Qravitasiya silahları - Start gecikir

2020/01/456-1-1578911186.jpg
Oxunub: 4535     16:59     13 Yanvar 2020    
Potensial rəqibi məğlub etmək üçün bəzi yeni fiziki prinsiplərə əsaslanan müasir silahlar vacibdir. Bu cür şüarlar uzun müddətdir səslənir, lakin praktikada hələlik tətbiq olunmur. Digər silahlar ilə bərabər bu sferada müntəzəm olaraq bəzi qravitasiya (cazibə) silahları təklif olunur. Belə bir möcüzəli silah barədə növbəti qeydlər bir neçə gün əvvəl ortaya çıxıb.

Strateji qravitasiya silahlarının bütün planetdə istifadəsinin nəticəsi elmi fantastika yazıçılarının gözü ilə

Sirli qrazer

İyunun 4-də həftəlik "Zvezda" kanalı rus alimlərinin müharibə aparılması metodlarını dəyişdirə biləcək son inkişafı haqqında məqalə dərc etdi. Belə bir sistem qravitasiya dalğalarının generatoru olaraq təyin olunur. Burada həm də "qrazer" (qamma-lazer) adından istifadə olunur. Məqalənin başlığında "Qrazer və unikal imkanları" qeyd olunur, lakin silahın özünə dair cəmi bir-iki abzas həsr olunur, məqalənin qalan hissəsində isə digər məhsullar haqqında danışılır.

Məqalədə yaranan qravitasiya qüvvəsi dalğalarının köməyi ilə qrazerin müxtəlif əşyaları məhv etməyə qadir olduğu iddia edilir. Eyni zamanda, bu silahın ərazinin çirklənməsinə aid hər hansı təsirləri də mövcud deyil. Belə bir sistemin necə işləməli olduğu tam dəqiqləşdirilməyib. Dolayısı ilə bu günə qədər "qravitasiya dalğalarının generatoru" yalnız nəzəriyyədə mövcuddur.

Qrazer, V. Leononun ixtiraları kontekstində də xatırlanır. Son onilliklərdə bu ixtiraçı və onun firması fiziki prinsiplərdən istifadə edərək "superbirləşmə nəzəriyyəsi" və "kvant mühərriki" nəzəriyəsini təklif edirlər. Hətta mühərrik də hazırlanıb sınaqdan keçirildi. Lakin buna əsaslanan nəzəriyyə və ixtiralar dünyanın məlum mənzərəsinə ziddir və yalnız "elm adamları hələ təkzib etməyib" kimi şübhəli dəlillər və s. hesablamalar onun xeyrinədir.

Beləliklə, son məqalədə təsvir olunan qrazerə nəzəri cəhətdən əsaslandırılmayan şübhəli xarakterli bir layihə olduğuna inanmaq üçün bütün sübutlar mövcuddur. Belə bir "ixtiranın" praktik perspektivləri isə göz qabağındadır.

Keçmişin silahları

Bütün bunlara baxmayaraq "yeni prinsiplərə əsaslanan" sistemlərin bir variantı olaraq qravitasiya silahlarına aid mövzular böyük maraq doğurur. Bu tip silahların hazırlanması üçün bir neçə cəhd göstərildiyinə dair sübutlar mövcuddur, lakin bunların heç biri arzuolunan nəticəyə səbəb olmayıb. Üstəlik, bu hekayələrdən biri də qarmaqarışıq mistik hekayəyə bənzəyir.

Nasist Almaniyasının sirləri haqqında yazılan müxtəlif ədəbiyyatda Blau adı və ya təxəllüsü ilə tanınan bir alimin layihəsi dəfələrlə xatırlanır. Yazılanlara görə, Blau gizli bir laboratoriyada (bəzi mənbələrə görə, konsentrasiya düşərgələrindən birində) qravitasiya şüalarının/dalğalarının köməyi ilə hədəflərə zərbə vuran bir silahın yaradılması üzərində işləyib. Bu məhsul Yerin cazibə qüvvəsinə təsir etməli və ya anti-qravitasiya sahəsi yaratmalı idi. Bu effekt hava hücumundan müdafiə sahəsində daha aktiv istifadə edilə bilərdi: qravitasiya şüalarının təsiri altında düşmən təyyarələri yerə endirilə bilərdi.

