Özəl Hərbi Kompaniyaların yaranması və dünya təcrübəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - III YAZI

2019/12/345-1577603140.jpg
Oxunub: 5714     15:34     17 Yanvar 2020    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

İsrail ÖHK-ları

Terror təhdidinin hər gün mövcud olduğu İsraildə dövlət qurumları səylərini strateji və hökumət obyektlərinə cəmləşdirərək, bütün məktəb, ticarət mərkəzi və ya xəstəxanaların təhlükəsizliyini təmin edə bilmirlər. Bu səbəbdən də adı çəkilən obyektlər özəl təhlükəsizlik orqanlarına qalır. Son 20 ildə iri dövlət şirkətlərinin özəlləşdirilməsi prosesi başladı və nəticədə müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində inhisarçılıq azaldı.

Sərbəst buraxılan boşluqlar “Modiin Ezrahi” və “Amişav” kimi təhlükəsizlik nəhəngləri tərəfindən ələ keçirildi. Bu gün özəl kompaniyalar elektrik stansiyalarını, hava limanlarını və sərhəd terminallarını (məsələn, Eylat və Akaba arasındakı İsaak Rabin nəzarət buraxılış məntəqəsini) qoruyurlar. Partlayıcı maddələr axtarmağa öyrədilən “Okets” hərbi bölməsinin itləri də K-9 kompaniyasının ev heyvanları ilə əvəz edildi.

Şirkətlərin əməkdaşları əsasən İsrail ordusunun hərbi hissələrində xidmətini başa vuran əsgərlərdir. Ordudan təxris olunan əsgərlər üçün bu sahənin xüsusilə cəlbedici olması, müəyyən müddətdən sonra dövlətin onlara birdəfəlik müavinət ödəməsi ilə əlaqədardır.

Özəl hərbi kompaniyaların dünyada başlayan münaqişə zonalarına daxil edilməsi prosesi İsrail ordusuna da təsir etdi. SAXAL ordusu Yəhudiya və Samariyadakı bəzi nəzarət məntəqələrini ÖHK-lara təhvil verdi. Bu prosesin məqsədi on minlərlə fələstinlinin İsraildə işləmək üçün keçdiyi buraxılış məntəqələrində yəhudi əsgərlər ilə mülki fələstinlilər arasındakı mümkün sürtünmə və ya münaqişəni azaltmaq idi. Bu keçid məntəqələrində çalışan əməkdaşlar müvafiq təlim alır, ərəb dilini öyrənirlər və ən əsası bunlar hərbçilər deyil, daha dinc və sakit bir atmosfer yaradan mülki geyimli insanlardır.

ÖHK-nın əməkdaşları da İsrail ordusu ilə birlikdə bəzən itkilərə məruz qalır. 2008-ci ildə “İslami Cihad” təşkilatından qadın geyimində olan bir terrorçu, “Nitsaney Şalom” sənaye zonasının ərazisinə girərək, mühafizəçilərə atəş açmaqla iki nəfəri öldürdü.

Faciəvi səhvlər də olub. 2003-cü ilin mart ayında Hebron dağlarının cənubunda iki özəl hərbi kompaniya əməkdaşı öldürüldü. İsrail ordusunun xüsusi təyinatlıları onları terrorçu kimi tanıyaraq atəş dəstək helikopteri çağırdı. Qurbanlardan biri cəmi dörd gün əvvəl ordudan tərxis olunmuşdu, ikincisi isə məzuniyyət zamanı işləmək üçün icazə alan ordu zabiti idi.

İsrail ÖHK-larını şərti olaraq üç qrupa bölmək olar:

1. İsraildə fəaliyyət göstərən şirkətlər;
2. İsraildən kənarda fəaliyyət göstərən şirkətlər;
3. Müxtəlif səbəblərdən müştərilərə əlçatan olmaq üçün digər ölkələrdə israillilər tərəfindən qeydiyyata alınan şirkətlər.

İsraildə fəaliyyət göstərən şirkətlərin Qərb kompaniyalarından əsas fərqlərindən biri odur ki, Qərbdə özəl şirkətlərin əməkdaşının itkisi ictimai rəyə az təsir edir və ya etmir, İsraildə isə cəmiyyət həm əsgərlərin, həm də ÖHK-nın əməkdaşlarının həlak olmasına eyni dərəcədə reaksiya göstərir. Səbəbi çox sadədir - bu kompaniyalarda hərbi xidmətini yeni başa vuran eyni əsgərlər xidmət edirlər.

