Mühəndis birləşmə, hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı - ANALİZ (HƏRBİ EKSPERT)

2019/12/cec89-4733131554.jpg
Oxunub: 4915     10:58     14 Yanvar 2020    
Mühəndis hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı müasir döyüşün mühəndis təminatı tapşırıqlarının nəzəri və praktiki bazasının əsas sistemidir. Bu sistemə zabitlər mükəmməl yiyələnməli və bunun əsasında tabeliyində olanları öyrətməlidirlər. Taktiki-xüsusi hazırlıq mühəndis qoşunlarının əsas tədris fənnidir və müxtəlif döyüş fəaliyyətlərində mühəndis təminatı tapşırıqlarını yerinə yetirmək üçün hissə və bölmələrin döyüşə hazırlığının, eləcə də yüksək çöl vərdişlərinə yiyələnməsinə, döyüş uzlaşmasına və xüsusi hazırlığının təkmilləşdirilməsinə yönəlib.

Taktiki-xüsusi hazırlıq fasiləsiz olaraq təkmilləşdirilir və dəyişdirilir. Bu, bir sıra amillərdən, o cümlədən müasir ümumqoşun döyüşünün xarakterindən, silah, texnika və qoşunların təşkilatlanmasında olan dəyişikliklərdən asılıdır. Müasir döyüşün xarakterində baş verən dəyişikliklər mühəndis qoşunlarının şəxsi heyətinin psixoloji və döyüş keyfiyyətinə, taktiki-xüsusi məşğələ və təlimlərin məzmunu, hazırlıq və keçirilmə metodikasına ciddi təsir göstərir.

Mühəndis bölmələrinin şəxsi heyətinin fəaliyyəti digər bölmələrdən onunla fərqlənir ki, mühəndis təminatının bir sıra tapşırıqları kiçik bölmələr tərəfindən yerinə yetirilir, bölmələr böyük risk və fiziki yükə məruz qalır.

Bunları nəzərə alaraq mühəndis qoşunlarının zabitləri yüksək nəzəri hazırlığa malik olmalı, taktiki-xüsusi hazırlığın forma və metodlarını daim təkmilləşdirməlidirlər.

Mühəndis birləşmə, hissə və bölmələrinin taktiki-xüsusi hazırlığının əsas formaları bunlardır:

- taktiki-sıra məşğələləri;
- taktiki-xüsusi məşğələlər;
- taktiki-xüsusi təlimlər.

Taktiki-sıra məşğələləri

Taktiki-sıra məşğələləri – bölmələrin hazırlığında döyüş uzlaşmasının başlanğıc formasıdır. Bu məşğələlər bilavasitə komandirlər tərəfindən taktiki-xüsusi məşğələlərdən və təlimlərdən əvvəl, əsasən hazırlanmış mühəndis sahəsində və şəhərciyində keçirilir.

Məşğələlərdə mühəndis təminatının müxtəlif tapşırıqlarının yerinə yetirilməsi zamanı fənd və üsullar öncə elementlərlə, sonra isə tam həcmdə və normativlərə uyğun məşq etdirilir.

Məşğələ rəhbəri bütün fənd və fəaliyyət üsullarını şəxsən mükəmməl bacarmalıdır.
Taktiki-sıra məşğələləri piyada qaydada həm ayrı, həm də digər qoşun növləri bölmələrinin cəlb olunması ilə keçirilə bilər.

Bölük və ya tabor taktiki-xüsusi təlimlərindən qabaq keçirilən taktiki-sıra məşğələləri nəzarət məşğələləri kimi yuxarı komandir (rəis) tərəfindən keçirilə bilər. Mühəndis birləşmə, hissə və bölmələrinin taktiki-sıra məşğələlərinin hazırlanması və keçirilməsi metodikası motoatıcı və tank bölmələrinin taktiki hazırlığı üzrə taktiki-sıra məşğələlərinin hazırlanması və keçirilməsi metodikası ilə eynidir.

