Erməni general-mayor İctimai Şuraya üzvlüyünü dayandıracaq

2019/01/34534-1547875648.jpg
Oxunub: 1332     12:20     21 Yanvar 2020    
“Düzünü desəm, mən bu strukturun fəaliyyətini başa düşmürəm. Məsələn, mən müdafiə, milli təhlükəsizlik və daxili işlər məsələləri üzrə komissiyaya daxil edilmişəm və konkret olaraq ordu ilə əlaqəli olan məsələlərlə məşğul olmalı idim”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan İctimai Şurasına üzvü general-mayor Arkadi Ter-Tadevosyan deyib.

Ter-Tadevosyan Ermənistan İctimai Şurasına üzvlüyünü dayandırmağa hazırlaşdığını bildirib.

“Dünyada biz də daxil olmaqla çatışmazlıqları olmayan bir ordu yoxdur, lakin mən çox yaxşı başa düşürəm ki, bunlar barədə daim danışmaqla özümüzdən çox rəqibimizə fayda verəcəyik. Ordumuzun problemlərini həll etməyin başqa formaları var, mən artıq bu strukturda gələcəkdə edəcəklərimi təsəvvür etmirəm və buna görə də yaxın gələcəkdə ərizə yazmağa, buradan çıxmağa hazırlaşıram”,- deyə o bildirib.

İctimai Şuranın yeni seçilmiş sədri Stepan Safaryanla münasibətlərinin necə olması ilə bağlı verilən suala Ter-Tadevosyan cavab verib ki, Safaryana yalnız uğurlar arzulaya bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Tadevosyan  

Erməni general-mayor İctimai Şuraya üzvlüyünü dayandıracaq

2019/01/34534-1547875648.jpg
Oxunub: 1333     12:20     21 Yanvar 2020    