İsraildən kənarda fəaliyyət göstərən kompaniyalar bir az fərqli rakursdan nəzərdən keçirilməlidir. Qərb ÖHK-larının əksəriyyəti Yaxın Şərqdə və ya müsəlman əhalisi olan ölkələrdə fəaliyyət göstərir. Rəsmi olaraq hansısa ərəb ölkəsi İsrail kompaniyalarına öz ərazisində aşkar fəaliyyət göstərməsinə icazə verməz. Üstəlik, qaynar nöqtələrdə çalışan İsrail şirkətinin əməkdaşı, Ərəb-İsrail qarşıdurmasında potensial girov və bazarlıq predmetinə çevrilə bilər. Bu iki amil İsrail kompaniyalarının standart funksiyaları yerinə yetirməsinə maneə törədir. Buna görə İsrail şirkətləri təlim, planlaşdırma, layihələrin hazırlanması, avadanlıqların və silahların təchizatı kimi sahələrə diqqət yetirir.

İsraildən kənarda fəaliyyət göstərən şirkətlərin bir hissəsi İsraildə qeydiyyata alınan, lakin əsasən ehtiyatda olan ordu rəsmiləri və ya keçmiş yüksək vəzifəli kəşfiyyat agentləri tərəfindən ölkə xaricində idarə olunan böyük korporasiyalardır. Onlar fəaliyyətlərində Müdafiə Nazirliyində və hərbi sənayedə mövcud əlaqələrinə etibar edirlər. Bu şirkətlərin fəaliyyəti, Müdafiə Nazirliyində silah satışı və hərbi əməkdaşlıqdan məsul olan SIBAT adlı xüsusi idarənin nəzarəti altındadır.

Gürcüstana silah tədarük edən iki İsrail şirkəti Rusiya mətbuatında xüsusilə tez-tez xatırlanır. Gal Hirş və İsrail Ziv adlı istefada olan generalların rəhbərlik etdiyi “GlobalCST” və “Defence Shield” şirkətləri Gürcüstan SQ-nin təlimi ilə bərabər onları silah və sursatla təmin edirdi.

İstefada olan general Zeev Zihron tərəfindən idarə olunan “Lev-Dan” kompaniyası isə Afrikada fəaliyyət göstərərək Konqo prezidenti Denis Sassu-Ngesonun polislərinə təlim keçirdi. “Lev-Dan” özü də “Geo-Strategic Consultancy” şirkətinin sifarişi ilə fəaliyyət göstərirdi.

Cənubi Amerikada da İsrail ÖHK-ları mövcuddur. Moskva həbsxanasında yatan keçmiş SAXAL polkovniki, “Qiyamət Günü” müharibəsnini qəhrəmanı Yair Klyain öz kitabında 1989-cu ildə Panamadan olan nüfuzlu şəxslərin general Norieqanın aradan qaldırılmasında onlara kömək etmək üçün şəxsən ona müraciət edilməsindən bəhs edir. “Hod ha-Hanit” (tərcümədə “nizə başlığı” deməkdir) adlanan ÖHK sahibi Klyain beh alaraq işə başlayır. Antiquada Panama müxalifəti üçün gizli bir təxribat-diversiya məktəbi təşkil edilir. Onlar üçün silahlar İsraildən sifariş edilir. Lakin bir müddət sonra panamalılar bu işləri ABŞ Ordusuna ötürərək layihəni dayandırdılar.

İraq və Əfqanıstan kimi ölkələrdə İsrail şirkətləri çoxdan fəaliyyət göstərir. Əfqanıstanda İsrail kompaniyalarının fəaliyyəti hərbi əməliyyatlarda iştirak edən NATO qüvvələrinə yalnız silah tədarükü ilə məhdudlaşır. İsrailin “Kalkalist” iqtisadi portalına görə, tədarükün həcmi ildə yarım milyard dollara çatır.

İraqın şimalındakı Kürdüstan vilayətində isə İsrail şirkətlərinin Ərbildə beynəlxalq hava limanının təhlükəsizliyini təmin etdiyi və yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarını yetişdirdiyi iddia edilir.