Taktiki-xüsusi məşğələlər

Taktiki-xüsusi məşğələlər – xüsusi və taktiki hazırlığın elementlərini özündə birləşdirən tədris formasıdır. Bu məşğələlərin məqsədi bölmələrin döyüş uzlaşması, komandirlərin ərazidə mühəndis təminatı tapşırıqlarının yerinə yetirməsinin təşkili və bölmələrin idarə olunması üzrə vərdişlərinin təkmilləşdirilməsidir. Bu məşğələlər real ştat quruluşuna, qarşıda duran döyüş tapşırıqlarına və düşmənin döyüş imkanlarına uyğun taktiki şəraitdə keçirilir.
Taktiki-xüsusi məşğələdə bütün tədris sualları ardıcıllıqla, vahid taktiki şəraitdə məşq etdirilir. Tələb olduqda, məşğələnin gedişində yol verilmiş səhvlərin aradan qaldırılması məqsədi ilə ayrı-ayrı fənd və fəaliyyətlər taktiki-sıra məşğələlərində olduğu kimi məşq etdirilə bilər, yəni qısa fasilələr verilə bilər. Bu zaman çatışmazlıqlar aradan qaldırılır, sonra isə təkrar məşq keçirilir.

Taktiki-xüsusi məşğələlərdən qabaq xüsusi məşğələlər keçirilməlidir. Bu məşğələlərdə öyrədilənlər nəzəri bilik və praktiki vərdişlər alırlar. Bu xüsusi məşğələlər mühəndis qoşunlarının bütün bölmələri ilə keçirilir.

Taktiki-xüsusi məşğələlərdə əsas tədris metodları döyüş sahəsində fənd və üsulların praktiki yerinə yetirilməsi və məşq etdirilməsidir.

Bir məşğələnin davamiyyəti döyüş hazırlığı proqramı ilə müəyyən edilir və 3-4 saat, bəzi mövzular isə bir tədris gününə qədər ola bilər. Mürəkkəb mövzuların tam işlənilməsi üçün sutkalıq taktiki-xüsusi məşğələlər keçirilir. Bu məşğələlər fasiləsiz olaraq gündüz 5-7, gecə 3-4 saatdan az olmayaraq və ya əksinə keçirilir. Bu zaman gündüz (gecə) fəaliyyətlərindən gecə (gündüz) fəaliyyətlərinə keçid məsələləri də işlənir. Taktiki-xüsusi məşğələyə bilavasitə rəis rəhbərlik edir. Məşğələlərə bölmələr tam tərkibdə, silah və texnika ilə çıxarılır. Məşğələnin rəhbəri nəzəri və praktiki cəhətdən hazırlıqlı olmalıdır.

Taktiki-xüsusi məşğələnin hazırlığına daxildir:

- məşğələnin məqsədlərinin, ilkin məlumatlarının, tapşırıq və həcminin müəyyən edilməsi;
- məşğələnin planı, tələb olan hesab materialları və digər sənədlərin hazırlanması;
- məşğələ rayonunun, maddi-texniki təminatın hazırlığı;
- rəhbərin hazırlığı;
- bölmənin məşğələyə hazırlığı.

Məşğələnin keçirilmə planına daxildir:

- ilkin məlumatlar (mövzu, tədris məqsədləri, öyrədilənlərin tərkibi, məşğələnin keçirilmə vaxtı, motoresursların, təqlid və başqa vasitələrin sərfiyyat normaları, rəhbər sənədlər və tədris-maddi baza);
- məşğələnin gedişi (tədris sualları və onlara lazım olan vaxt, məşğələ rəhbərinin və öyrədilənlərin fəaliyyəti, idarəetmə siqnalları);
- məşğələnin əvvəlinə və mərhələlər üzrə taktiki şərait.

Taktiki-xüsusi məşğələ keçiriləcək ərazidə böyük həcmli işlərin yerinə yetirilməsi tələb olunduqda, ərazinin hazırlanması məqsədi ilə adətən həmin ərazidə taktiki-xüsusi məşğələdən əvvəl xüsusi hazırlıq üzrə məşğələlər planlaşdırılır və keçirilir.