Üçüncü Reyxin sirləri haqqında hekayələrdə tez-tez olduğu kimi, Blau və onun layihəsinin mövcudluğuna dair sənədli bir sübut tapılmayıb. Eyni zamanda, Hitlerin qravitasiya silahı barədə yazılara yalnız şübhəli xarakterli nəşrlərdə rast gəlinir.

ABŞ Hərbi Hava Qüvvələri, qravitasiyalı B61 bombası

Qravitasiya sistemləri sahəsində maraqlı bir hekayə 2000-ci illərin sonunda baş verdi. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi bu mövzu ilə maraqlandı, hətta nəzəri və praktik iş üçün sifariş də verdi. Tədqiqat özəl "GravWave" şirkətinə həvalə edildi. Bu fəaliyyətlərin nəticələrinə görə, fiziki cisimləri yüksək sürətlə çatdırmaq üçün yeni bir prinsipin təqdim olunması tələb edilirdi - ilk növbədə burada kosmik gəmilərin buraxılması qeyd edilirdi, lakin bu cür metodların hərbi istifadəsi də istisna edilə bilməzdi.

Yeni texnologiyanın mərkəzində Herzenşteyn effekti dayanmalı idi. Bu elektromaqnit dalğalarının sabit maqnit sahəsindən keçməsi zamanı qravitasiya dalğalarının görünməsini təmin etməli idi. Xatırladaq ki, o vaxt hələ cazibə dalğalarının mövcudluğu hələ eksperimental olaraq təsdiqlənməmişdi. Lakin "GravWave" bu layihədən imtina etmədi.

Tezliklə "JASON Defense Advisory Group" ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin sifarişi barədə məlumat əldə etdi. Şirkət yararsız xərclərin qarşısını almaq üçün davam edən işlərin dayandırılmasını tövsiyə edən bir hesabat hazırladı. Hesablamalar Herzensteyn qravitasiya atıcı qurğusunun son dərəcə səmərəsiz olduğunu göstərdi. Dünyadakı bütün elektrik stansiyalarının istifadəsi sürətlənən sistemə yalnız 0,1 mikrocoul enerji verə bilərdi. Sistemin 10 m/s2-yə qədər sürətlənməsini təmin etmək üçün astronomik enerji itkiləri tələb olunurdu.
Elmi birliyin sərt tənqidi faydasız "tədqiqatların" dayandırılmasına səbəb oldu. Sonradan Pentaqon bədnam yeni fiziki prinsiplərin öyrənilməsinin mümkünlüyünü nəzərdən keçirdi, lakin bu istiqamətdə real iş aparmadı. Qravitasiya, geofizika və s. kimi silahlardansa, ABŞ hərbçiləri daha çox real lazer və relsli toplara üstünlük verdilər.

Qravitasiya dalğalarından və ya mənimsənilməyən digər hadisələrdən istifadə edən silah sistemlərinin layihələrini Rusiya elm adamları da təklif edib. Lakin bu təkliflər hələlik ciddi təşkilatların dəstəyini ala bilmir. Bu, yəqin ki, xroniki maliyyə çatışmazlığı ilə əlaqədardır, buna görə aidiyyatı qurumlar yalnız real layihələrə diqqət yetirməyi lazım bilir.

Nəzəriyyə və təcrübə

Hərbi istifadəyə nəzəri cəhətdən uyğun olan qravitasiya qüvvəsinə əsaslanan şüalandırma sistemi anlayışı hələ ötən əsrin 60-cı illərində təklif edilib. Nəzəriyyə səviyyəsində belə bir cihazın müxtəlif dizaynları təklif edildi və öyrənildi. Burada zəruri qraviton hissəciklərini yayan xüsusi aktiv bir mühit yaratmaq imkanı nəzərdən keçirilirdi. Fərqli şüalanmanın və sahələrin qarşılıqlı əlaqədə istifadəsi imkanları da araşdırılırdı.

