Sarkisyan Moskvaya yola düşməli idi - O və Köçəryan bərabərləşdirilir

2019/12/00-30-1575976183.jpg
Oxunub: 988     10:00     11 Dekabr 2019    
Ermənistan Respublika Partiyasının (ERP) vitse-prezidenti Armen Aşotyan ötən gün keçirdiyi brifinqdə, Paşinyan hakimiyyətinin Serj Sarkisyana qarşı cinayət işi başlatdığını və aktiv xarici siyasətindən qorxduğu üçün ehtiyat tədbir olaraq, yaşayış yerini tərk etməmə haqqında qərar verdiyini bəyan edib.

Partiya funksioneri Sarkisyanın bir sıra vacib paytaxtlara səfər etməyi planlaşdırıldığını, burada dövlət əhəmiyyətli və milli gündəmdəki vacib mövzuları müzakirə edəcəyini bildirib.

Ermənistan hakimiyyətinin qorxusuna dair açıqlamaları bir kənara qoyaq, bəlkə də burada problem aydın təbliğatın müdafiəsi sahəsindədir.

Lakin bir neçə paytaxta planlaşdırılan səfərlərin bəyan edilməsi bir neçə cəhətdən maraqlıdır.

Sarkisyan Avropa Demokrat Partiyasının Konfransı və iclasında iştirak etmək üçün Zaqrebə səfər etdi. Həmin iclasda Sarkisyan Ermənistan hakimiyyətini tənqid etməklə yanaşı, həmçinin Avropanı da ona kifayət qədər dəstək vermədiyi üçün çox incə bir xətt ilə tənqid edib. Bunu bir neçə həftə əvvəl Sarkisyanın həqiqi demokratiya haqqında danışdığı və yenidən bu məsələdə kifayət qədər dəstəyin olmamasında günahlandırdığı ABŞ səfiri ilə baş tutan görüşü ilə müqayisə etsək, onda maraqlı bir məntiq və mənzərə yaranır.

Bu çərçivədə bir sual meydana çıxır, ziyarətlərin hazırlandığı və hazırlanacağı paytaxtlar hansılar idi?

Respublikaçılar partiyasının sədr müavinin sözlərinə görə, Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri də səfər planlaşdırılan paytaxtlar arasında olub

Burada Moskvanın olmasında maraqlı tərəf burasıdır ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Rusiya prezidenti, məsələn, Robert Köçəryanı mütəmadi olaraq xatırlayır, amma Sarkisyanı yada salmırdı. Sarkisyan isə Köçəryandan fərqli olaraq Rusiya hakimiyyətini xatırlatmır. O, Moskvanı xatırlatmaqla müdafiə taktikasında açıq şəkildə oyun oynayır.

Bir neçə gün əvvəl Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan məhkəmədə “1 Mart” iddiasının hər üç keçmiş prezidentin iştirak etdiyi bir cinayət işi olduğunu və bu baxımdan həbsdə ikən ikinci prezidentin qeyri-bərabər vəziyyətdə olduğunu bildirib. Hər hansı mənada Sarkisyan və Köçəryan bərabərləşdirilir. Sərbəstlik dərəcəsi, əlbəttə ki, fərqlidir, lakin xarici səfərlər baxımından onlar bərabər səviyyədə görünürlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sarkisyan   Moskva   Köçəryan  

Sarkisyan Moskvaya yola düşməli idi - O və Köçəryan bərabərləşdirilir

2019/12/00-30-1575976183.jpg
Oxunub: 989     10:00     11 Dekabr 2019    