“Ermənistan hakimiyyəti Qarabağ məsələsi ilə bağlı strategiya və konsepsiyaya malik deyil” - Manoyan

2020/01/768-1579253360.jpg
Oxunub: 3087     17:28     17 Yanvar 2020    
“Dağlıq Qarabağ məsələsinin nizama salınması istiqamətində aparılan danışıqlarda Ermənistan hakimiyyətinin addımlarından aydın şəkildə məlum olur ki, hakimiyyət nə strategiya, nə də konsepsiyaya malik deyil”.

Ordu.az xəbər verir ki, bunu “Tert.am” nəşrinə açıqlamasında Daşnaksütun Bürosunun “Hay dat” və siyasi məsələlər ofisinin rəhbəri Kiro Manoyan deyib.

Kiro Manoyanın sözlərinə görə, Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı mütəmadi olaraq ziddiyətli bəyanatlar verir ki, bu da Ermənistanın beynəlxalq arenadakı mövqelərini zəiflədir.

“Məsələn, Ermənistan Xarici İşlər naziri Bratislavada bəyanat verir ki, Dağlıq Qarabağ məsələsi Qarabağ xalqının (qondarma qurum-red.) iradə ifadəsi əsasında həll edilməlidir, lakin onlar öz “iradəsini” referendumlarla (birtərəfli şəkildə keçirilmiş qanunsuz fəaliyyətlər-red.) ifadə ediblər. Ermənistan hakimiyyəti tərəfindən bütün bunların görməzdən gəlinməsi göstərir ki, onlar Qarabağın (qondarma qurum-red.) beynəlxalq şəkildə tanınması istiqmətində konkret addımlar atmırlar”, - deyə Manoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ   Təxribat  

“Ermənistan hakimiyyəti Qarabağ məsələsi ilə bağlı strategiya və konsepsiyaya malik deyil” - Manoyan

2020/01/768-1579253360.jpg
Oxunub: 3088     17:28     17 Yanvar 2020    