Adətən həm ərəb ölkələri, həm də İsrail bu əməkdaşlıq barədə ətraflı məlumat verməməyə çalışırlar. Müsəlman müştərilərin İsrail şirkətləri ilə münasibətlərinin reklamına əslində ehtiyac da yoxdur, çünki bu öz növbəsində ərəb dünyasının həmin ölkələrə münasibətinə təsir edə bilər. Hazırda SİBAT-da qeydiyyata alınan İsrail özəl hərbi kompaniyaların sayı iki yüz iyirmiyə çatıb.

İsraildən kənarda fəaliyyət göstərən ikinci tip İsrail kompaniyaları isə üçüncü ölkələrdə qeydiyyata alınan, lakin həmtəsisçiləri və əməkdaşları İsrail vətəndaşları olan şirkətlərdir. Bu addım müxtəlif səbəblərə görə, məsələn: israillilərlə birbaşa sövdələşmə istəməyən müştərilərə girişi asanlaşdırmaq; SIBAT-ın nəzarətindən kənarda qalmaq; ya da daha mərhəmətli və yumşaq bir vergi sistemi əldə etmək məqsədi ilə atılır. Bu kompaniyalara ətraflı nəzər salmadan əvvəl İsrailin ərəb dövlətləri ilə iqtisadi əlaqələrinə baxmalıyıq. İlk baxışdan yalnız İsrail ilə barışıq müqaviləsi imzalayan Misir və İordaniyanın yəhudi dövləti ilə iqtisadi əməkdaşlıq etdiyi görünə bilər. Qalan ərəb ölkələrinin anti-İsrail siyasətini dəstəklədiyi və İsrail şirkətləri ilə iqtisadi təmaslarda edilən hər cür cəhdləri rədd etdiyi görünür, lakin əslində İsrail bütün ərəb dünyası ilə ticarət edir. Orta Şərqə kənd təsərrüfatı məhsullarından, proqram təminatı, kimyəvi maddələr və təhlükəsizlik xidmətlərinə qədər xidmət və məhsullar İsraildən ixrac edilir.

Körfəz ölkələri çox vaxt ən qiymətli sərvətlərinin - neft yataqlarının qorunmasını İsrail mütəxəssislərinə etibar edirlər. Aşkar səbəblərə görə, bu cür əməliyyat və müqavilələr haqqında məlumatlar mətbuata ötürülmür və detallar gizli saxlanılır.

Əvvəlki il İsveçrənin AGT şirkəti Fars körfəzinin neft hasil edən dövlətlərindən biri ilə strateji obyektlərin təhlükəsizliyini təmin etmək, sərhədləri və neft yataqlarını qorumaq və dövlət təhlükəsizlik orqanları üçün təlim keçmək kimi böyük bir müqavilə imzalayıb. Maraqlı burasıdır ki, “İsveçrə”nin AGT kompaniyasının yaradıcısı və sahibi Mati Kokhavi adlı bir israillidir. Üstəlik, İsrailin Herzliya şəhərində yerləşən AGT törəmə “Logic Industries”, müqavilənin bütün elmi və texniki təchizatını həyata keçirir.

Nyu Yorkda yaşayan və çalışan sahibkar Mati Kokhavi 11 sentyabr hücumlarından sonra AGT (Asia Global Technologies) şirkətini yaratdı. Terrorizmə qarşı artan qlobal mübarizə dalğasında şirkət əvvəllər İsrail hərbi kəşfiyyat rəisi vəzifəsini daşıyan Amos Malkanı, Arye Tesler, Omri Digel, Zvi Toyzer və digər xüsusi xidmət orqanlarının keçmiş generallarını xidmətə dəvət etdi və onların təcrübələrindən tam istifadə edərək tez bir zamanda böyük uğurlara imza atdı.

Arye Tesler İsrail polis xüsusi təyinatlılarının keçmiş komandiri Haqay Peled ilə birlikdə müştəri ölkənin xüsusi xidmət orqanlarının təlimlərinə rəhbərlik etdi.

1997-ci ildə Fransada polis daha sonra “Anqolaqeyt” adlandırılan bir iş üzrə istintaqa başlamışdı. Şübhəli şəxslər arasında Fransa prezidenti Fransua Mitteranın oğlu Jan-Kristof Mitterran; Avropa Yenidənqurma və İnkişaf Bankının keçmiş prezidenti Jak Attali, Fransanın keçmiş daxili işlər naziri Şarl Pasqua və s. mövcud idi. Polis “Brenco İnternational” tərəfindən Anqolanın yüz milyonlarla dollar dəyərində silah təchizatı ilə əlaqəli korrupsiya hadisələrini araşdırdı.

