Özəl Hərbi Kompaniyaların yaranması və dünya təcrübəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - IV YAZI

2019/12/n2-3155204948.jpg
Oxunub: 5086     11:05     21 Yanvar 2020    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Döyüş əməliyyatları və silahlı münaqişələrdə ÖHK-ların iştirakı

1977-ci ildə təqaüdə çıxan İngiltərə Hərbi Hava Qüvvələrinin mayoru Devid Valker tərəfindən qurulan KMC kompaniyası 1980-ci illərdə Nikaraqua kontraslarını dəstəkləməkdə iştirak edib.

1987-ci ildə Filippində Torpaq Sahibləri Birliyi 200 silahlı əsgərin tabeliyində olan kəndli hərəkatına qarşı mübarizə aparmaq üçün xüsusi hərbiləşdirilmiş bir təşkilat yaratdı. Əsgərlərin hərbi təlimi istefada olan ABŞ generalı J. Sinqlelaub və bir neçə istefada olan ABŞ ordusunun zabitinin rəhbərliyi altında baş tutdu.

1991-ci ildə Körfəz müharibəsində Qərb ÖHK əməkdaşları beynəlxalq koalisiya qüvvələrinin fəaliyyətini dəstəkləməkdə iştirak etdilər. “DynCorp” ABŞ Hərbi Hava Qüvvələrinin helikopterlərinə texniki xidmət göstərirdi. Ümumiyyətlə, bu əməliyyat zamanı ABŞ-ın “müqaviləli özəl əsgərləri”nin sayı ABŞ qoşunlarının ümumi sayının 1% -ni təşkil edirdi.

1993-1996-cı illərdə Cənubi Afrikanın “Executive Outcomes” kompaniyası Anqola hökumət qoşunlarının hərbi hazırlığı, UNITA üsyançılarına qarşı hərbi əməliyyatların planlaşdırması və aparılması ilə məşğul olurdu.

1994-1996-cı illərdə Britaniyanın “Sandline International” hərbi kompaniyasının əməkdaşları Papua Yeni Qvineyada qiyamın yatırılmasında iştirak etdilər, müqavilənin ümumi dəyəri 36 milyon ABŞ dolları idi.

1995-ci ilin yanvarından 1997-ci ilin fevralınadək Sierra Leonedə vətəndaş müharibəsi dövründə Cənubi Afrikanın “Executive Outcomes” kompaniyası hökumət qüvvələrinin hərbi hazırlığı ilə məşğul oldu və Sierra Leone İnqilabçı Birləşmiş Cəbhəsinin üsyançıları ilə döyüşlərdə birbaşa iştirak etdi. Bundan əlavə, İngiltərənin “Gurkha Security Guards” şirkətinin bir dəstəsi hökumət qüvvələrinin tərəfində döyüşlərdə iştirak etmək üçün cəlb edildi, lakin elə ilk döyüşdə ağır itki verdikdən sonra müqavilə ləğv edildi.

1990-cı illərin ortalarında, Yuqoslaviyadakı vətəndaş müharibəsi zamanı ABŞ-ın MPRI kompaniyasının Xorvatiya və Bosniya və Herseqovina ordusuna təlimini əvvəldə qeyd etmişdik.

2000-ci illərin əvvəllərində ABŞ-ın “DynCorp” kompaniyası Kolumbiyadakı döyüşlərdə iştirak etdi. 2001-ci ilin fevralında üsyançılar onun əməkdaşları tərəfindən idarə olunan helikopteri vurdular.

2001-ci ildən sonrakı dövrdə özəl hərbi kompaniyaların şəxsi heyəti Əfqanıstandakı müharibədə fəal iştirak edir. 2009-cu ilin dekabr ayının əvvəlində Əfqanıstanda özəl hərbi və təhlükəsizlik şirkətlərinin 104 min əməkdaşı fəaliyyət göstərirdi. Sonradan Əfqanıstan hökumətinin təkidi ilə onların sayı qismən azaldı. Bəzi mənbələr 2012-ci ilin ortalarında Əfqanıstanda 40 minə qədər ÖHK əməkdaşının fəaliyyət göstərdiyini iddia edir.

2003-cü ilin yazında, Nigeriyada İngilis “Northbridge Services Group” hərbi kompaniyasının “Transokean” neft platformasında girov götürülən ABŞ və Böyük Britaniyadan olan neftçiləri azad etməsi üçün uğurlu əməliyyatını bir daha xatırladaq.

