BMT-nin Baş katibi: ABŞ-ın İrana qarşı sanksiyaları TŞ-nin 2231 saylı qətnaməsinə ziddir

2018/07/649549_0_1531479097.jpg
Oxunub: 1011     12:21     14 Dekabr 2019    
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların təşkilatın Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bunu Baş katib illik hesabatını açıqlayarkən bəyan edib.

O bildirib ki, 2015-ci ildə İran ilə Qərb dövlətləri arasında “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında müqavilə” və bu müqaviləyə əsasən qarşılıqlı razılaşma nəticəsində hazırlanmış “Hərtərəfli birgə fəaliyyət planı” BMT-nin Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi ilə təsdiq edilib. Bu qətnamə İran əleyhinə qəbul edilmiş əvvəlki qətnamələri qüvvədən salıb. Lakin ABŞ müqaviləni tanımamaqla və birtərəfli sanksiyalar tətbiq etməklə qətnaməyə zidd addım atıb.

Baş katib bildirib ki, 12 il davam edən danışıqlar nəticəsində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin, Rusiya və Avropa İttifaqı ilə İran arasında razılıq əldə olunub. Bu, müasir diplomatiyanın böyük qələbəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İran   Sanksiya  

BMT-nin Baş katibi: ABŞ-ın İrana qarşı sanksiyaları TŞ-nin 2231 saylı qətnaməsinə ziddir

2018/07/649549_0_1531479097.jpg
Oxunub: 1012     12:21     14 Dekabr 2019    