Ordu.az xəbər verir ki, bunu qüvvələrin komandanı Sergey Karakayev Rusiya Müdafiə Nazirliyinin “Krasnaya Zvezda” (Qırmızı Ulduz) qəzetinə bildirib.
O qeyd edib ki, bundan sonra qüvvələr artıq Sovet istehsalı olan raket sistemlərinə sahib olmayacaqlar.
“Qüvvələr hazırda yeddi növ raket sisteminə malikdir. Bunların arasında dörd stasionar sistem – “Voevoda”, “Stilet”, “Topol-M” və “Yars” - və 3 mobil raket sistemi – “Topol”, “Topol-M” və “Yars” - var. Yaxın gələcəkdə bütün raket bölmələrinin tədricən yeni “Yars”, “Avangard” və “Sarmat” raket sistemləri ilə təchiz edilməsi planlaşdırılır”, - deyə Karakayev bildirib.
Onun sözlərinə görə, raket bölmələrində müasir raket sistemlərinin payı 2019-cu ilin sonunda 76%-ə çatıb.
Sevinc Əliyeva
Ordu.az