Yalnızlığı izləyən kölgə: Həmkarları Paşinyanı niyə tərk edirlər?

2020/01/45645-1579074856.jpg
Oxunub: 4211     10:53     16 Yanvar 2020    
Bu yaxınlarda məlum oldu ki, Paşinyanın mətbuat katibi Vladimir Karapetyan tamamilə aydın olmayan səbəblərdən və gözlənilmədən işdən çıxarılıb.

Karapetyan son iki ildə Paşinyanın ikinci mətbuat katibi idi. O, baş verənləri birtəhər şərh etməyə çalışsa da, həqiqətə dair açıqlamaları yalnız cəmiyyətdə və mətbuatda müxtəlif söhbətlərə və versiyalara səbəb olan yeni suallar doğururdu.

Qeyd etmək lazımdır ki, Karapetyan bu mənada istisna deyil. Paşinyanın aylar əvvəl məlum olmayan səbəblərə görə işdən çıxarılan keçmiş məsləhətçi və köməkçiləri Aram Qaribyan, Mher Sahakyan, Arsen Qasparyan və Arsen Xaçatyanla da eyni hal baş verib.

Demokratiya ilk öncə xüsusilə “məxməri” qablaşdırma ilə baş verdikdə daha yüksək hesabat səviyyəsini nəzərdə tutur. Bununla yanaşı, Paşinyan sosial mediada canlı yayımda, ailəsi və yaxın dostlarının gündəlik həyat tərzininin yayımı ilə məşğul olmaqla, Kardaşyanların realiti şousu ilə rəqabət girərək açıq-aşkar bunu reallıqla qarışdırıb.

Nəhayət, erməni ictimaiyyəti Paşinyanın nizamsız hərəkətlərinin arxasında hansı məntiq var və ya ümumiyyətlə bunlarda hər hansı bir məntiq olduğuna dair əsaslandırılmış açıqlamaları kimdən əldə edəcək?

Bəlkə, vaxtilə Paşinyanın yanında dayanan, lakin asanlıqla və səssizcə vəzifələri ilə vidalaşan məsləhətçiləri və köməkçilərindən bu yaranmış vəziyyətə aydınlıq gətirmələri üçün müvafiq açıqlama vermələrini xahiş etmək lazımdır. Əks təqdirdə, yalnız Paşinyanın “xeyirxahlığına” güvənsələr, əbədi gözləməli olacaqlar.

Bu fonda, Paşinyanın yaxın adamlarının Paşinyanın öz işçiləri ilə işləmək, düzgün ünsiyyət qurmaq, normal iş əlaqələri yaratmaq bacarığının olmaması, konstruktivliyin və adekvat müzakirələrin ona yad olmasına səbəbindən hökuməti tərk etməsinə dair mütəmadi olaraq mətbuatda yayılan məqalələr təsadüfi deyil.

Bu davranış gec-tez dönməz təkliyə və siyasi nəticələrə səbəb olacaq. İnsanlarla işləmə sənətinin mahiyyəti liderin qarşısında duran vəzifələri effektiv həll etməsinə kömək edən əsas varlıqdır, bunun olmaması geridönməz pozulmalara səbəb olur, bu gün də məhz Paşinyan belə bir məqam qarşısında qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Xaos  

Yalnızlığı izləyən kölgə: Həmkarları Paşinyanı niyə tərk edirlər?

2020/01/45645-1579074856.jpg
Oxunub: 4212     10:53     16 Yanvar 2020    