“Hərbçi olmuşam ki, torpaqlarımızın azad olunmasında iştirak edim”

2019/12/5cfbb-1576215868.jpg
Oxunub: 1081     15:00     13 Dekabr 2019    
Azərbaycanda ordu həmişə diqqət və qayğı olub, ordu da Vətən kimi uca tutulub. Bu, vətəndaşların mənəvi kamilliyinin tərkib hissəsidir. İnkişafının qürur duyulası dönəmində olan Azərbaycan Ordusunun şəxsi heyəti bu günün tarixini də yazır, ömrünü xalqının, millətinin, ordusunun inkişafına həsr etməklə sabahkı tarixilərin yazılmasında da yaxından iştirak edir. Örnək ola biləcək belə ömür yaşamaq fədakarlıqdır, müəyyən mənada hünərdir.

Azərbaycan Ordusunun tarixinin yazılmasında iştirak edən hərbi qulluqçulardan biri də gizir Novruz Cəfərovdur.

"N" hərbi hissəsində zabit Eldəniz İsmayılov gizir Novruz Cəfərov haqqında dedi ki, o, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, Vətənə xidməti həyatının məqsədi bilir. Məşhur ingilis dramaturqu Corc Bernard Şounun maraqlı bir fikri yadıma düşdü. "Həyat mənim üçün şam deyil, müvəqqəti olaraq mənə verilmiş məşəldir və mən istəyirəm ki, gələcək nəsillərə ötürdüyüm zaman o, daha gur yansın". Bu fikri zabit Eldəniz İsmayılova da dedim. Onu da dedim ki, hərbçilər də, mülkilər də həyatı elə yaşamalıdırlar ki, özünə, ailəsinə, cəmiyyətimizə, millətimizə, xalqımıza, ordumuza faydalı olsunlar. Yaşamaq fayda vermək deməkdir. Zabit deyir ki, gizir Novruz Cəfərov da Azərbaycan Ordusuna faydalı ola biləcək hərbi qulluqçulardandır, yəni, ömrünü siz deyən kimi yaşayır. Hərbi kollektiv arasında kifayət qədər nüfuz qazana bilib.

Gizir Novruz Cəfərov bildirdi ki, hərbi qulluqçunun əsl hərbçi kimi formalaşmasında təlimlərdən, məşqlərdən əlavə, düşdüyü mühitin, şəraitin də çox böyük rolu vardır.

Növbədə olan rabitəçi gizir Novruz Cəfərov öz peşəsindən də söz açaraq dedi:

- Torpaqlarımızın işğalçılardan təmizlənməsində rabitəçilərin də üzərinə böyük məsuliyyət düşür. Döyüş zamanı rabitənin əhəmiyyəti çox böyükdür. Belə ki, rabitə aparatı vasitəsilə biz müxtəlif qoşun növləri arasında əlaqə yaradır, səmərəli hücumların təmin olunmasına dəstək verir. Rabitə vasitəsilə bölmələr arasında da yüksək səviyyəli əlaqə təmin edilir. Döyüş zamanı cəbhənin əsəb sistemi adlandırılan rabitənin əhəmiyyəti danılmaz və müqayisəedilməzdir. Rabitəçi hücum edən hərbi hissələrlə birlikdə ön sıralarda komandirin yanında getməli, lazım olanda isə geriyə hamıdan sonra çəkilməlidir - döyüşün gedişatı rabitənin necə işləməsindən asılıdır.

Əslən Ağdam rayonundan olan həmsöhbətim qeyd etdi ki, ən böyük arzum Ağdamı və digər torpaqlarımızı azad görməkdir. Ordumuzun qüdrətlənməsi, hərbçilərə olan diqqət və qayğı mənəvi-psixoloji hazırlığımızın səviyyəsini daha da artırır. Arxamızda güclü dövlət durur, torpaqlarımızı işğaldan azad edəcəyik.

"26 ildir valideynlərim Ağdamlı xatirələrlə yaşayırlar. Onlar ruhən hər zaman Ağdamdadırlar. Doğma ocaq, yurd-yuva həsrətilə yaşayırlar. Ona görə hərbçi olmuşam ki, torpaqlarımızın azad olunmasında mən də iştirak edim", - gizir Novruz Cəfərov belə dedi.

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   Hərbçi  

“Hərbçi olmuşam ki, torpaqlarımızın azad olunmasında iştirak edim”

2019/12/5cfbb-1576215868.jpg
Oxunub: 1082     15:00     13 Dekabr 2019    