Məşğələ rayonunun kəşfi keçirilərkən rəhbər:

- tədris suallarının işlənilmə qaydalarını dəqiqləşdirir;
- ilkin rayonu və hərəkət marşrutlarını qeyd edir;
- ilkin rayondan tapşırıqları yerinə yetirmə yerlərinə hərəkət üçün tələb olan real vaxtı yoxlayır;
- tədris suallarının işlənilməsi üçün mühəndis təminatı tapşırıqlarının məqsədyönlü yerinə yetirilmə hədlərini və yerlərini qeyd edir;
- düşmənin xarakterini və ehtimal edilən fəaliyyətini dəqiqləşdirir.

Böyük həcmli maddi vəsaitlər tələb edən təlim maddi-texniki baza (körpü konstruksiyaları, idarəetmə məntəqələrində müxtəlif qurğuların konstruksiyaları və s.) hissə komandirinin sərəncamı ilə hazırlanır. Maddi vəsaitlərin sərfiyyatını və eləcə də onların hazırlığına vaxt tələb etməyən elementlərin hazırlığı bölmə komandiri tərəfindən təşkil olunur.

Taktiki-xüsusi məşğələyə hazırlıq zamanı əlavə olaraq aşağıdakı hesablar və sənədlər hazırlanır:

- mina sahələrinin formulyar blankları,
- tapşırıqların yerinə yetirilməsinin təşkili cədvəlləri və s.

Məşğələnin mövzusuna uyğun olaraq əvvəldən müəyyən obyektlərin mühəndis kəşfiyyatı aparılır və mühəndis kəşfiyyatının kartı tərtib edilir.

Məşğələnin keçirilməsi qaydaları mövzunun miqyasından, tədris məqsədlərindən və məşğələyə ayrılan vaxtdan asılıdır.

Məşğələ rayonuna çıxmazdan qabaq məşğələ rəhbəri bölmələrin məşğələyə hazırlığını yoxlamalıdır (şəxsi heyətin nəzəri hazırlığı, təhlükəsizlik qaydalarını bilməsi və s.) və zədələnmələrə yol verilməməsi üçün tədbirlər görməlidir.

Məşğələ rayonunda öyrədilənlər ilkin şəraitlə tanış olur, bölmə komandirlərinə adətən 2-3 tapşırığın tam həcmdə yerinə yetirilməsi tapşırığı verilir. Tapşırıq verməzdən əvvəl məşğələ rəhbəri topoqrafik və taktiki səmtləşmə keçirir.

Öyrədilən bölmənin komandiri tapşırığı aldıqda onu aydınlaşdırır, şəraiti qiymətləndirir və qərar qəbul edir. Qərarın məruzəsini dinləyərkən məşğələ rəhbəri öyrədilən komandirin şəraiti düzgün başa düşməsinə və tapşırığın yerinə yetirilməsinin ən məqsəuyğun ardıcıllığını seçməsinə nail olur.

Məşğələ rəhbəri, nəzarət sualları və müdaxilələrlə öyrədilən komandiri nöqsanların düzəldilməsinə istiqamətləndirir və onun düzgün qərar qəbul etməsinə nail olur. Məşğələ rəhbəri öyrədilən bölmə komandirinə təşəbbüs, sərbəstlik və qətiyyət öyrətməlidir. Öyrədilən bölmənin komandiri səhvə yol verdikdə rəhbər əlavə suallarla onun düzgün nəticəyə gəlməsinə nail olmalıdır. Məşğələnin gedişində tam mənimsənilməmiş fənd və fəaliyyətləri təkrar məşq etdirmək lazımdır. Öyrədilən bölmə komandirlərinin və ya şəxsi heyətin fəaliyyətində ciddi səhvlərə yol verildikdə məşğələ rəhbəri qərarı ləğv edə bilər və ya tapşırığın yerinə yetirilməsini dayandıra bilər, taktiki fasilə edərək nöqsanların aradan qaldırılmasına nail olduqdan sonra məşğələni davam edir.

