““1 Mart” hadisəsinə dair ifadə verdim və bəzi məsələləri ifşa etdim. Robert Köçəryan və Serj Sarkisyanın eybəcərliklərini xalqı qəsdən ölümə vadar etdikləri üçün tam ifşa etdim”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, martın 1-də səhər saat 06:00 radələrində güc tətbiq etməzdən əvvəl keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Hakobyan bəzi əsaslar yaratmağı tapşırıb, lakin o bundan imtina edib.
“MTX direktoru Köçəryanla bərabər Sarkisyanın güc tətbiq etmə barədə tapşırıqlarını icra etməsi barədə qərar qəbul edib”, - deyə erməni general bildirib.
Tiqran Barseğyanın kimdir və hansı gizli sənədlərdən söhbət gedir?
MTX-də olan mənbələrin erməni mətbuatına ötürdüyü məlumatlardan kifayət qədər “kədərli” mənzərə ortaya çıxır. Burada biz Paşinyan hakimiyyətinin şübhəli keçmişi olan məmurlara necə əsaslandığının şahidi oluruq.
Əvvəlcə onu da qeyd edək ki, Barseğyan media ilə söhbətində vəzifəsini düzgün təqdim etməyib. Milli Təhlükəsizlik Xidmətində onun vəzifəsi, MTX-nin Konstitusiya, İctimai Asayişin qorunması, Terrorizmə qarşı mübarizə baş idarə rəisinin müavinidir. Olduqca gülməli bir tarixçəsi olan hadisə nəticəsində idarə rəisi vəzifəsindən müavin vəzifəsinə endirilib.
Mənbənin məlumatına görə, Barseğyan vəzifəsindən irəli gələrək əlində olan gizli səs danışıqlarını agentlərdən alınmış məlumatlar kimi təqdim etdiyi, həmçinin qarşılığında iddia edilən agentlərə köçürməli olduğu pulu mənimsədiyi üçün vəzifəsindən azad edilib.
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qorik Hakobyan bunu bildikdən sonra onu vəzifəsindən azad edib, lakin onun cinayət işinin açılmasına icazə vermədiyi bildirilir. Vəzifəsini bir pillə aşağı endirdikdən qısa vaxt sonra onu bu sistemdən kənarlaşdırıblar.
Sonra bir neçə dəfə Barseğyan vəzifəsinə bərpa olunmasını arzulayaraq sabiq erməni prezident Serj Sarkisyana məktublarla müraciət edib. Barseğyanın istəkləri yuxarıda göstərilən səbəblər və sağlamlığına görə rədd edilib.
MTX-də olan mənbələrin erməni KİV-lərinə ötürdüyü məlumata görə Barseğyanın mediaya açıqladığı məlumatlara çıxışı ola bilməzdi. Barseğyanın keçmiş silahdaşları qeyd edir ki, hətta o sənədlərə malik olduğunu iddia etsə belə, bu sənədlərin mənşəyi mövcud olmayan agentlərdən əldə etdiyi məlumatlar ola bilər.
Hər halda Barseğyanın Ermənistan MTX-yə geri dönüş üçün yeni kombinasiyalar icad etdiyi düşünülür.
Alpər Mövludoğlu
Ordu.az