Şübhəlilərdən biri də iş adamı Arkadi Qaydamak idi. Yetmişinci illərdə Qaydamak SSRİ-dən İsrailə miqrasiya edib, bir neçə il sonra isə Fransaya gedib və orada çalışmağa başlayıb. “Brenko” ətrafında yaşanan qalmaqaldan sonra o, İsrail kəşfiyyatının keçmiş rəhbəri Dani Yatom və MOSSAD-ın şöbələrindən birinin keçmiş rəhbəri Avi Daqanın ortaqlığı ilə “Geo-Strategic Consultancy” adlı özəl hərbi kompaniyasını yaratdı. Şirkət Anqolaya silah tədarükünü davam etdirdi, bundan əlavə Konqo Prezidenti Denis Sassu-Nqesoya sadiq polisləri hazırlamaq və silahlandırmaq üçün “Lev Dan” şirkəti ilə müqavilə imzaladı. Müqavilənin məbləği əlli milyon dollar idi. Əslində, bu iki şirkətin xidmətləri Konqo prezidentinin yenidən hakimiyyətə qayıtmasına imkan verdi. Bir sözlə, İsrail hərbi şirkətləri son onilliklər ərzində böyüyən özəl hərbi kompaniyalar bazarında özlərini çox uğurla təmsil edirlər.

Təbii ki, bitmək bilməyən Ərəb-İsrail qarşıdurması israillilər üçün müəyyən çətinliklər yaradır, lakin bunun sayəsində SAXAL və İsrail xüsusi xidmət orqanları hər il bu bazara yüksək səviyyəli mütəxəssislər təqdim edir. Bütün dünya isə İsraildə hazırlanan və istehsal olunan silahları almağa hazırdır. İsrail özəl hərbi kompaniyaları da məhz bu faktorlardan maksimum yararlanmağa çalışır.

Türkiyə ÖHK-ları

Fransa “Intelligenсe online” və Rusiyanın “bmpd” bloqunun yazdığına görə, Türkiyə də ÖHK-lara sahibdir. Əslində bir neçə ölkə ərazisində hərbi əməliyyatlar keçirən Ankaranın bu addımı təəccüblü deyil.

İddialara görə, Türkiyənin sərhədlərində baş verən hərbi əməliyyatlarda təşəbbüsü ələ keçirmək niyyətini reallaşdırmaq istiqamətində addımlar atması TSQ-nin Xüsusi Əməliyyatlar Qüvvələrinin briqada generalı Adnan Tanryverdiyə həvalə edilib. Fransız nəşrinə görə, Türkiyənin bir çox yüksək rütbəli hərbçiləri İŞİD-ə qarşı mübarizədə iştirak edən Qərb ölkələrinin Baş Qərargahları ilə davamlı əlaqədə olublar, onların əksəriyyəti isə 15 iyul çevriliş cəhdindən sonra tədricən əvəz edilib.

Hazırda Türkiyə Prezidentin müşaviri olan general Adnan Tanriverdi 2012-ci ildə SADAT “International Defense Consultancy A.S.” adlı Türkiyənin ilk özəl hərbi kompaniyasını yaratdı. SADAT-ın Suriyada, Çeçenistanda, Liviyada, Misirdə, İrakda və s. aparılan əməliyyatlarda iştirakı iddia edilsə də, general yalnız Liviya ilə bağlı məqamları qəbul edir. General SADAT-ın yalnız xarici ölkələrdə təlim və konsaltinq xidmətləri göstərməklə, həmçinin silah və avadanlıq təchizatı ilə məşğul olduqlarını, digər ölkələrin hakimiyyətinin dəyişdirilməsi kimi məqsədləri olmadığını şəxsən bildirib.

Adnan Tanriverdinin yazdığı kitablardan “Ərəb dünyasının böyük gücləri arasında özünə yaraşan səviyyəyə yüksəlməsini” istədiyi məlum olur. Bu isə onun SADAT ÖHK-sının daha çox müsəlman əhalinin əksəriyyət təşkil etdiyi ölkələrdə fəaliyyət göstərməsi iddiası ilə üst-üstə düşür. Müntəzəm olaraq “Twitter”də hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyindən və Prezident Ərdoğanın şəxsi mühitindən məxfi məlumatları yayımlayan “Fuat Avni” adlı hesab isə SADAT-ın Türkiyə liderinin şəxsi, gizli qoşunları olduğunu iddia edir.

