Ordudan tərxis olunmuş xüsusi təyinatlıların sonrakı tətbiqi - HƏRBİ EKSPERT (ANALİZ)

2019/12/45645-4730521248.jpg
Oxunub: 7341     16:35     24 Yanvar 2020    
Cəmiyyətdə baş verən iqtisadi, siyasi və sosial hadisələr bu və ya digər şəkildə Silahlı Qüvvələrə də təsir edir. Başqa sözlə Silahlı Qüvvələr də cəmiyyətin bir parçasıdır, burada baş verən proseslər ictimai fikirlə birbaşa və sıx əlaqəlidir.

Hər il minlərlə insan ordu sıralarında hərbi xidmətə çağrılır, hərbi təhsil müəssisələrinə daxil olur, oranı bitirib sonrakı xidmətini davam etdirmək üçün hərbi hissələrə göndərilir. Bütün bunlarla bərabər təxminən eyni sayda şəxsi heyət də ordu sıralarından tərxis edilir. Onların arasında çox sayda yüksək ixtisaslı peşəkarlara da rast gəlinir. Bu məqalədə məhz tərxis edilən xüsusi təyinatlı və ya digər sahələrdəki hərbi qulluqçuların xidmətədən sonrakı fəaliyyətləri barədə fikirlərimizi Sizinlə bölüşəcəyik.

XTQ-nin formalaşdırılması

Silahlı Qüvvələrin strateji və operativ kəşfiyyat vəzifələrini yerinə yetirmək üçün nəzərdə tutulan XTQ cəmiyyətimizin ən həssas nöqtələrindən hesab edilir. 1999-cu ildə yaradılan XTQ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyindədir və Baş Qərargahın nəzdində fəaliyyət göstərir. Hazırda bu qüvvələr Silahlı Qüvvələrinin ən qapalı və ən yüksək döyüş hazırlıqlı hissəsidir.
Döyüş hazırlığının əsas elementləri

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün seçilən zabitlərin hazırlıq səviyyəsi Silahlı Qüvvələrdə ən üst səviyyədə olsa da, seçimdən sonra təlimlər və hazırlıq daha da intensivləşir. XTQ-də MAXE kimi xidmət etmək üçün seçilən namizədlər də döyüş hazırlığı kurslarına cəlb edilir. Təbii ki, qaçış, paraşütlə tullanma, atəş hazırlığı, taktiki ixtisas hazırlığı və əlbəyaxa döyüş xüsusi təyinatlı üçün təlimlərin əsas elementləri hesab edilir. 24 saat davam edən XTQ-nin döyüş hazırlığında vacib məqamlardan biri də şəxsi heyəti yaxşıların ən yaxşısı, cəsurların ən cəsuru olduğuna inandırmaqdan ibarətdir. Dözüm, qətiyyət, rəqibə qarşı aqressivlik və yüksək intelekt XTQ-yə xas olan əsas keyfiyyətlərdir. Bu bölmələrin döyüş hazırlığının spesifik xüsusiyyətlərindən biri də, hər altı aydan bir bölmələrin taktiki xüsusi hazırlığının fərqli sahələr üzrə (dağ təlimi, paraşüt desant hazırlığı və s.) həyata keçirilməsindən ibarətdir.

Bədən tərbiyəsi, əlbəyaxa döyüş, atəş, taktiki-xüsusi hazırlıq fasiləsiz davam edir. Hər ay bir dəfə döyüşçülərin psixikası və dözümlülüyü sınaqdan keçirilir.

Ehtiyata tərxis edilən hərbi qulluqçuların problemləri

XTQ Silahlı Qüvvələrin ən vacib döyüş təminatı vəzifələrinin icraçısı kimi, ən ciddi tapşırıqları yerinə yetirir, buna görə də cəmiyyətə onlara qarşı həssas münasibətin formalaşması normaldır. Hər il Silahlı Qüvvələrdən yüzlərlə mütəxəssis müxtəlif səbəblərdən tərxis edilir. Bununla da onların ölkənin təhlükəsizliyi üçün fəaliyyəti demək olar ki, başa çatır.