2003-cü ildən bəri özəl hərbi kompaniyaların şəxsi heyəti İraq müharibəsində fəal iştirak edir. 2003-cü ildə ABŞ-ın ÖHK əməkdaşlarının bu ölkədəki sayı, ABŞ qoşunlarının ümumi sayının 10% -ni təşkil edirdi. 2006-cı ilin dekabr ayının əvvəlində subpodratçılar nəzərə alınmadan ABŞ ÖHK əməkdaşlarının İraqdakı sayı 100 min nəfərdən çox olub.

Ümumilikdə isə 2003-cü ildən 2010-cu ilə qədər İraqda 400 özəl təhlükəsizlik və hərbi kompaniyaların 200 minədək əməkdaşı fəaliyyət göstərib.

2006-cı il ortalarında, Konqo polisi 32 nəfər xarici ÖHK əməkdaşını (3 nəfər ABŞ vətəndaşı olan “AQMI Strategy Corp” üzvünü, 19 nəfər Cənubi Afrika vətəndaşı olan “Omega Security Solutions” əməkdaşını və 10 nəfər Nigeriya vətəndaşını) çevriliş hazırlamaqda ittiham edərək həbs etdi.

2008-ci ildə Gürcüstanda İsrailin “Defensive Shield” və “Global Comprehensive Security Transformation” şirkətinin 200-qədər təlimatçı və hərbi mütəxəssisləri yerli orduya təlim keçib.

Gürcüstanda, həmçinin ABŞ-ın “Cubic” kompaniyasından 20-30 nəfər, MPRI və “American Systems” kompaniyalarının hər birindən 15 nəfər məsləhətçinin iştirakı qeydə alınıb.

ABŞ-ın “Nirtal”, “Kellog”, “Brown” və “Root” kompaniyalarının Tiflis ilə əlaqələri mövcud olduğu iddia edilir.

2008-ci ildə Somali hökuməti Fransanın “Secopex” ÖHK-sı ilə quldurlara qarşı mübarizə və Qırmızı dənizdə gəmi hərəkətinin təhlükəsizliyini təmin etmək üçün müqavilə imzalayıb.

Somalidə ABŞ-ın maraqlarını təmin etmək üçün Moqadişi bölgəsindəki hərbi bazanı qoruyan ABŞ-ın “Bancroft Global Development” özəl hərbi kompaniyası fəaliyyət göstərir. Bu şirkət 2010-cu ildən Somali hökumətinin 7 milyon dollarlıq illik sifarişi ilə “Əl-Şabaab” yaraqlılarına qarşı döyüşməsi üçün yerli orduya təlimlər keçir. Bundan əlavə, ölkədə Cənubi Afrikanın “Saracen International” kompaniyası da fəaliyyət göstərir.

2011-ci ildən bir çox ÖHK-lar Yaxın Şərqdə vüsət alan “Ərəb Baharı” nəticəsində yaranan münaqişələrdə yaxından iştirakı davam etdirirlər.

2014-cü ildən bəri Rusiyanın özəl hərbi kompaniyaları Ukrayna və Suriyada fəaliyyətlərini aktiv şəkildə davam etdirib. Onların arasında “Vaqner” kompaniyası xüsusilə seçilir.

Üstünlükləri və çatışmazlıqları

ÖHK-ların adi silahlı qüvvələrə nisbətən üstünlükləri:

- onların istifadəsi bəzi ölkələrdə əhalinin nizami silahlı qüvvələrin istifadəsinə səbəb ola biləcək qədər narazılıq yaratmır;
- onlar zəif siyasi insitutlara malik dövlətlərdə yerli silahlı qüvvələrə qarşı balans təşkil edə bilər;
- sürətlə yerləşdirilməsi mümkündür;
- ÖHK-nın personal və texnika itkiləri rəsmi hökumətin hesabatlarında nəzərə alınmır;
- daha çevik əməliyyat idarəetməsinə malikdir;
- bürokratiyadan kənardır;
- nizami qoşunlarla müqayisədə daha yüksək peşəkarlığa malikdir (lakin peşəkar ordu ilə müqayisəsi sual altındadır);
- əməkdaşları arasında baş verən itkilər, nizami ordu itkiləri ilə müqayisədə, ictimaiyyət arasında ciddi təsir imkanına malik deyil.

