Düşmənlə təmas xəttində yerləşən "N" saylı hərbi hissədə asudə vaxt

2019/12/649d7-1576215667.jpg
Oxunub: 810     16:55     14 Dekabr 2019    
Hərbi hissələrdə günün nizam qaydasına uyğun olaraq, dərs prosesləri bitdikdən sonra gün ərzində əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılır.

Asudə vaxt şəxsi heyətin hərtərəfli inkişafı, fiziki, mənəvi və estetik mədəniyyətini, dünyagörüşünü yüksəltmək üçün əsas vasitədir. Hərbi hissələrdə asudə vaxtı səmərəli təşkil etmək üçün məqsədyönlü işlər görülür. İdeoloji otaqlar və istirahət guşələri yaradılır. Asudə vaxtlarında əsgərlər qəzet və jurnallardan hərbi biliklərini artırır, bədii kitablar oxuyur, televiziya verilişlərini, tariximizdən bəhs edən filmlər izləyir, dama, şahmat kimi stolüstü oyunları oynayırlar.

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində də asudə vaxt səmərəli təşkil edilir. Yataqxananın istirahət otağında əsgərlər arasında maraqlı oyun gedirdi. Əsgərlər Şahlar Feyziyev ilə Rəşad Həşimov, Pərviz Kazımov ilə Azad Quliyev dama oyununda qalib adı uğrunda mübarizə aparırdılar. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahin Sərdarlı bildirdi ki, zabit və gizirlərimiz də asudə vaxtlarını burada keçirirlər. “Əsgərlərlə birgə televiziya proqramlarını izləyir, radio dinləyir, söhbət edirik. Bu gün isə əsgərlərimiz arasında gərgin mübarizə şəraitində keçən dama oyununu izləyirəm. Əsas istəyirik ki, vaxtımız səmərəli keçsin, yaddaşımızda xoş xatirələr yaratsın.”

- Asudə vaxtın düzgün təşkili gənclərin fiziki, psixoloji və şəxsi keyfiyyətlərinin formalaşmasına və inkişafına kömək edir, təhsilə və biliyə marağı artırır. Onların şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Şəxsi heyətin asudə vaxtının maraqlı təşkili həm də əsgərlərin dostluq münasibətlərini möhkəmləndirir. Əsgərlərə öz vaxtına düzgün və səmərəli nəzarət etmə duyğusu aşılanır ki, sabah həyatını, taleyini düzgün qurmaqda çətinlik çəkməsinlər.

Oyun bitdi. Əsgər Şahlar Feyziyev yaradılan şəraitdən razılığını bildirdi. "Yuxarı komandanlığa minnətdarıq ki, bizim üçün belə şərait yaradılıb. Asudə vaxtlarımız səmərəli keçir. Kitab və jurnallar oxuyur, oyunlar oynayır, eyni zamanda, xəbərləri, vətənpərvərlik mövzusunda filmləri izləmək imkanı qazanırıq. Televiziya və "Azərbaycan Ordusu" qəzetinin köməkliyi ilə istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrdən xəbər tuturuq. Hərbi verilişlərə maraqla baxırıq. Bunlar döyüş ruhumuzu, vətənpərvərlik hisslərimizi daha da artırır. Ali Baş Komandanın döyüş əmriylə Aprel qələbəsini və Günnüt zəfərini daha Böyük Qələbəylə tamamlayacağıq. Əsgər Rəşad Həşimov əsgər yoldaşının sözlərinə qoşularaq əlavə etdi ki, asudə vaxtımızın müəyyən bir hissəsini şəxsi inkişafımıza, dünya görüşümüzün artırılmasına, sağlamlığımıza, fiziki inkişafımıza sərf edirik. Bu inkişaf həm də mənəvi-psixoloji hazırlığımız üçündür.

Orxan Hüseynli, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Asudə-vaxt  

Düşmənlə təmas xəttində yerləşən "N" saylı hərbi hissədə asudə vaxt

2019/12/649d7-1576215667.jpg
Oxunub: 811     16:55     14 Dekabr 2019    