Düşmən fəaliyyətləri öyrədilənlərə müdaxilələrin verilməsi ilə, təqlid ilə, xüsusi ayrılmış bölmələrin (əsgərlərin) fəaliyyəti ilə çatdırılır. Tapşırığın yerinə yetirilməsi zamanı məşğələ rəhbəri onların fəaliyyətinə müdaxilələrlə, atəşin təqlidi ilə, şəxsi heyət və texnikada itkiləri elan etməklə təsir göstərir.

Məşğələ təhlil ilə başa çatdırılır. Təhlildə məşğələnin hərtərəfli analizi əsasında yekun keçirilir və onun məqsədlərinə nə dərəcədə müvəffəq olunduğu müəyyən edilir.

Təhlilin ardıcıllığı aşağıdakı qaydada ola bilər:

- məşğələnin mövzusu və məqsədləri göstərilir;
- mövzu üzrə əsas nəzəri müddəalar qısaca açıqlanır;
- taktiki şərait xatırladılır və onun fonunda öyrədilən bölmənin fəaliyyətləri ətraflı təhlil edilir.

Təhlilin sonunda tədris məqsədlərinə nail olunma barədə nəticələr çıxarılır, bölmənin qiyməti elan edilir və növbəti taktiki-xüsusi məşğələnin hazırlığı zamanı nəyə diqqət yetirməsi, hansı nəzəri müddəaları öyrənmək tələb olunduğu göstərilir.

Təhlil bölmələrin bütün şəxsi heyəti ilə, eləcə də zabit və çavuşlarla ayrılıqda keçirilir.

Taktiki-xüsusi təlimlər

Taktiki-xüsusi təlimlər mühəndis birləşmə, hissə və bölmələrinin çöl vərdişlərini öyrətmə formalarının ən effektlisidir, döyüşə hazırlığın yüksəldilməsinin ən vacib vasitəsidir. Taktiki-xüsusi təlimlərin gedişində komandirlər, qərargahlar və qoşunlar ümumi, fasiləsiz inkişaf edən taktiki şəraitdə, vahid niyyətlə, müxtəlif döyüş növlərində, müxtəlif ərazidə, uzun müddət, gündüz və gecə, ilin müxtəlif fəsillərində mühəndis təminatı tapşırıqlarını praktiki yerinə yetirirlər. Əsas öyrətmə üsulu – döyüş fəaliyyətinə maksimal yaxın olan şəraitdə bütün öyrədilənlər tərəfindən mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki işdir.

Taktiki-xüsusi təlimlər planlaşdırılmış, nümayiş, nəzarət (yoxlama) və tədqiqat məqsədi ilə ola bilər. Planlaşdırılmış taktiki-xüsusi təlimlər bir pillə yuxarı komandir və rəislər tərəfindən təşkil olunur və keçirilir.

Taktiki-xüsusi təlimlərin məqsədləri:

- müxtəlif döyüş növlərində və ərazidə mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə mühəndis hissə və bölmələrinin döyüş uzlaşması;
- ərazidə mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsinin təşkili üzrə komandir və qərargahların vərdişlərinin təkmilləşdirilməsi;
- döyüşün gedişində hissə və bölmələrin idarə olunması;
- mühəndis birləşmə, hissə və bölmələri arasında, həmçinin qoşun növü hissə və bölmələri ilə qarşılıqlı əlaqənin məşq etdirilməsi;
- döyüş şəraitinə yaxın şəraitdə mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsinə şəxsi heyətin səfərbər olunması üzrə təcrübə əldə olunması;
- şəxsi heyətə yüksək mənəvi, döyüş və psixoloji keyfiyyətlərin, cəsarət, zirəklik və yoldaşlıq hisslərinin aşılanması.

Mühəndis bölmələri ilə taktiki-xüsusi təlimlər müstəqil və ya motoatıcı (tank) hisələri (bölmələri) ilə birgə keçirilir. Təlimlər birtərəfli keçirilir, düşmən isə təqlid edilir. Bütün təlimlər öyrədici olmalı və öyrədilənlər üçün tanış olmayan ərazidə keçirilməlidir. Şəxsi heyət təlimlərə tam tərkibdə silah və texnika ilə çıxarılır. Təlimlərin gedişində müasir döyüşün mühəndis təminatının əsas tapşırıqlarını yerinə yetirmə zamanı bölmələrin uzlaşmalarının təkmilləşməsinə xüsusi diqqət yetirilməlidir.

