Ermənistan MTX-nin sabiq direktorunun ölümü kimə lazım idi?

2020/01/Untit-1579340568.jpg
Oxunub: 3571     15:58     18 Yanvar 2020    
“Ermənistan MTX-nin keçmiş direktoru Georgi Kutoyanın ölümü ilə bağlı intihar həddinə çatdırılma maddəsi ilə cinayət işi açılıb, lakin hələ bir çox versiya irəli sürüləcək”, - deyə Ermənistan İstintaq Komitəsi sədrinin müavini Artur Melikyan bildirib.

Onun sözlərinə görə, Kutoyanın cəsədi hadisə yerində güllə yarası ilə aşkar edilib, “GLOCK” tipli tapança aşkarlanıb.

“Hadisə yerində silahın Gürcüstan təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən hədiyyə edilmiş və qanuni olaraq əldə edilmiş olduğu müəyyən edilib. Çox sayda giliz və divarlarda zədələnmə izləri var. Hadisə yerində mütəxəssislər Kutoyanın atasının iştirakı ilə əməliyyat tədbirləri həyata keçirir. Hazırda istintaq araşdırma tədbirləri davam edir. Həyat yoldaşı, atası, kriminalistlər, məhkəmə tibbi ekspertiza və müstəntiqlər istisna olmaqla hadisə yerində heç kim olmayıb”, - deyə Melikyan bildirib.

O qeyd edib ki, cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi üzrə cinayət işi açılıb.

“Xahiş edirəm 110-cu maddə ilə aldanmayasınız, indiki mövcud məlumata görə 110-cu maddə ilə cinayət işi açılıb, amma bir çox versiya irəli sürüləcək. Bu bir qətl cinayəti ola bilər, bu intiharla örtülmüş bir cinayət ola bilər, daha sonra məhkəmə ekspertizası aparılmaqla ümumi mənzərənin, nəyin baş verdiyi aydın olacaq”, - deyə Melikyan bildirib.

Kutoyanın cəsədi İrəvanın Paruyr Sevak küçəsi 8/1 ünvanındakı mənzilində tapılıb.
“Gördüyümüz kimi, hər zamankindən daha çox sual doğuran, müxtəlif versiyaları ortaya çıxaran olduqca mürəkkəb və qarışıq bir faciə ilə qarşılaşmışıq. Baş verən hadisə qətl olsa belə, bütün təhlükəsizlik mühitinin yenidən qiymətləndirilməsinə səbəb olan bir faciədir. Belə bir statusa malik şəxsin öldürülməsi və ya hətta intihar etməsi dövlətə, onun qurumlarına və təhlükəsizliyinə ciddi zərbədir”, - deyə erməni ekspert Sarkis Artsruni bildirib.

Bu hadisə Ermənistan tarixində ilk dəfə deyil. Ermənistan bir neçə dəfə indiki və ya keçmiş yüksək vəzifəli bir məmurunun öldürülməsinə şahid olub. Marius Yuzbaşyan, Artsrun Marqaryan, Vahram Xorxorun qətlləri yada düşür. Yeri gəlmişkən, keçmiş erməni polis rəisi Hayk Harutyunyanın aylar əvvəl öldürüldüyünü və ya intihar etdiyini xatırlasaq, keçmiş yüksək rütbəli polis məmurunun demək olar ki, eyni ssenari ilə hakimiyyət dəyişikliyindən sonra ölməsi ikinci cinayət faktı kimi baş verdiyi heç də diqqətdən kənar məsələ deyil.

“Ermənistandakı mövcud hakimiyyət nəinki fəaliyyətdə olan, eyni zamanda keçmiş yüksək vəzifəli şəxslərin təhlükəsizliyi və onlarla bağlı cinayətlərinin ifşası üçün fövqəladə və müstəsna məsuliyyət daşımalıdır, çünki Paşinyan komandası təkcə bugünkü bir çox məsələyə görə deyil, həm də bir sıra keçmiş hadisələrə görə məsuliyyəti öz üzərinə götürüb. Aydın məsələdir ki, bir sıra keçmiş hadisələri üzə çıxarmadan bu gün və sabah üçün adekvat gündəliyi tərtib etmək mümkün deyil. Əlbətdə ki, bu gün istintaqda olan cinayət işlərinin heç birində Kutoyanın hər hansı bir statusu yox idi, amma unutmayaq ki, onun işlədiyi dövrdə üç əsas hadisə baş verib, yəni aprel döyüşləri, post patrul xidməti alayının tutulması və inqilabın inkişafı prosesləri məhz onun dövrünə təsadüf edir. Başqa sözlə, Kutoyan son dərəcə vacib rol oynayan və məlumata malik olan bir insan olub”, - deyə erməni ekspert qeyd edib.

Bəs Kutoyanın ölümü kimə lazım idi?

Bu, yalnız konkret bir cinayətə cavab vermək üçün deyil, bir sıra digər, heç də az əhəmiyyət kəsb etməyən suallara cavab vermək üçün vacibdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Kutonyan   MTX   Cinayət  

Ermənistan MTX-nin sabiq direktorunun ölümü kimə lazım idi?

2020/01/Untit-1579340568.jpg
Oxunub: 3572     15:58     18 Yanvar 2020    