Rusiyalı komandan: “ABŞ ilin sonuna qədər iki yeni ortamənzilli raket sınaqdan keçirə bilər”

2019/12/12438-1576479234.jpg
Oxunub: 1481     12:47     16 Dekabr 2019    
“ABŞ 2019-cu ilin sonunadək iki yeni quruda yerləşən ortamənzilli raketi sınaqdan keçirə bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya Strateji Raket Qüvvələrinin komandanı general-polkovnik Sergey Karakaev deyib.

Onun sözlərinə görə, ilin sonunadək ABŞ iki yeni quruda yerləşən ortamənzilli raketi sınaqdan keçirməyi planlaşdırır - 1000 km-dən çox məsafəyə malik qanadlı raket və 3000 km-dən çox məsafəsi olan başqa bir raket.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin