NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir

2020/01/WYHSC-1579592108.jpg
Oxunub: 1384     11:36     21 Yanvar 2020    
NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək “Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir.

Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə, Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək.

Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır.

Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbiçi göndərəcək. Bu ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə “Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənilir.

Hərbi qulluqçuların və ağır texnikanın yerləşdirilməsinə fevral ayından başlanılacaq.

Təlimlər isə 2020-ci ilin iyun ayında baş tutacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Gürcüstan  

NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir

2020/01/WYHSC-1579592108.jpg
Oxunub: 1385     11:36     21 Yanvar 2020    