Orduda fiziki hazırlığın artırılmasını diqqət mərkəzindədir

2020/01/ae4f1-1579243389.jpg
Oxunub: 2340     16:42     22 Yanvar 2020    
Döyüş hazırlığının tərkib hissəsi kimi, fiziki hazırlığın əsgərlərimizin sağlamlığının möhkəmləndirilməsində və fiziki göstəricilərinin inkişafında böyük rolu var.

Digər hərbi hissələrimizdə olduğu kimi, "N" hərbi hissəsində də şəxsi heyətin fiziki hazırlığı həmişə diqqət mərkəzində saxlanılaraq, günün nizam qaydasına uyğun məşğələlər keçirilir. Hərbi hissənin düşmənlə təmas xəttində yerləşməsinə baxmayaraq, müasir standartlara cavab verən idman şəhərciyi mövcuddur. Burada şəxsi heyətin fiziki hazırlıq məşğələlərinin səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Hərbi hissəyə gəlişimiz fiziki hazırlıq məşğələsinin vaxtına təsadüf etdi. Hərtərəfli diqqət və qayğı ilə əhatə olunan əsgərlərimiz leytenant Nurlan Bənnayevin göstərdiyi çalışmaları istəklə yerinə yetirirdilər. Hiss olunurdu ki, Vətən keşikçilərinin idmana marağı yüksəkdir.

Məşğələ bitdikdən sonra hərbçilərimizlə həmsöhbət olmaq imkanı qazandıq. Əsgərlərimizin fiziki hazırlığından danışan zabit bildirdi ki, bölmə istənilən əmri icra etməyə həm fiziki, həm də praktiki cəhətdən hazırdır.

"Döyüş meydanında düşmənə qalib gəlmək üçün dözümlü olmalı, cəld və çevik hərəkət etməlisən. Qarşıya qoyulan tapşırığın vaxtında, dəqiq yerinə yetirilməsində müntəzəm keçirilən fiziki hazırlıq məşğələlərinin rolu danılmazdır. Bu səbəbdən əsgərlərimizin fiziki hazırlığının artırılmasını diqqət mərkəzində saxlayırıq. İdman məşğələlərinin səmərəli keçirilməsi üçün bütün imkan və vasitələrdən istifadə edirik. Bölmənin şəxsi heyəti təyin olunmuş vaxtlarda idmanla məşğul olur. Əsasən məşğələlərdə fiziki güc tələb edən çalışmalara üstünlük veririk. Mütəmadi olaraq bölmələrarası müxtəlif idman yarışları keçiririk. Qalib komanda hərbi hissə komandanlığı adından mükafatlandırılır. Yoldaşının qalibiyyətini, onun sevincini görən əsgərlər çalışırlar ki, növbəti yarışın qalibləri olsunlar. Bu da əsgərlərimizdə mübarizə əzmini gücləndirir. Bu gün yarışda birinci olmaq istəyiylə alışıb-yanan döyüşçü, döyüşdə düşməni göz qırpmağa qoymayacaq."

Əsgər Əfqan Məmmədhüseynov hərbi hissədə nizam-intizamın, qarşılıqlı münasibətlərin güclü olduğunu bildirdi.

- Güclü, qüdrətli Azərbaycan Ordusunun əsgəri olmaqdan qürurlanıram, - deyə Vətənin müdafiəçisi söhbətə başladı. - Hərbi formanı geyindiyim andan üzərimə düşən məsuliyyəti dərk etdim. Vətəni qorumaq hər birimizin müqəddəs borcudur. Bunun üçün hərbi formanı daşıyacağımız anı gözləmək lazım deyil. Gənc yaşlarımızdan fiziki hazırlığımıza diqqət yetirməliyik. Unutmamalıyıq ki, qarşıda işğalda olan torpaqlarımız, xalqımızın qanına susayan düşmən dayanıb. Buna görə Ali Baş Komandan İlham Əliyevin döyüş əmrinə qədər praktiki biliklərimizi, psixoloji və fiziki hazırlığımızı artırmalıyıq. Komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyir, öyrəndiklərimizi təlimlərdə dəqiq, sərrast və tez yerinə yetiririk. İnanırıq ki, tezliklə xalqımıza Qələbə sevincini yaşadacağıq.

"Hərbçi olaraq fiziki hazırlığımızı daim diqqət mərkəzində saxlayırıq. Müntəzəm olaraq komandirlərimizin tabeliyində idmanla məşğul oluruq. Gündən-günə fiziki gücümüz artır, praktiki biliklərimizi təkmilləşdiririk. Bunun nəticəsidir ki, təlimlər zamanı verilən əmr və tapşırıqların öhdəsindən layiqincə gəlirik. Döyüşlərdə düşməni asanlıqla istər atəşlə, istərsə də əlbəyaxa döyüşlə məhv etməyə qadirik. İnanırıq ki, ailəmizin yanına qələbə sorağı ilə qayıdacağıq", - əsgər Seymur Məmmədli dedi.

Əsgərlər Samir Qasımov, Rəfxan Novruzov, İlkin Mirzəyev hərbi hissədə onlar üçün yaradılan sosial-məişət şəraitindən, göstərilən diqqət və qayğıdan danışaraq, yuxarı komandanlığa öz minnətdarlıqlarını bildirdilər. “İnanırıq ki, tezliklə Ali Baş Komandanın döyüş əmri ilə xalqımızın Qarabağ həsrətinə son qoyacağıq.”

Əsgərlərimizin yerinə yetirdiyi çevik hərəkətlər onların fiziki hazırlıqlarının yüksək səviyyədə olmasından xəbər verirdi. İnanırıq ki, əsgərlərimiz fiziki güclərini döyüşlərdə göstərəcəklər. Qələbə gününə çox az qalıb.

Ruslan Həsənzadə, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Fiziki-hazırlıq  

Orduda fiziki hazırlığın artırılmasını diqqət mərkəzindədir

2020/01/ae4f1-1579243389.jpg
Oxunub: 2341     16:42     22 Yanvar 2020    