Taktiki-xüsusi təlimlərin hazırlanması və keçirilməsi üçün rəhbərlik və vasitəçi aparat yaradılır, tələb olduqda əlavə olaraq tədqiqat qrupu təyin edilir. Rəhbərliyin qərargahı təlimin əsas idarəetmə orqanıdır və yuxarı qərargahın vəzifələrini yerinə yetirir. Qərargah, rəhbərin göstərişinə əsasən təlimin sənədlərini hazırlayır, təlim rayonunun hazırlanmasını, rabitəni və komendant xidmətini təşkil edir. Təlimin gedişində rəhbərlik qərargahı komandirin qərarına və öyrədilən bölmələrin fəaliyyətinə müvafiq sərəncamlar və müdaxilələr hazırlayır, vaxtında onları bölmələrə çatdırır və verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət edir.

Birliyin mühəndis hissəsi ilə taktiki-xüsusi təlimin keçirilməsi üçün hissənin qərargah rəisi, bölük, kəşfiyyat və əlahiddə taqım komandirləri yanında qoşun vasitəçiləri təyin olunur.

Taqımları bir-birindən uzaq məsafədə fəaliyyət göstərən bölük təlimlərində qoşun vasitəçiləri hər taqıma təyin edilə bilər.

Birliyin mühəndis hissəsinə qoşun vasitəçiləri motoatıcı birləşmələrin mühəndis xidməti rəisləri və mühəndis-istehkam bölük komandirləri, motoatıcı birləşmələrin mühəndis-istehkam bölüklərinə isə - birliyin mühəndis-istehkam böluklərinin və digər birləşmələrin mühəndis-istehkam bölüklərinin komandirləri təyin edilir. Vasitəçilərin xidməti vəzifələri və hərbi rütbələri öyrədilən bölmə komandirinin rütbə və vəzifələrinə bərabər və ya yuxarı olmalıdır.

Taktiki-xüsusi təlimin hazırlığına daxildir:

- təlimin planlanması (əməliyyat-taktiki və təşkilati-metodiki sənədlərin hazırlanması);
- rəhbərliyin və vasitəçilər aparatının hazırlanması;
- öyrədilən bölmələrin hazırlanması.

Təlimə hazırlıq hissə və bölmə komandirlərinin bilavasitə rəhbərliyi ilə həyata keçirilir. Tabor təliminin hazırlığı təlimdən bir ay, bölüklərdə ən az 10-15 gün əvvəl başlayır.

Birliyin mühəndis hissəsi ilə taktiki-xüsusi təlimin keçirilməsi üçün aşağıdakı sənədlər tərtib edilir:

- təlimin keçirilmə planı;
- təşkilatı göstərişlər;
- taktiki tapşırıq;
- ilkin döyüş sərəncamları, döyüş sərəncamları, döyüş əmrləri;
- rəhbərin müavinlərinin, köməkçilərinin və vasitəçilərin fərdi planları;
- düşmən fəaliyyətinin işarələnmə planı;
- təqlid planı;
- mənəvi-psixoloji təminat planı.

Bölük taktiki-xüsusi təliminin keçirilməsi üçün yalnız plan tərtib edilir.

Tabor (bölük) taktiki-xüsusi təlimin keçirilməsi üçün əsas sənəd onun keçirilməsi planıdır. Tabor (bölük) taktiki-xüsusi təliminin planında ilkin məlumatlar (mövzu, tədris məqsədləri, təlimin keçirilmə müddəti, təlimə cəlb edilən qoşunların tərkibi, motoresurs, sursat və təqlid vasitələrinin normaları), təlimin mərhələləri, onların davamiyyəti, tədris sualları, təlim rəhbəri tərəfindən keçirilən tədbirlər, taktiki niyyət, təlimin əsas göstəriciləri işlənir. Planın tərtib edilməsini onun ən əsas tərkib hissəsi – taktiki niyyətin işlənməsindən başlamaq tövsiyə olunur.