Hərbi və təhlükəsizlik üzrə Türkiyə kompaniyası əsasən “Qeyri Nizamı Müharibə (Assimetrik Müharibə)” və “Kəskin Nişancı” kursları üzrə təlim verir. SADAT-ın “Quru Əməliyyatı”, “Mühafizə”, “Məhvetmə”, “Tək əsgər döyüşdə”, “Top və minaatan üçün ön tuşlayıcı”, “Tank/zirehli nəqliyyat vasitələrinin ovlanması” kimi təlim paketləri də mövcuddur.

Afrikada ilk muzdlular və CAR

Bəzi mənbələr Afrikanı əslində ÖHK-ların doğulduğu ərazi (əlbəttə ki, bu iddia mübahisə mövzusu ola bilər) kimi qələmə verir. Buna hələ Qərbdə ÖHK-lar yaranmadan onların ayrı-ayrı nümayəndələrinin artıq Afrikada fəaliyyəti göstərməsi əsas gətirilir. Yaxşı silahlanan əsgərlərin ağ dərili avropalıların rəhbərliyi altında ciplərdə isti Afrika küçələrində və ərazilərində səyahət etməsi hamımıza tanış mənzərədir. Afrika ölkələrində baş verən çoxsaylı dekolonizasiya, milli azadlıq və vətəndaş müharibələri Afrika qoşunlarının özlərindən daha çox döyüş hazırlığına malik xarici kompaniyalara böyük tələbat yaratdı.

1950-1960-cı illərdən Gənc Afrika dövlətlərinin hökumətləri xarici hərbi mütəxəssisləri - həm fərdi şəxsləri, həm də xaricilərin təşkil etdiyi hərbi kompaniyaları xidmətə dəvət etməyə başladılar. Afrika liderləri bir neçə səbəbdən həvəslə ÖHK xidmətlərinə müraciət edirdilər.

Əvvəla, xarici kompaniyaların əməkdaşları həqiqətən Afrika qoşunlarına nisbətən daha yaxşı təlim keçirdilər, dünyanın müxtəlif yerlərində hərbi əməliyyatlarda iştirak edirdilər və daha ciddi döyüş təcrübəsinə malik olurdular. Belə ki, 1950-1970-ci illərdə Afrikaya gələnlər arasında II Dünya müharibəsinin və müxtəlif müstəmləkə münaqişələrinin veteranları çoxluq təşkil edirdi. Bu döyüşçülərin çoxu hərbi təhsil almışdı, keçmişdə bəziləri müxtəlif dövlətlərin nizami ordularının yüksək səviyyəli zabitləri kimi xidmət keçmişdi.

İkincisi, burada qəbilə münasibətləri ilə bağlantısı olmayan və Afrika cəmiyyətinin klan sxemlərinə aid olmayan özəl hərbi kampaniyalara hər zaman daha çox güvənirdilər.

XX əsrin ikinci yarısı xarici kampaniyaların Afrika müharibələrində iştirakına dair çoxsaylı nümunələrlə zəngindir. Əslində, Afrikanın heç bir böyük qarşıdurması ÖHK-sız ötüşməyib. XX əsrin ikinci yarısının bir neçə ÖHK komandiri sonradan Soyuq müharibənin əsl əfsanələrinə çevrildilər. Maykl Hoar, Jan Şramm, Bob Denar - bu adlar Afrika qitəsindəki postkolonial müharibələr tarixinə əbədi olaraq yazılıb. İngiltərə Kral Zirehli Qüvvələrinin İrlandiya əsilli mayoru Maykl Hoar, təqaüdə çıxdıqdan sonra Durbanda yaşadı, mühasib olaraq çalışdı, lakin sonra yenidən hərbi sahəyə qayıtdı. Mois Çombe tərəfindən Konqo müharibəsində və Seyşel adalarında çevriliş cəhdində iştirak, onu dünyanın ən məşhur muzdlularından biri olan “Dəli Mayk” olaraq tanınan Hoara çevirdi. Keçmiş belçikalı plantasiya sahibi Jan Şramm, Patris Lumumba tərəfdarları onun plantasiyasını məhv etdikdən sonra cəngəlliyə gedərək qalan həyatını müxtəlif lokal müharibələrdə iştiraka həsr etdi.

