Duterte Mindanao adasında hərbi vəziyyəti uzatmamaq qərarına gəlib

2019/10/carat-1571119372.jpg
Oxunub: 1198     12:47     11 Dekabr 2019    
Filippin hökuməti ölkənin cənubunda yerləşən Mindanao adasında hərbi vəziyyətin cari ildən sonra uzadılmayacağını bəyan edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət bununla iki ildən çox müddətdə davam edən hərbi qarşıdurmanı dayandırmaq niyyətində olduğunu bildirib.

Bu barədə məlumat verən Filippin Prezidentinin mətbuat katibi Salvador Panelo qeyd edib ki, Rodriqe Duterte hərbi vəziyyətin dekabrın 31-də başa çatmasından sonra onu uzatmamaq qərarına gəlib.

Xatırladaq ki, Filippin Prezidenti 2017-ci il mayın 23-də əsasən müsəlmanların yaşadığı Maravi şəhərində yaraqlıların bir neçə rayonu ələ keçirməsindən sonra Mindanao adasında hərbi vəziyyət elan etmişdi.

Yaraqlılarla hökumət qoşunları arasında altı aya yaxın davam edən silahlı qarşıdurma nəticəsində 1500-dən çox insan həlak olmuşdu ki, bunların da 165-i hökumət qüvvələrinin əsgərləri, 47-si isə mülki vətəndaşlar idi.

Son illər iki dəfə uzadılan hərbi vəziyyət hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid edilirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   Duterte  


Bizi "telegram"da izləyin