Taktiki niyyətdə əks etdirilir:

- ilkin şərait;
- qoşunların vəziyyəti, qruplaşması, döyüş tapşırıqları və komandirlərin niyyətləri;
- döyüş fəaliyyətlərinin bir növündən digər növünə keçdikdə - müvafiq olaraq yeni döyüş tapşırıqları və onların komandirlərinin niyyətləri;
- öyrədilən qoşunların çıxış rayonları və onların tutulma vaxtı;
- təlimin mərhələləri üzrə mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı öyrədilən hissələrin (bölmələrin) komandirlərinin ehtimal olunan qərarları və cəmləşmə rayonları göstərilməməklə onların döyüş tapşırıqları;
- tərəflərin qoşunlarının döyüş fəaliyyətlərinin oynanılması rayonları.

Ehtiyac olduqda ərazidə niyyətin dəqiqləşdirilməsi üçün rəhbər ərazi kəşfi keçirir.

Onun gedişində dəqiqləşdirilir:

- təlim rayonunun ümumi sərhədləri, çıxış rayonu;
- mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi rayonları (yerləri), təlimdən sonra bölmələrin toplanma rayonu, daimi yaşayış məntəqəsinə qayıtma qaydası, üsulu və marşrutu;
- təhlükəsizlik tədbirləri və dövlət, şirkət və əhalinin şəxsi mülkiyyətinin qorunması;
- təlimin təhlilinin yeri və vaxtı.

Bundan başqa yamsılama, maneələr, dağıntılar və əngəllər sahələri və hüdudları, həmçinin təlim rayonunun hazırlanması üzrə mühəndis tədbirlərinin xarakteri və həcmi, tələb olunan qüvvə və vasitələr müəyyən edilir.

Planın mətn hissəsində təlimin mərhələləri üzrə öyrədilənlərin təlimə çıxarılması, taktiki tapşırıq, ilkin döyüş sərəncamı, döyüş sərəncamı və əmrlərin verilməsi, döyüş fəaliyyətlərinin oynanılması, müavinlərin, köməkçilərin və vasitəçilərin dinlənilməsi, daimi yaşama məntəqəsinə qayıtma, təhlilin keçirilməsi qayda və vaxtı əks etdirilir.

Qalan sənədlər ümumqoşun taktiki təlimləri və ərazidə komanda-məntəqə təlimlərinin təşkili və keçirilməsi üzrə təlimatların tələblərinə uyğun olaraq təlimin planına əsasən tərtib edilir.

Təlim rayonunun hazırlanması zamanı əlavə olaraq yerinə yetirilir:

- əngəl və qurğuların qurulması və təchiz olunması;
- öyrədilənlər tərəfindən hazırlanması nəzərdə tutulmayan qurğu konstruksiyalarının hazırlanması;
- su maneələrinin kəşfiyyatı;
- dəmir yolları, bərk örtüklü yollar üzərindən keçidlərin hazırlanması və başqa tədbirlər.

Təlim rayonunun hazırlanması üçün xüsusi bölmələr ayrılır. Bunun üçün ərazidə həmin bölmələrlə taktiki-xüsusi və xüsusi məşğələlər keçirilir.