Bu və ya digər səbəblərdən ordu sıralarından əsasən orta yaşlarda təxris olunan ordu nümayəndələri mülki həyata adaptasiyada çətinliklərlə üzləşir. Bəzi əməkdaşların xəstəlik və ya döyüş əməliyyatlarında yaralanaraq təxris olunması isə bəzən daha erkən, bəzən isə gənc yaşlarına təsadüf edir. Onlar bu və ya digər səbəblərdən XTQ və ya ordu standartlarına uyğun gəlməsələr də, digər sahələrdə çalışmaq potensialını itirmirlər. Bu kateqoriyadan olan keçmiş hərbi qulluqçular, daim ciddi intizam rejimində xidmət etdikləri üçün tam fərqli tələblərin mövcud olduğu mülki həyatda özlərinə normal məşğuliyyət tapa bilmirlər. Həyatlarının ən enerjili hissəsini orduya və düşmənlə mübarizəyə həsr edən bu insanlar eyni zamanda doğma kollektivdən ayrılmanın mənfi təsirini də çiyinlərində daşıyırlar.

Azərbaycan Silahlı Qüvvələrinin elit bölmələrindən təxris edilən yüksək hərbi imkanlara malik hərbi qulluqçuların qısa müddətdə müasir texnologiyalara və ya yeni peşəyə yiyələnməsi real deyil. Belə olan vəziyyətdə qiymətli və təcrübəli mütəxəssislərimizin aidiyyəti olmayan sahələrə yönəlməsi baş verir. Əslində heç ürəkaçan olmayan bu vəziyyətdən çıxış yolunu tapmağa cəhd edək.

Hərbi xidmətdən sonrakı müddətdə XTQ personalından ÖHK-da istifadə imkanları

Müasir dövrdə müharibə və sülh vəziyyəti arasındakı sərhədlər silinməyə daha meylli görünür. Artıq müharibələr klassik üsullarla aparılmır, nəticədə digər asimmetrik mübarizə metodları daha geniş yayılır. Yeni mübarizə üsullarının iqtisadi və siyasi təzyiqlər fonunda tətbiq edilməsi isə hibrid müharibələrin qaçılmazlığına gətirib çıxarır. Azərbaycan ərazilərinin işğalının mövcud hərbi-siyasi vəziyyət ilə sintezindən ibarət acı reallıq isə bizə XTQ kateqoriyalı hərbçilərin potensialından xidmətdən sonrakı dövrdə belə istifadə etməməyə imkan vermir.

Polad əsəblərə, yüksək fiziki hazırlığa, sərrast atıcılığa, bir neçə xarici dil biliyinə və intelektual səviyyəyə malik keçmiş hərbçilərin istifadəsi üçün əslində real imkanlar mövcuddur. Burada söhbət obyekt və ya şəxslərin mühafizəsini təşkil etmək kimi məhdud sferada fəaliyyət göstərən təhlükəsizlik şirkətlərindən getmir. Biz ən azı regional miqyasda dövlətin hərbi imkanlarına töhfə verə biləcək daha geniş miqyaslı fəaliyyətlərdən və tamamilə fərqli bir strukturun - özəl hərbi kompaniyaların tətbiqindən bəhs edirik.

Bu özəl hərbi kompaniyalar ehtiyatda olan peşəkar kadrları ətrafına toplayaraq professional yerüstü, suüstü və sualtı mühafizə xidmətlərindən başqa, təlimatçı, kəşfiyyatçı, əməliyyatçı, hərbi tərcüməçi, məsləhətçi, istehkamçı, rabitəçi, paraşütçü-desant, yüklərin və karvanların müşaiyəti, silahların tədarükü, informasiya təhlükəsizliyi, narkotiklərlə və qaçaqmalçılıqla mübarizə, axtarış-xilasetmə, enerji platformalarının və boru xətlərinin təhlükəsizliyi, analitik, snayper, haker, inkassator və s. kimi müxtəlif missiyalar üzrə xidmətlər göstərən bölmələr yarada bilərlər. Bu bölmələrin müstəqil və ya eyni kompaniya tərkibində birləşərək fəaliyyət göstərməsi də mümkündür. Assimetrik müharibə, informasiya təhlükəsizliyi və hakerlər qrupu ayrıca qurum olaraq nəzərdən keçirilə bilər.

Bundan başqa ÖHK-ların təşkil edilməsi, dövləti digər ölkələr ərazisində vətəndaşlarına görə məsuliyyət daşımaqdan qismən azad edir. Bəzi ölkələrdə bu kompaniyaların xüsusi təhlükəli cinayətkarların saxlanıldığı həbsxanaların qorunmasına da cəlb edilməsi faktları mövcuddur. ABŞ-da ÖHK-lar mövcud qanunvericilik çərçivəsində Silahlı Qüvvələrinin pilotlarına, dəniz piyadalarına və dənizçilərinə təlimlər keçir, siyasətçiləri, diplomatik nümayəndəlikləri, strateji obyektləri qoruyurlar, hətta raket sınaqlarını belə həyata keçirirlər.

