Ermənistanda aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının fiaskosu

2019/12/Nikol-1576234261.jpg
Oxunub: 1063     14:50     14 Dekabr 2019    
Mütəmadi olaraq Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətinin ömrünü uzatmaq üçün hər cür manevrdən istifadə etdiyinin şahidi oluruq. O, erməni xalqını asanlıqla manipulyasiya etmək bacarığı ilə ictimai gündəmə nəyin tətbiq oluna biləcəyini yaxşı bilir və edir.

“Son dövrdə baş verən zəncirvari hadisələr, Ermənistan parlamentindəki bu və ya digər süni açıqlamalar və absurd ifadələr demək olar ki, hər yerdə uğursuzluqla nəticələnən Paşinyan hakimiyyətinin çıxış yolu axtardığını sübut edir”, - deyə erməni müəllif Armen Hovasapyan qeyd edib.

Onun sözlərinə görə, belə süni və saxta gündəmlərdən biri də Ermənistan parlamentində Aprel döyüşlərinin detalları üzrə İstintaq Komissiyasının yaradılmasıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan parlamentində bu komissiyanın fəaliyyətinin daha altı ay uzadılması məsələsi təsdiqlənib.

Aprel döyüşlərinin detallarının öyrənilməsi ziddiyyətli bir məsələdir. Bu döyüşlər bir tərəfdən Ermənistanın təhlükəsizlik sistemi ilə bağlı ciddi problemlər və məsələlərin olduğunu ortaya çıxardı.

“Fakt budur ki, bu siyasi kontekstləri izləyən bir qurumdur və hakimiyyət üçün riskli və arzuolunmaz insanları bir şəkildə manipulyasiya etmək və ictimai hədəfə almaq üçün əlavə bir vasitədir. Yaradılmasının ilk günündən bu qurum onun üçün müəyyən edilən hüdudlarından kənara bir santimetr də belə çıxmır, hazırkı hakimiyyətə xidmət etməyə həsr olunub. Çünki əsas vəzifəsi Aprel döyüşlərinin nəticələrini minimuma endirmək və bu müharibəyə töhfə verən dövlət adamlarını və hərbi komandirləri hörmətdən salmaqdır”, - deyə Hovasapyan bildirib.

O qeyd edib ki, əslində, hazırda komissiya qarşısındakı vəzifə, ən azı, Paşinyanın icad etdiyi miflər barədə heç olmasa minimum həqiqət elementlərini tapmasına nail olmaqdır.

“Bu da müntəzəm olaraq Paşinyan tərəfindən tirajlanan tezislərin reallaşması üçün müvafiq faktları tapmaq, yumşaq desək, reallıqla heç bir əlaqəsi olmayan komissiyanın işinin daha altı ay uzadılmasının səbəbidir. Həmin Paşinyan 2016-cı ildə kürsüdən “tanklarda dizel yanacağı olmayıb”, “əsgərlər kürəklərlə vuruşub”, “müharibəni Rusiya Azərbaycanı AİƏT qurumuna gətirməyə vadar etmək üçün təşviq edib” deyə qışqırırdı. Təsadüfi deyil ki, bu gün bu tezisləri və iddialar barədə heç kim xatırlatmır və heç bir məntiqi nəticə çıxarmır. Həm də bu, Ermənistanın hazırkı Müdafiə naziri, 2016-cı ildə Müdafiə nazirinin birinci müavini David Tonoyan dəfələrlə həmin dövrdə silah-sursatla bağlı heç bir problem olmadığını deyib”, - deyə erməni müəllif bildirib.

Tonoyan o dövrdə müdafiə sistemində nələrin baş verdiyinin artıq aydın olduğunu və komissiyanın cəmiyyətdəki şayiələrə və təhriflərə son verə biləcəyini deyib: “Aprel döyüşləri ilə bağlı anlaşılmazlıq istisna ediləcək”.

Hovasapyanın sözlərinə görə, Tonoyan bəzi çatışmazlıqların və nöqsanların olduğunu da istisna etməyib, lakin onun dediklərini diqqətlə izləsək, bu komissiyanın dəqiq faktiki “parıltı” və “sensasiyalı” açıqlamalar vermək imkanının olmayacağı qənaətinə gəlmək olar.

Qeyd etmək lazımdır ki, bu dövrdə Aprel döyüşlərində bilavasitə iştirak edən bir sıra yüksək vəzifəli erməni məmurlar, habelə sıravi əsgərlər də daxil olmaqla müharibə iştirakçıları istintaq komissiyasına dəvət olunub.

“Bu günə qədər minlərlə gizli səhifələr araşdırıldı və əsgərlər sorğu-sual edildi. Nəticədə yaxın aylarda sual-cavab edilməyə dəvət olunacaq yüksək vəzifəli məmurların siyahısı tərtib edilib”, - deyə komissiyanın sədri Andranik Köçəryan bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Yuri Xaçaturov, Haykaz Bağmanyan və Serj Sarkisyan dindirilməyə çağırılacaq.

“Belə olan halda Köçəryanın istintaq komissiyasının kimi və nə vaxt dindirməyə çağıracağı ilə bağlı verdiyi açıqlamaya dair başqa sual ortaya çıxır. Bu faktları ortaya qoyduqdan sonra, Paşinyanın da komissiyaya dəvət edilərək və vaxtı ilə bu cür açıqlamaları haradan alması və nəyə əsaslandığını izah etməsi məntiqlidir”, - deyə erməni müəllif vurğulayıb.

O qeyd edib ki, Paşinyanın istintaq komitəsinə izahat üçün çağırılmadığı təqdirdə, bu qurumun “saxta” olması aydın və sadə bir həqiqətə çevrilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Aprel-döyüşləri  

Ermənistanda aprel döyüşlərini araşdıran İstintaq Komissiyasının fiaskosu

2019/12/Nikol-1576234261.jpg
Oxunub: 1064     14:50     14 Dekabr 2019    