Təlim rəhbəri özü şəxsən təlimə hazırlaşır, öz müavinlərini, köməkçiləri və vasitəçiləri hazırlayır, onlar isə öz növbələrində müvafiq olaraq onlara tabe olan zabitləri və bölmələri hazırlayır. Hazırlıq, təlimatların və başqa rəhbəredici sənədlərin müddəalarının öyrənilməsindən başlayır. Birləşmə, hissə və bölmələrin taktiki-xüsusi təlimə hazırlanması döyüş hazırlığını pozmayaraq yerinə yetirilməlidir. Zabitlər təlimə komandir hazırlığı sistemində və fərdi qaydada hazırlaşırlar. Taborların və birləşmələrin qəragahlarının hazırlığı qərargah məşqlərində, ərazidə bölmələrin idarə olunması üzrə məşqlərdə, xəritə üzərində komanda-məntəqəsi təlimlərində yerinə yetirilir. Təlimdən bir gün əvvəl hissə və bölmənin təlimə hazırlığına baxış keçirilir. Şəxsi heyətin təlimə hazırlığı, təchizatı, silah, texnika, mühəndis silahlanma vasitələri, rabitə vasitələri, həmçinin qidalanma, isinmə məntəqələrinin, istirahət yerlərinin və s. varlığı və vəziyyəti, eləcə də digər maddi vəsaitlərlə təmin olunması yoxlanılır. Texnikaya təyin edilmiş fərqlənmə nişanları vurulur.

Taktiki-xüsusi təlimlər mühəndis birləşmə, hissə və bölmələrinin daimi yaşayış məntəqələrindən və ya onların çıxış rayonlarına çıxmasından sonra başlaya bilər. Şəraitin müxtəlif vəziyyətlərində təlimin başlanma üsulları hər dəfə fərqli olmalıdır. Mövzu və tədris məqsədlərindən asılı olaraq rəhbər taktiki tapşırığın verilməsi yerini və vaxtını müəyyən edir.

Bölüklərlə keçirilən təlimlərdə taktiki tapşırıqlar öyrədilənlərə təlim rəhbəri tərəfindən şifahi və ya xəritə üzərində çatdırılır. Öyrədilənlərə taktiki tapşırıq çatdırıldıqdan sonra rəhbərlik və vasitəçilər ilkin şəraitə görə vəzifəli şəxslərin və bölmələrin fəaliyyətinə nəzarət edir, onlara vəzifə borclarını yerinə yetirmələrini öyrədir və nəticələrini ümumiləşdirirlər. İlkin şərait üzrə bütün tədbirlər yerinə yetirildikdən sonra mühəndis təminatı tapşırıqları çatdırılır. İlkin şəraitin mürəkkəbləşdirilməsi müdaxilələrin verilməsi ilə yerinə yetirilir. Öyrədilən komandirlər tərəfindən fəaliyyətlərin niyyəti müəyyən olunduqdan və ilkin döyüş sərəncamlarının verilməsindən sonra onlara döyüş sərəncamı çatdırılır. Qərarın qəbul olunması, onun tərtib olunması və mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsinin təşkilindən sonra komandir və qərargahlara vaxt verilir. Rəhbər və vasitəçilər hissə və bölmələrə tapşırıqların vaxtında çatdırılmasına, mühəndis kəşfiyyatının aparılmasına, həmçinin mənəvi-psixoloji işin təşkilinə xüsusi diqqət yetirirlər. Qərar şəraitə tam həcmdə uyğun gəlmədikdə və ya təhlükəsizlik tədbirlərinin pozulmasına gətirib çıxararsa, təlim rəhbəri öyrədilənlərə əlavə sərəncamların, müdaxilələrin verilməsi ilə və başqa üsullarla təsir göstərir. Mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı şəraitin real döyüş şəraitinə yaxınlaşdırılması məqsədi ilə şəxsi heyət və texnikada itki vermək tələb olunur, bu da qüvvə və vasitələrlə manevr, qısaldılmış heyətlərlə və əlaqəli ixtisasçılarla tapşırıqların yerinə yetirilməsinə davam etməyi tələb edir. İtkilər üzrə müvafiq fəaliyyətlərə vasitəçilər nəzarət edir. Təlimin gedişi zamanı ciddi səhvlərə yol verildikdə rəhbər təlimi müvəqqəti dayandırır, çatışmazlıqların aradan qaldırılmasına tədbir görür və bundan sonra təlimə davam edir.

Təlimin gedişində şəxsi heyətin qidalanması, yaralı və xəstələrə tibbi yardımın göstərilməsi və təxliyyəsi, maddi vəsaitlərin daşınması və texniki qulluq döyüşdə olduğu kimi, yaranmış şəraitə müvafiq olaraq yerinə yetirilir.

