ABŞ Senatında qondarma “erməni soyqırımı”nın tanınmasına kimlər mane olur?

2019/12/79597-1575977887.jpg
Oxunub: 783     10:57     11 Dekabr 2019    
ABŞ-ın Nümayəndələr Palatasında “H.Res 296” qətnaməsinin qəbul edilməsindən sonra artıq Senatorlar Bob Menendez və Ted Kruz “S.Res 150” qətnaməsini 3-cü dəfə Senatda irəli çəkirlər. Əvvəlki iki cəhd müvafiq olaraq senatorlar Lindsi Qraham və Deyd Perdyu tərəfindən uğursuzluğa düçar olub.

Bu dəfə qondarma qətnamə Senatda Şimali Dakotadan olan digər bir respublikaçı senator Kevin Kramer tərəfindən bloklanıb.

Ağ Ev Nümayəndələr Palatasında qətnamənin qəbul edilməsinə mane olmasa da, qətnamənin üçüncü dəfə bloklandığı Konqresin Yuxarı Palatasında mənzərə fərqlidir.

Qeyd etmək lazımdır ki, qondarma qətnaməyə haqlı olaraq veto qoyan senator Kevin Kramer hələ 2017-ci ildə bir konqresmen olarkən “H. Res 220” qətnaməsinin tərəfdarlarından biri olub. Eyni zamanda, 115-ci Konqresinin Türkiyə komissiya qrupunun üzvü olub. Ancaq qətnaməyə veto məsələsi Ağ Evin müdaxiləsi ilə birbaşa bağlıdır.

Maraqlıdır ki, senator Kramer ilə ABŞ-ın hazırkı prezidenti Donald Tramp arasında yaxın münasibətlər var.

Hələ 2018-ci ilin Senat seçkiləri zamanı Donald Tramp Kevin Kramerə tam dəstək ifadə edib. Kramer indi Trampı ona qarşı impiçment prosesində fəal şəkildə dəstəkləyir.

Beləliklə, Senatda qondarma qətnamənin dondurulmasının əsas təşəbbüsçüsü, qətnamənin hər dəfə Senatın gündəliyinə daxil olmasının qarşısını alan Ağ Evin olduğu aydın olur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qondarma   Ermənistan   ABŞ  

ABŞ Senatında qondarma “erməni soyqırımı”nın tanınmasına kimlər mane olur?

2019/12/79597-1575977887.jpg
Oxunub: 784     10:57     11 Dekabr 2019    