Ermənistan MTX-nin həbs etdiyi şəxs: “Bizdə məlumat var idi ki, 2016-cı ildə Qarabağa geniş miqyaslı gərginlik olacaq”

2020/01/00-46-1579249353.jpg
Oxunub: 3291     16:28     17 Yanvar 2020    
2015-ci il noyabrın 25-də Ermənistan Milli Təhlükəsizlik Xidməti 39 yaşlı erməni, “Hayots vahan” ictimai təşkilatının rəhbəri Artur Vardanyanı “zərərsizləşdirib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, irəli sürülmüş ittihama görə, Artur Vardanyan 2015-ci ilin aprelindən Ermənistan Respublikası ərazisində olmaqla Ermənistan vətəndaşlarından təşkil olunmuş cinayətkar qruplaşma yaradıb və ona rəhbərlik edib.

Təşkil olunmuş qrup tərkibində qanunsuz olaraq böyük sayda silah, sursat, partlayıcı maddələr, partlayıcı qurğular alınıb, saxlanılıb, mübadilə olunub və daşınıb.

Artur iddia edir ki, ona qarşı irəli sürülmüş ittiham absurddur.

“Əslində, bu cinayət işində heç bir cinayətkar yoxdur. Bütün bu şəxslər döyüşçü, tələbə, adi vətəndaşlardır. Bu, formalaşdırılmış qrup deyil, birbaşa olaraq həqiqətən də narahat olan insanlar idi. Bizdə məlumat var idi ki, 2016-cı ildə Qarabağa geniş miqyaslı gərginlik olacaq, lakin insanlar başa düşmədilər, bizi tutdular, məni quldur, banda rəhbəri adlandırdılar. Bir il sonra isə Aprel döyüşləri oldu”,- deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Silahlı-Qruplaşma   Aprel-döyüşləri  

Ermənistan MTX-nin həbs etdiyi şəxs: “Bizdə məlumat var idi ki, 2016-cı ildə Qarabağa geniş miqyaslı gərginlik olacaq”

2020/01/00-46-1579249353.jpg
Oxunub: 3292     16:28     17 Yanvar 2020    