Ən məşhur muzdlu isə Bob Denar oldu. Fransa Hərbi Dəniz Qüvvələrinin keçmiş hərbçisi, Hind-Çin döyüşlərinin iştirakçısı Denar sonradan Fransaya məxsus Mərakeşdə polis oldu. Denar Patris Lumumba tərəfdarlarına qarşı Konqo müharibəsi zamanı “vəhşi qaz” olaraq karyerasına başladı. 1968-1978-ci illərdə Bob Denar Qabon Prezidenti Ömər Bonqonun hərbi müşaviri olaraq çalışdı. Eyni zamanda Denar müxtəlif qarşıdurmalarda - Portuqaliyanın 1970-ci ildə Qvineyaya hücumu, Biafra separatçılarının Nigeriyadan ayrılmaq cəhdi, 1977-ci ildə Benində hərbi çevriliş cəhdində iştirak etdi. Denar on beş il məskunlaşdığı Komorda hərbi çevrilişdə də iştirak etdi, prezident qvardiyasının komandiri təyin edildi, islamı qəbul etdi və Səid Mustafa Məcub adını aldı.

Konqo vətəndaş müharibəsi, 20-ci əsrin ikinci yarısında Afrikada xarici muzdluların kütləvi istifadəsinin ilk nümunələrindən biri hesab edilir.

1989-cu ildə Cənubi Afrika ilə qonşu Anqola və Namibiya ilə qarşıdurmaların bitməsindən sonra Cənubi Afrikada aparteid rejimi süquta uğradı. Cənubi Afrikanın silahlı qüvvələri ciddi şəkildə ixtisar edildi, çox sayda hərbçi işsiz qaldı. Afrika Milli Konqresinin lideri Nelson Mandela Cənubi Afrika qüvvələrinin bəzi xüsusi təyinatlı hissələrinin ləğvini tələb etdi. Bu təqaüdçü hərbçilərdən biri, Cənubi Afrika Təhlükəsizlik Qüvvələrinin general-leytenantı Eben Barlou müxtəlif növ hərbi xidmətlər göstərən, habelə ehtiyata buraxılan hərbçiləri işlə təmin edəcək özəl hərbi şirkətini yaratmağa qərar verdi. Beləliklə “Executive Outcomes” yaradıldı.

Əvvəlcə şirkətin yaradılmasında məqsəd Cənubi Afrika Xüsusi Qüvvələrinin döyüşçüləri üçün xüsusi gizli təlim xidmətləri göstərmək idi. Daha sonra kompaniya Botsvanadaki almaz mədən sindikatlarına qarşı mübarizə aparmaq üçün xüsusi təhlükəsizlik qrupu hazırlamaq üçün müqavilə əldə etdi. Kompaniya, həmçinin Anqolanın silahlı qüvvələrini hazırlayırdı.

Kompaniya Afrikada bir neçə vətəndaş müharibəsində mühüm rol oynayıb. “Executive Outcomes” UNITA silahlılarının rəhbərlərini Anqola hökuməti ilə danışıqlara başlamağa və 1994-cü ildə Lusaka Protokolunu imzalamağa vadar etməsi ilə məşhurdur.

Sonradan CAR-ın ilk qanuni qeydiyyata alınan “Executive Outcomes” özəl hərbi kompaniyası Cənubi Afrikanın “Strategic Resource Corporation” şirkətinin bir hissəsi oldu və həm Afrikada, həm də xaricdə özəl hərbi xidmətlər göstərmək biznesinin əsasını qoydu.

1998-ci ildə kompaniya ləğv edildikdən sonra general Eben Barlou bir neçə Afrika hökumətində müstəqil siyasi və hərbi məsləhətçi olaraq çalışdı. 2009-cu ildə “Specialised Tasks”, “Training, Equipment and Protection International” birləşmiş ÖHK-a rəhbərlik etdi. Kompaniya hazırda geniş hərbi xidmətlər göstərir və Afrika hökumətləri ilə işləyir. Bundan əlavə, Eben Afrikadakı hərbi kollec və universitetlərdə müdafiə, kəşfiyyat və təhlükəsizlik mövzularında mühazirələr oxuyur və əlbəttə kitablar da yazır.

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ÖHK   İsrail   Türkiyə   Afrika  

Özəl Hərbi Kompaniyaların yaranması və dünya təcrübəsi - HƏRBİ EKSPERT (ARAŞDIRMA) - III YAZI

2019/12/345-1577603140.jpg
Oxunub: 5715     15:34     17 Yanvar 2020    