“Sən əsgər anasısan, anam!”

2019/11/61708-1574166107.jpg
Oxunub: 2368     17:42     22 Yanvar 2020    
Könül sinə-dəftər olsa belə, bəzən fikirləri sonacan ifadə etməyə çətinlik çəkirsən. Bəzən sükutlu danışmalı olursan. Bəzən sözü sükut əvəzləyir, bəzən sükut razılıq və məğlubiyyət əlamətini də ifadə edir...

Bir vaxtlar uşaqların dava-dava oyunları vardı. Küsüb-barışdığımız davaların adlarını dəyişiblər. Deyəsən, onlar da bizim kimi böyüyüblər, "müharibə"də olublar. Müharibəni tarixçilər yazır. Tarixçilər hadisələrin təfərrüatını həmişə diqqətdə saxlaya bilirmi? Üzüyuxarı qalxanda qarşımıza qayalar, diklər çıxır. Bəzən məcbur, bəzən könüllü təslim oluruq. Diki qalxdıqca yerə səpələnən incikliyimiz, ürəyimizdə olan sözlər, aşağıya doğru diyirlənən göz yaşlarımız aydınca görünür, sezilir. Hərdən zamanın keçmiş adlı aşağılarını görmək istəyirik.

Yenə bir oğul öz vəzifə borcunu yerinə yetirdi, ən uca ad qazandı, Şəhid oldu. Əsgər Fərzəli Fərzəliyev, necə hissdi ucalıqlardan canını, son nəfəsini verdiyin torpağı izləmək? İndi torpağın ətrini quruyan qanına, donmuş canına çəkirsən. Gözlər lap axırda ölür. Əbədiyyətə sonda gözlər və ruh gedir. Gözlərin son məqamda əsgər yoldaşlarının narahatlığını, dost itirmə acısını pıçıldadı səssizcə. Ruhun atanı, ananı ziyarət etdi. Anladılar ki, artıq sən böyük Azərbaycanın oğlusan. Digər Şəhid yoldaşlarına - balaca Zəhraya, Farizə ürəyimizdəki son sözləri, minnətdarlığımızı çatdır. Onlara de ki, bizim qisasımız alınacaq!

... Ana, artıq pəncərənə düşən kölgə, ürəyində qalan "bəlkə"yəm. Qamətini əymə, anam. Elə danış ki, səsində səsim gəlsin. Sən əsgər anasısan, anam!..

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əsgər   Ordu  

“Sən əsgər anasısan, anam!”

2019/11/61708-1574166107.jpg
Oxunub: 2369     17:42     22 Yanvar 2020    