Özəl hərbi kompaniyaların tətbiqi nümunələri

Hazırda İsraildə qeydiyyata alınan özəl hərbi kompaniyaların sayı 220-yə, Fransada isə 130-a çatır. Qonşu Gürcüstan, Türkiyə və Ermənistan ərazisində də ÖHK-lar fəaliyyət göstərir.

ÖHK-ların tətbiqinə dair bir neçə nümunəyə qısaca diqqət yetirək. 1997-ci ildə 27 yaşlı keçmiş “dəniz pişiyi” Erik Prins və atəş hazırlığı üzrə təlimatçı El Klark tərəfindən qurulan “Blackwater” (Qara Su, indiki “Academi”) şirkəti “Koul” esminesinə terror hücumundan dərhal sonra 100 min dənizçiyə təlim verib.

Böyük Britaniyanın Kroli şəhərində yerləşən G4S ÖHK-sı dünyanın 125 ölkəsində nümayəndəliyi ilə ikinci nəhəng hərbi kompaniya olaraq tərkibində 657 min nəfərdən çox əməkdaşı birləşdirir.

1987-ci ildə istefada olan general V. Lyus tərəfindən ABŞ-da təsis edilən MRPI kompaniyasının tərkibində təxminən 350 keçmiş ABŞ generalı çalışır.

İllik dövriyyəsi 200 (bəzi mənbələrdə 400) milyard dollara bərabər olan ÖHK bazarına aid bu sərgili nümunələr kifayət qədərdir. Bu kompaniyaların bir çoxu aviasiya və zirehli vasitələrə də malikdir. Bir sözlə, müharibə təhlükəsi olan və olmayan, iqtisadi imkanı yüksək olan və olmayan, ordusu böyük və ya kiçik olan həm Qərb, həm Şərq ölkələri artıq on illərdir ki, özəl hərbi kompaniyaların xidmətlərindən kifayət qədər peşəkar şəkildə yararlanırlar.

Hər il bu kompaniyaların fəaliyyət sferasını genişlənir, artıq onlar hərbi təhlükəsizlik sahəsində dövlətin siyasətinin həyata keçirilməsində əsas rol oynayan vasitələrdən birinə çevrilməkdədir. Lakin naməlum səbəblərdən ÖHK yaradılması məsələsi ölkəmizdə məntiqi həllini hələ də tapa bilməyib. Əslində isə bu kompaniyalar işğala məruz qalan regionun lider ölkəsində daha erkən yaranmalı idi. Bu prosesdə ləngimə hər il ordudan tərxis edilən çox sayda ixtisaslı mütəxəssislərin özlərinə xas olmayan sahələrə yönəlməsinə, dolayısı ilə onların əldən çıxmasına səbəb olur. Lakin hələ də gec deyil.

Nəticə

Hesab edirəm ki, Azərbaycanda özəl hərbi kompaniyalar üçün hüquqi baza yaradılmadan öncə bu təşkilatların hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyi, hansı xidmətləri göstərəcəyi təyin edilməlidir.

Azərbaycan reallığında ÖHK-ların əsasən 4 istiqamət üzrə fəaliyyət göstərməsi daha məqsəduyğun ola bilər:

1. Regional və daha geniş döyüş əməliyyatlarında iştirak edən, “birbaşa taktiki hərbi dəstək” göstərən və müəyyən dərinlikdə fəaliyyət göstərən hərbi kompaniyalar;
2. Strateji planlaşdırma və kadrların peşəkar hazırlığı xidmətləri göstərən konsaltinq komaniyaları;
3. Silahlı qüvvələrə kəşfiyyat, maddi-texniki təchizat, zirehli və digər vasitələrə texniki qulluq, ekspertiza, mühafizə, müşayiət və s. xidmətləri təqdim edilən logistika kompaniyaları;
4. İnformasiya təhlükəsizliyi, hərbi tərcüməçi, analitika və kiber sahədə xidmətlər üzrə İT kompaniyalar.