Çatışmazlıqları:

- şəxsi heyətin ideoloji motivasiyası (bəzi ölkələr istisnalıq təşkil edir) yoxdur;
- müqavilə şərtləri bəzi hallarda vəziyyətin inkişafı üçün bütün variantları nəzərdə tutmur, bu da döyüş şəraitində fəaliyyət çevikliyini azaldır;
- əksəriyyətində idarəetmənin vahid əməliyyat mərkəzi yaradılmır;
- əməliyyat məlumatlarının mübadiləsi natamam (məsələn, İsraildə sərhəd mühafizəsini həyata keçirən kompaniya əməkdaşlarının terrorçu hesab edilərək səhvən öldürülməsi) olur.

Nəticə

Məqalədən belə nəticəyə gəlmək mümkündür ki, hər hansı biznesdə olduğu kimi, ÖHK məsələsində də müştərilər nüfuzlu şirkətlərə üstünlük verirlər. Belə şirkətlər İsraildə mövcuddur. Məsələn, İngiltərə ÖHK-ları bazarda birbaşa “qaynar” nöqtələrdə hərəkət edən, bu bölgədəki müştərilərə müşayiət və infrastrukturu qorunmağı təmin etməkdən birbaşa hərbi əməliyyatlarda iştiraka qədər mütəxəssislərə malik bir reputasiya qazanıblar.

ABŞ ÖHK-ları əsasən konsaltinq, hərbi əməliyyatların planlaşdırılması, hüquq mühafizə orqanlarının əməkdaşları və xüsusi bölmələrin təlimində ixtisaslaşıblar.

Fransa isə özəl hərbi kompaniya bazarında müstəmləkə keçmişinə görə Afrikada çalışmaq üçün ixtisaslaşan şirkətləri tərəfindən təmsil olunur. İsveç, Almaniya və İspaniyada kompaniyalar isə əsasən humanitar yönümlüdür, onlar əsasən minaların təmizlənməsi, “qaynar” nöqtələrə humanitar yardımın çatdırılması və antiterror bölmələrinin təlimi üzrə ixtisaslaşıb.

Deməli kifayət qədər böyük maliyyə vəsaitlərinin dövr etdiyi ÖHK bazarında tələbat olsa da, ora daxil olub, öz payınızı əldə etmək elə də asan olmayacaq.

Buna görə də həm ÖHK-lara lisenziya verən dövlət qurumları, həm də onların xidmətlərindən yaralanan dövlətlər bu kompaniyaların qanunazidd hərəkətlərinə görə cavabdehlik daşımalıdır. Burada təlimat və göstərişlərə əsasən həyata keçirilməsi yalnız qanunsuz yolla mümkün olan müqavilələrin bağlanmasına diqqət yetirilməlidir. Yurisdiksiyası çərçivəsində ÖHK-nı qəbul edən dövlət onun tərəfindən insan hüquqlarına riayət olunmasına nəzarət etmək və pozulduğu təqdirdə səmərəli istintaq və cəza tədbirlərini təmin etmək məcburiyyətindədir. Bu kompaniyaların qeydiyyata alınmasına, lisenziyalaşdırılmasına, fəaliyyətinə və s. ümumi nəzarəti dövlət təmin etməlidir. Burada İsrail təcrübəsi analoq kimi qəbul edilə bilər.

Lakin bu kompaniyaların yaradılması üçün əvvəlcə beynəlxalq normalara uyğun hüquqi baza hazırlanmalıdır. Əslində bu gün Azərbaycanda təhlükəsizlik şirkətləri obyekt və ya şəxslərin mühafizəsini təşkil etmək kimi məhdud sferada fəaliyyət göstərir. Lakin biz burada tamamilə fərqli bir strukturdan, genişmiqyaslı fəaliyyətlərdən bəhs edirik.

