Paşinyan güc strukturlarında etibarlı şəxslər tapa bilmir?

2020/01/768-1579170873.jpg
Oxunub: 1657     10:20     18 Yanvar 2020    
Ermənistan Baş naziri Nikol Paşinyanın Polis rəisi və Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifələrinə namizədlərin irəli sürülməsi üçün cəmi iki ay vaxtı var.

Məlum olduğu kimi, 19 sentyabr 2019-cu ildə Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi ilə Ermənistan prezidenti Armen Sarkisyan polis rəisinin vəzifəsinin icrasına Arman Sarkisyanı, MTX direktoru vəzifəsinə isə Eduard Martirosyanı təyin edib.

Yəni, artıq dörd aydır ki, bu vəzifələri müvəqqəti icraçılar idarə edir. Ancaq bu vəziyyət altı aydan çox olmayan müddətə uzana bilər. Xüsusilə, Polisdə Xidmət haqqında Qanunun 14 maddəsinin 10-cu bəndinə əsasən “Polisdə vakant vəzifəyə 6 ay müddətindən artıq olmamaqla müvəqqəti icraçı təyin edilə bilər”.

Eyni şey Milli Təhlükəsizlik Orqanları haqqında Qanunun 23-cü maddəsində təsbit edildiyi kimi da bu orqanlara da aiddir. Belə çıxır ki, Paşinyanın öz mövqeyini ortaya qoyması üçün 2 ay vaxtı qalıb.

Bəs, bu qeyri-müəyyən vəziyyətin səbəbi nədir? Paşinyanın güc strukturlarında etibarlı şəxslər tapa bilmədiyi istisna edilmir.

Ola bilsin ki, keçmiş rəhbərlər Artur Vanetsyan və Valeri Osipyan onun üçün etibarlı kadrlar olub və onların vəzifədən çıxarılmasından sonra Paşinyanı fakt qarşısında qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Güc-strukturları  

Paşinyan güc strukturlarında etibarlı şəxslər tapa bilmir?

2020/01/768-1579170873.jpg
Oxunub: 1658     10:20     18 Yanvar 2020    