“Paşinyanın həllin bütün münaqişə tərəfləri üçün məqbul olmalı lozunqu boş sözdür” - Köçəryan

2019/12/c91b8-1576047570.jpg
Oxunub: 1295     10:33     11 Dekabr 2019    
“Ermənistanın məhkəmə hakimiyyəti icra hakimiyyətinin güclü təzyiqi altındadır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.

Erməni jurnalistlər bir neçə gün bundan öncə Köçəryana yazılı suallar göndərib və onların cavablarını alıb.

“Hakimlər ilk növbədə öz həssalıq dərəcəsini qiymətləndirirlər və yalnız bundan çıxış edərək qərarlar qəbul edirlər. Bu, ədalət yox, hakimlər tərəfindən şəxsi risklərin qiymətləndirilməsidir. Korrupsiya ilə çirklənmiş hakimlər və prokurorlar rejimə olduqca itaətkardırlar”,- deyə Köçəryan bildirib.

Sabiq prezidentin sözlərinə görə, Paşinyanın həllin bütün münaqişə tərəfləri üçün məqbul olmalı olduğu lozunqu boş, heç nə deməyən sözdür və vasitəçinin sadə qətnaməsidir.

“Bu, Ermənistanın fəaliyyət planına malik olmadığına birbaşa sübutdur. Bratislavada baş tutmuş danışıqların son mərhələsi və bunun ətrafında inkişaf edən hadisələr hakimiyyətimizin danışıqlar strategiyasının tam iflasını göstərdi (əbəttə, əgər belə bir strategiya ümumiyyətlə mövcuddursa)”, - deyə o qeyd edib.

Köçəryanın sözlərinə görə, baş verənlər cəbhə xəttində qeydə alınan hadisələrdən daha təhlükləlidir, çünki qazanılan dəyərlər bununla məhv edilir.

“Yanılmaq istəyərdim, lakin mənim gözlərimdə bu, Qarabağın boynuna dolaşmış ssenariyə bənzəyir və görünür ki, o, Ermənistan hakimiyyətinin iştirakı ilə həyata keçirilir”, - deyə sabiq erməni prezident bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal   Ermənistan  


Bizi "telegram"da izləyin