Lakin yarım əsrlik bir müddət ərzində bu konsepsiya nəzəri hesablamalar mərhələsini tərk edə bilmədi. Onun həyata keçirilməsinə bir sıra amillər mane oldu. Onlardan birincisi qravitasiya qüvvəsinin çox aşağı göstəricisidir. Məhz bunun nəticəsidir ki, hazırda nə "qravitasiya qüvvəli lazer şüası" yaratmaq, nə də onun parametrlərini ölçmək mümkün deyil.

Ağır sualtı əleyhinə döyüş sursatı "Zaqon-2E"

Oxşar problemlər qravitasiya-dalğa rabitəsi anlayışında da mövcuddur. Bir neçə onilliklər əvvəl, qravitasiya dalğalarından istifadə edən radiorabitə alternativ olaraq təklif edildi. Bu təklifin icrası da müəyyən problemlərlə, onların yaradılması, qəbulu, ötürülməsi və emal edilməsi ilə əlaqələndirildi.

Beləliklə, qravitasiya qüvvələrinin bu və ya digər şəkildə hərbi sahədə tətbiqi ideyasının hələlik praktik olaraq həyata keçirilmə şansı yoxdur. Dünyadakı elm adamları yalnız qravitasiyanın xüsusiyyətlərini öyrənirlər. Ciddi uğurlar mövcuddur, lakin bu cür prinsiplər üzərində qurulan real silahlar və ya rabitə vasitələri haqqında yalnız xəyal edə bilərik.

Təvazökar, lakin real

"Qravitasiya" termininin artıq real müxtəlif məqsədli döyüş sursatlarına münasibətdə tətbiq edilməsi maraq doğurur. Bu silahlar qravitasiya qüvvəsindən istifadə edir, lakin hədəflər daha tanış metodlarla məhv edilir. Beləliklə, ingilisdilli terminologiyada sərbəst enən aviasiya bombaları çox vaxt qravitasiya sursatları adlanır. Həqiqətən, Yerin cazibə qüvvəsi bombardmançı təyyarədən atılan bombanın hədəfə doğru enməsində mühüm rol oynayır.

Rusiya silah istehsalçıları, xüsusi sualtı döyüş sursatlarını da qravitasiya silahları adlandırırlar. Qravitasiya sursatı və ya bombası, tuşlama sisteminə malik, lakin güc qurğusu olmayan bir məhsuldur. Suualtı əleyhinə qravitasiya bombası hədəfləri su səthi üzərində axtarmalıdır. Sualtı hədəf aşkar edildikdə, sursat suya dalaraq idarəetmə sükanları ilə manevr edir, qraviyasiya qüvvəsi isə ona sürət yığmaqda kömək edir.

Sensasiya təxirə salınır

Elm irəliyə doğru addımlayır və dünyanın mövcud mənzərəsini dəqiqləşdirir, tədqiqatların köməyi ilə nəzəri hesablamalar və fərziyyələr təsdiqlənir. Bütün bunlar elm və texnikanın, o cümlədən hərbi sahənin daha da inkişafına zəmin yaradır. Lakin bəzi sahələrdə belə bir fundament yaratmaq çox çətindir. Belə bir əsaslarla real nümunələr yaratmaq elə də sadə və sürətli olmayacaq.

Demək olar ki, "yeni fiziki prinsiplərə əsaslanan" silah konsepsiyalarının hamısı oxşar problemlərlə qarşılaşır. Artıq müəyyən edilib ki, cazibə silahları yalnız nəzəri cəhətdən mümkündür və onların istehsalı qeyri-müəyyən nəticəli tədqiqatların davam etdirilməsini tələb edir. Elm və texnikanın daha da inkişafı üçün fundamental tədqiqatları davam etdirmək və digər yeni sahələri öyrənmək, həmçinin əldə edilən biliklərin tətbiq edilməsi yollarını axtarmaq lazımdır. Eyni zamanda dövlət strukturları növbəti - "hər şey nəzəriyyəsinə" və ya uydurulan möcüzə silahlara vəsait xərcləməmək üçün bir qədər ehtiyatlı davranmalıdırlar.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qravitasiya-Silahları  

Qravitasiya silahları - Start gecikir

2020/01/456-1-1578911186.jpg
Oxunub: 4536     16:59     13 Yanvar 2020    