DSX-nin hərbi hissələrində Heydər Əliyevin anım günü münasibəti ilə tədbirlər keçirilib - FOTOLAR

2019/12/photo-1575980310.jpg
Oxunub: 2341     16:16     10 Dekabr 2019    
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbirlər keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən Ordu.az-a verilən məlumata görə, tədbir iştirakçıları öncə Heydər Əliyev İdeoloji Mərkəzlərində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olmuş və büstü önünə gül dəstələri qoyublar.

Dekabr ayının 10-da keçirilmiş tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərin­dən söz açıb, tarixə öz adını əbədi həkk etmiş fenomen şəxsiy­yətin, hər bir Azər­bay­can vətəndaşının qürur mənbəyinə çevrilib, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniy­yətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən bəhs ediblər.

Dahi öndərin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müs­təqil Azərbaycanın sərhəd mühafi­zəsinin inkişafındakı misilsiz xidmətləri min­nət­darlıq hissi ilə xatırlanmışdır. Ulu öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respub­li­ka­sı­nın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardı­cıl həyata keçirilən islahatlar sa­yə­sində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: DSX   Heydər-Əliyev  

DSX-nin hərbi hissələrində Heydər Əliyevin anım günü münasibəti ilə tədbirlər keçirilib - FOTOLAR

2019/12/photo-1575980310.jpg
Oxunub: 2342     16:16     10 Dekabr 2019    