Qanunverici baza isə bu kompaniyaların platforma konturlarını tam əhatə etməli, onların konsitutsiya çərçivəsində qanuni fəaliyyətlərini təmin etmək şərtilə şəxsi heyətin qanun qarşısında qorunmasını təmin etməlidir. Təbii ki, bəzi şəxslərin bu hüquqi bazanın hazırlanmasını və digər normativ aktlarla uyğunlaşdırılmasını böyük problemə çevirəcəyi gözləniləndir. Lakin Qərbdə və ətrafımızda bu sahədə on illərdir fəaliyyət göstərən ölkələrin təcrübəsindən yararlanaraq, qanunvericilik bazasını şəraitimizə uyğunlaşdırmaq istəyi bu bəhanələrə son qoya bilər. Burada konkret ölkə modeli tətbiq edilməyə də bilər, digər varaintdan, məsələn bir neçə mütərəqqi modelin sintezindən istifadə etmək də mümkündür. Qanunverici aktların arasında beynəlxalq standartlara uyğun “Özəl hərbi və təhlükəsizlik kompaniyaları üçün davranış kodeksi haqqında” sənəd də qəbul edilməlidir.

Bu kompaniyaların fəaliyyətlərinə nəzarət isə İsrailin tətbiq etdiyi prinsipə uyğun həyata keçirilə bilər. Kompaniyalar fəaliyyət üçün aidiyyatı olan güc strukturlarından fəaliyyət sahəsinə uyğun lisenziya əldə etməlidir.

Beləliklə, standart hüquqi bazanın mövcudluğu özəl hərbi kompaniyaların yaradılmasına, dolayısı ilə ordu sıralarından tərxis olunan yüksək səviyyəli peşəkar personalın aidiyyəti olmayan sahələrə yönəlməsinin qarşısını ala biləcək. Müxtəlif hərbi sahələr üzrə xidmətdən ayrılan bir neçə generalın, onlarla baş zabitin və ya mütəxəssisin birlikdə eyni çətir altında fəaliyyəti, əməliyyatların planlaşdırılmasından alternativ (qeyri-ənənəvi) döyüş metodlarının tətbiqinə qədər müxtəlif sahələri əhatə edə bilər. XTQ və kəşfiyyat bölmələrindən ayrılan MAXE və gizirlərin əksəriyyəti ən azından təlimatçı kimi fəaliyyət göstərə bilər. Orta məktəblərdə xroniki hərbi rəhbər çatışmazlığı da orduya səhhətinə görə yararsız olan və özəl kompaniyalarda təşkil edilən kursları başa vuran kiçik zabit heyətinin hesabına aradan qaldırıla bilər. Baş zabitlərin planlaşdırma və alternativ döyüş metodlarının tətbiqinə aid mövcud təcrübəsini yeni araşdırmalarının nəticələri ilə uzlaşdırıb, ciddi nəticələr əldə etmək də mümkündür. MSN-in kadrlarla təminatı, müxtəlif qoşun növləri üçün MAXE-lərin seçilməsi və hazırlanması, yeni silahların ekspertizası, onların ballistik göstəricilərinin reallığa uyğunluğu və s. ehtiyata buraxılan təcrübəli zabitlərin formalaşdırdığı ÖHK funksiyalarına aid edilə bilər. Assimetrik müharibə, kibertəhlükəsizlik, haker, İT mütəxəssisi, hərbi tərcüməçi və s. kimi dar profilli ixtisaslar üzrə Silahlı Qüvvələrin tələbatının ödənilməsi üçün kadrların hazırlanmasında ÖHK-lar mühüm əhəmiyyət kəsb edə bilər.

Bu siyahıya dövləti məsuliyyətdən kənarda saxlamaqla ölkə xaricində və ya ehtimal olunan düşmən dərinliyində fəaliyyətlərə, o cümlədən xüsusi əməliyyatların həyata keçirilməsini də əlavə etmək olar.

Bu kompaniyaların funksiyalarına müxtəlif ixtisaslar üzrə kiçik mütəxəssislərin hazırlanmasından əməliyyatların planlaşdırılmasına, yeni silah və texnikaların müstəqil ekspertizasından qoşunların logistik dəstəyinə qədər geniş fəaliyyət sferası aid edilə bilər.

Silahlanmaya və ya seriya istehsalına qəbul ediləcək istənilən yerli və xarici silaha (texnikaya, vasitəyə və ya avadanlığa) müstəqil hərbi ekspertlər qrupundan başqa hansı qurumun obyektiv rəyi verə biləcəyi sualı da açıq qalmaqdadır. Mənə elə gəlir ki, ölkədə mövcud olan çoxsaylı yararsız veteran təşkilatları əvəzinə, bir neçə professional özəl hərbi kompaniyanın yaradılmasını dəstəkləmək dövlətimizin təhlükəsizlik və hərbi maraqlarına uyğundur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ordudan tərxis olunmuş xüsusi təyinatlıların sonrakı tətbiqi - HƏRBİ EKSPERT (ANALİZ)

2019/12/45645-4730521248.jpg
Oxunub: 7342     16:35     24 Yanvar 2020    