Hissə və bölmələr daimi yaşayış məntəqələrinə qayıtmazdan qabaq təlim rəhbərinin göstərişi ilə təlimin başa çatması siqnalı və sərəncamlar verilir:

- döyüş sursatı və partlayıcı maddələrin təhvil verilməsi barədə;
- təlim rayonunun səliqəyə salınması barədə;
- təhlilin keçirilməsi vaxtı və yeri barədə;
- bölmələrin harada və hansı vaxtda cəmləşdirilməsi barədə.

Öyrədilən hissə (bölmə) komandirinin təlim rəhbərinə daimi yaşayış məntəqəsinə çatma barədə məruzəsindən sonra və rəhbər tərəfindən göstəriş verildikdə təlim başa çatır. Təlimin başa çatması ilə rəhbər tərəfindən taktiki-xüsusi təlimin təhlili keçirilir. Təhlil əvvəl bütün şəxsi heyətlə, sonra ayrılıqda zabitlərlə keçirilir. Təhlili təlimin rəhbəri şəxsən keçirir. Təhlildə mövzu, tədris məqsədləri və təlimin niyyəti göstərilir, sonra isə mərhələlər üzrə bölmələrin fəaliyyətinin analizi verilir. Burada hissə və bölmələrin əldə etdiyi qabaqcıl təcrübə də göstərilə bilər. Təhlilin sonunda rəhbər təlimin məqsədlərinə hansı dərəcədə nail olunmasını elan edir, komandirlərə, qərargahlara, hissənin (bölmənin) uzlaşmasına və çöl vərdişlərinə qiymət verir, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə, həmçinin texnika, silah və əmlaka qulluq göstərilməsinə dair tapşırıqlar verir.

Nəticə:

1. Mühəndis birləşmə, hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı daim təkmilləşdirilməli, düşmənin döyüş imkanlarına və maneələr sisteminin xarakterinə, bizim qoşun qruplaşmalarının tərkibinə və əməliyyat (döyüş) tapşırıqlarına uyğunlaşdırılmalı, ştatı, təchizatı, döyüş imkanları və döyüş hazırlığı – döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsini təmin edən səviyyəyə çatdırılmalıdır.

2. Mühəndis bölmələrinin hazırlığında, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı yaradılan mühəndis orqanları tərkibində uzlaşması, qərarlara müvafiq olaraq əmrinə verilən və marağında tapşırıqlar yerinə yetirdiyi ümumqoşun qüvvələri ilə birgə fəaliyyətlərdə qarşılıqlı əlaqənin təşkilinə əsas diqqət yetirilməsi məqsədəuyğundur.

3. Mühəndis birləşmə, hissə və bölmələrinin hazırlığı üçün təlim maddi-texniki baza, o cümlədən mühəndis şəhərcikləri və təlim sahələri hər hərbi hissə və uzaq məsafədə yerləşən bölmələrin yaxınlığında hazırlanmalıdır. Həmin mühəndis şəhərciklərində, düşmənin müdafiə xəttinin qarşısında və müdafiənin dərinliyində qurulmuş maneələr zolaqlarının yaradılması və bölmələrin real şəraitdə öyrədilməsi diqqət mərkəzində olmalıdır.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
Ümumqoşun döyüşünün mühəndis təminatı
Mühəndis qoşunları taktiki xüsusi hazırlığ üzrə metodiki vəsait
Mühəndis qoşunları bölmələrinin taktiki-xüsusi və texniki hazırlığı üzrə təlimat
Mühəndis istehkam bölmələrin xüsusi və texniki hazırlığ üzrə tədris vəsaiti
http://berlogamisha.mybb.ru/viewtopic.php?id=119&p=4
https://studopedia.su/19_79422_tseli-i-zadachi-inzhenernogo-obespecheniya.html

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mühəndis-hazırlığı  

Mühəndis birləşmə, hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı - ANALİZ (HƏRBİ EKSPERT)

2019/12/cec89-4733131554.jpg
Oxunub: 4916     10:58     14 Yanvar 2020    