Lavrov və Pompeo bir sıra beynəlxalq məsələləri müzakirə ediblər

2019/12/15759-1576042856.jpg
Oxunub: 554     07:40     11 Dekabr 2019    
ABŞ-da səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu ölkənin Dövlət katibi Mayk Pompeo ilə görüşündə bir sıra beynəlxalq məsələlər müzakirə edilib.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüşün yekunu ilə bağlı Pompeo və Lavrov birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıblar.

Pompeo bildirib ki, ABŞ-Rusiya münasibətləri son illərdəkindən daha yaxşı olmalıdır: "Ölkə rəhbərləri artıq bunun üzərində işləyirlər".

Sergey Lavrov amerikalı həmkarını "Normand dördlüyü" görüşünün nəticələri barədə məlumatlandırıb. İki ölkənin rəsmiləri eləcə də Yəməndə və Liviyada əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünü şərh edən ABŞ Dövlət katibi bu görüşü mənalı adlandırıb: "Biz Ukrayna barəsində uzun danışdıq".

Pompeo rusiyalı həmkarı ilə Suriya və Əfqanıstan ətrafındakı vəziyyəti də müzakirə etdiklərini açıqlayıb.

"Suriyada biz 2254 saylı qətnamənin tətbiq edilməsi üzərində işləyirik. Bu BMT-nin qətnaməsidir. Biz hərbi həll yolunun olmadığını hesab edirik və Suriya terrorçu qruplar və İŞİD üçün sığınacağa çevrilməməlidir", - deyə Pompeo qeyd edib.

Venesueladakı vəziyyətə toxunan ABŞ xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ölkəsi Rusiyadan Xuan Quaydonu Venesuela lideri kimi dəstəkləməyi xahiş edib: "Hələ ki Nikolas Maduro hakimiyyətdədir, Venesuelada problemlər davam edəcək. Biz Rusiya hökumətinə azad və ədalətli seçki keçirməsi üçün prezident Quaydoya və demokratiyaya dəstək vermələri xahişi ilə müraciət etdik".

Mətbuat konfransında Rusiya və ABŞ arasında Şimali Koreyanın nüvə probleminin də müzakirə olunduğu vurğulanıb.

Rusiya XİN rəhbəri ABŞ dövlət katibini ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində ABŞ dövlət katibi dəvətə görə Rusiyanın XİN rəhbərinə təşəkkür edib.

ABŞ və Rusiyanın dövlət nümayəndələri silahlanmaya nəzarət, regional məsələləri də müzakirə ediblər.

Pompeo ilə görüşdən sonra Lavrov ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lavrov   Pompeo  

Lavrov və Pompeo bir sıra beynəlxalq məsələləri müzakirə ediblər

2019/12/15759-1576042856.jpg
Oxunub: 555     07:40     11 Dekabr 2019    