəfindən irəli sürülüb.

Fransa Xarici İşlər Nazirliyi vəziyyətin Avropaya aid və aid olmayan gəmilər və ekipajların sərbəst hərəkətinə və təhlükəsizliyinə təsir etdiyini, tticarət və enerji tədarükünə təhlükə yaratdığını söyləyib.

Hollandiya, Danimarka, Belçika, İtaliya, Portuqaliya, Almaniya və Yunanıstan təşəbbüsə qoşulan ölkələrdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:   Hörmüz  

Avropa dəniz missiyası Hörmüz boğazında təhlükəsizliyi təmin edəcək

2020/01/thumb-1579597145.jpg
Oxunub: 2236     16:52     21 Yanvar 2020    