Standart hüquqi baza yaratmaqla, belə kompaniyaların mövcudluğu ordu sıralarından təxris olunan yüksək səviyyəli peşəkar personalın aidiyyəti olmayan sahələrə yönəlməsini əngəlləyə bilər. Müxtəlif hərbi sahələr üzrə xidmətdən ayrılan bir neçə döyüş generalının, onlarla baş zabitin və ya mütəxəssisin birlikdə eyni çətir altında birgə fəaliyyəti əməliyyatların planlaşdırılmasından alternativ (qeyri-ənənəvi) döyüş metodlarının tətbiqinə qədər sahələri əhatə edə bilər. Həmin personal xidmətdə olduğu müddətdə gündəlik həyat fəaliyyətlərinin təşkilinə sərf edilən enerji və vaxt baxımından daim xroniki zaman çatışmazlığı ilə qarşılaşır. Ehtiyatda olduqda isə zabitlərimiz planlaşdırma və alternativ döyüş metodlarının tətbiqinə aid mövcud təcrübəsini yeni araşdırmalarının nəticələri ilə uzlaşdırıb ciddi nəticələr əldə edə bilər.

Hələ mən ölkə xaricində və ya düşmən dərinliyində fəaliyyətlərə, xüsusi əməliyyatların həyata keçirilməsinə toxunmuram. Hər il Silahlı Qüvvələrdən yüzlərlə mütəxəssislər müxtəlif səbəblərdən tərxis edilir. Özəl hərbi kompaniyalar onların ehtiyatda olduğu zaman belə ölkənin təhlükəsizliyi üçün fəaliyyətlərini təmin edə bilər. Bura hərbi tərcüməçilər və hərbi rəhbərlərin, əməliyyatların hazırlanmasından onların həyata keçirilməsindəki dəstəklərinə, o cümlədən yeni silahların müstəqil ekspertizasına qədər geniş fəaliyyət sferası aid edilə bilər.

Hesab edirəm ki, Azərbaycanda ÖHK yaradılmasında əsas 3 istiqamət üzrə kompaniyaların yaradılması daha məqsəduyğundur:

1. Regional, hətta daha geniş platformada aparılacaq döyüş əməliyyatlarında iştirak edə biləcək “birbaşa taktiki hərbi dəstək” göstərə bilən hərbi kompaniyalar;
2. Strateji planlaşdırma və kadrların peşəkar hazırlığı xidmətlərini göstərən konsaltinq komaniyaları;
3. Silahlı qüvvələrə kəşfiyyat, maddi-texniki təchizat, texnikalara texnik xidmətlər və s. göstərməklə məşğul olan logistika kompaniyaları.

Sonda hər bir Ordu üçün keçərli olan yazılmayan qaydanı xatırlatmaq istəyirəm: Bəzən vətəndaş kimi heç nə ilə fərqlənməyən adi bir insan ideal əsgər ola bilir.

Mənbələr:

https://ru.wikipedia.org/wiki/%D0%A7%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B0%D1%8F_%D0%B2%D0%BE%D0%B5%D0%BD%D0%BD%D0%B0%D1%8F_%D0%BA%D0%BE%D0%BC%D0%BF%D0%B0%D0%BD%D0%B8%D1%8F
https://topwar.ru/66972-voyna-na-prodazhu-veduschie-chastnye-voennye-kompanii-mira.html
https://focus.ua/world/356134
http://www.russian-bazaar.com/ru/content/242910.htm
https://news.rambler.ru/other/41521045-chastnye-voennye-kompanii/?updated
https://militaryarms.ru/armii-mira/chastnie-voennie-kompanii/
https://www.forbes.ru/biznes/357417-chuzhaya-voyna-kak-zarabatyvayut-chastnye-voennye-kompanii
https://stanradar.com/news/full/37368-kitajskie-chastnye-voennye-kompanii-chvk-na-gosudarstvennom-podrjade.html
https://www.sonar2050.org/publications/osnovnye-tendencii-razvitiya-chastnogo-voennogo-biznesa-v-mire/
https://russiancouncil.ru/analytics-and-comments/analytics/chastnye-voennye-i-okhrannye-kompanii-vdokhnovlyayushchiy-opyt-yuar/
https://topwar.ru/143601-afrika-rodina-chvk-inostrannye-naemniki-v-voynah-chernogo-kontinenta.html
https://www.vestifinance.ru/articles/112739
http://navoine.info/israel-pmc.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ÖHK   Dünya  

Özəl Hərbi Kompaniyaların yaranması və dünya təcrübəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - IV YAZI

2019/12/n2-3155204948.jpg
Oxunub: 5087     11:05     21 Yanvar 2020    