Petrosyan niyə həbs edilmədi?

2019/12/00-48-1576147509.jpg
Oxunub: 1129     10:51     14 Dekabr 2019    
Ermənistanın “Hraparak” gündəlik nəşrinə verdiyi müsahibədə keçmiş prezident Robert Köçəryan 1998-ci ildən sonra Levon Ter-Petrosyanın həbsi ilə bağlı ictimai tələbin olduğunu söyləyib, ancaq keçmişlə mübarizə aparmaq əvəzinə bir gələcək qurmağa üstünlük verdiyini qeyd edib.

Bu ifadə ilə Köçəryan şübhəsiz ki, ona qarşı qaldırılan ittiham kontekstində məsələyə toxunaraq bir neçə məsələyə münasibət bildirir.

“Əvvəla, Ermənistandakı idarəetmə sisteminin əslində öz tarixinin sonradan deyil 1998-ci ildən əvvəl başlaması sualına toxunur və Köçəryan bu məsələdə haqlıdır. Digər tərəfdən, Köçəryan hər halda idarəetmənin mahiyyətinin keçmişlə mübarizə aparmaq yox, indiki və gələcəyi qurmaq olması ilə bağlı məslədə də haqlıdır. Bununla yanaşı, burada bir incə məsələ var. Məsələ burasındadır ki, keçmişdə oğurlanıbsa, mənimsənilibsə, əslində gələcəyin hesabına baş verib. O halda gələcəyi qurmaq üçün keçmişin bir hesabını tələb etmək qaçılmazdır”, - deyə erməni ekspert Aram Amatuni bildirib.

Başqa bir mənada, Köçəryanın cinayətinə gəlincə, burada on nəfərin öldürüldüyü və heç kimin məsuliyyət daşımadığı “1 Mart” hadisələrindən söhbət gedir.

Köçəryan o zaman baş verənlərə görə Ermənistanın bir ali baş komandanı və prezidenti kimi məsuliyyət daşıyırmı?

“Əgər məsuliyyət daşımırsa, cinayət üzrə iş və məhkəmə prosesi onun bunu sübut etməsi üçün əla bir fürsətdir. Lakin şəhər mərkəzindəki ictimai-siyasi inkişaf prosesində dövlət qüvvəsindən istifadə nəticəsində on nəfər həlak olursa, burada ilk məsul şəxs təbii ki, dövlət hakimiyyəti maşınının rəhbərliyi altında işləyən güc qurumdur. Bu mənada 1998-ci ildən əvvəlki dövrlə müqayisə bir az mücərrəddir. Məsələyə birbaşa seçki saxtakarlığı sisteminin formalaşması aspektindən baxmaq başqa bir məsələdir, burada əlbəttə ki, bunun kökü 1995-96-cı illərə dayanır”, - deyə Amatuni bildirib.

Onun sözlərinə görə, 1998-ci ildən sonra Ter-Petrosyanın tutulması tələbinə və bu addımın atılmamasına dair qərara gəlincə, Köçəryan həmin dövrdə şəxsi rolunu bir balaca şişirdir.

“İş ondadır ki, 1998-ci ildən etibarən de-yure prezident olmaqla yanaşı, faktiki olaraq o, hakimiyyətin həlledici siması deyildi. Yaxud belə deyək, Vazgen Sarkisyan, Serj Sarkisyan və Robert Köçəryan üçlüyü Vazgen Sarkisyanın üstün olduğu hakimiyyəti altında “qələbə çaldılar”, yaxud da həmin dövrdə yalnız Vazgen Sarkisyan qərar vermə haqqına malik idi. Belə olan vəziyyətdə, Ter-Petrosyanın və ümumilikdə 1998-ci ilin aspekti, daxili hakimiyyət dəyişikliyindən sonra başqa bir qiymətləndirmə və ya şərh alırdı”, - deyə ekspert qeyd edib.

Sarkisyanın öldürülməsindən sonra Ermənistanda tamamilə fərqli siyasi vəziyyət yarandı. Bu yeni siyasi vəziyyətdə hakimiyyət qanadları arasında hakimiyyət uğrunda kəskin mübarizə, qarşıdurma olduğu və Köçəryanın həll etmək üçün tamamilə başqa problemləri ortaya çıxdığı bir vaxtda artıq Ter-Petrosyanın mövzusu aktual deyildi.

Üstəlik onu da qeyd edək ki, “27 Oktyabr”dan dərhal sonra Ter-Petrosyan Köçəryanı dövlətin keçid oxu hesab edərək insanları onun ətrafında birləşməyə dair çağırış edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Petrosyan   Paşinyan  

Petrosyan niyə həbs edilmədi?

2019/12/00-48-1576147509.jpg
Oxunub: 1130     10:51     14 Dekabr 2019    