NATO ölmür: O, Zombidir

2019/12/nato_-1575892556.jpg
Oxunub: 1021     16:58     09 Dekabr 2019    
Bir insanın öldüyündən əmin olmaq üçün nə edə bilərik? Yəqin ki, ilk iş onun nəbzini yoxlamaq olar. Uolter Russel, daha sonra isə Emmanuel Makron bu yaxınlarda Şimali Atlantika Alyansının nəbzini yoxlayaraq bu nəticəyə gəldi ki, o ölür. Lakin Russel xəta edirdi. NATO sadəcə müxtəlif metodlarla periodik olaraq yenidən canlanan zombidir. Hələlik onun bu dəfəki reanimasiyasının bir sıra məhdudiyyətləri var. Hətta zombilər də tədricən ölür. Qafqaz dağlarında Rusiya, Türkiyə və İranın arasında sıxılan kiçik bir dövlət, Gürcüstan NATO-nun ən yeni üzvü olmaq uğrunda çətin mübarizə aparır. Bunu anlamaq çox vacibdir.

Sovet təhdidinin süqutu ilə NATO-nun həyatı öz sonlarına yaxınlaşarkən, 1993-cü ildə dövrün amerikalı senatoru Riçard Luqar belə qənaətə gəlmişdi ki, NATO ya bölgədən, ya da bu işdən çəkilməlidir. Bundan sonra isə NATO 1994-1999-cu illər arasında Bosniya və Herseqovina ilə Kosovada demokratiyanın genişlənməsi ilə məşğul oldu.

Reanimasiya ən böyük dəstəyi NATO-nun 1994-cü il “Sülh Naminə Tərəfdaşlıq” proqramı ilə aldı. Polyaklar, çexlər, macarlar və demək olar ki, İkinci Dünya müharibəsindən sonra Sovet işğalı altında yaşamağa məcbur edilmiş Şərqi Avropadakı hər kəs NATO-nun partnyoru olmağa can atdı. Niyə də yox? Hansı bir Şərqi Avropa ölkəsi ona hərbi yardım təmin edə biləcək Vaşinqtona birbaşa kanal əldə etmək istəməzdi?

Yerli amerikalı siyasətçilər də bu mənada öz rollarını oynadılar. Bill Klintonun kampaniyası 1996-cı ilin oktyabrında NATO-nun genişlənməsi ilə bağlı qızğın müzakirələrə şahidlik etdi. Klinton bununla ölkə ərazisindəki çox sayda polyak və digər Şərqi avropalının səsini qazanmağa çalışırdı.

Sirli şəkildə SSRİ prezidenti Mixayl Qorbaçova dövrün ABŞ prezidenti Corc Buş, Britaniya Baş naziri Marqaret Tetçer, Fransa prezidenti Fransua Mitterand, Almaniya kansleri Helmut Kohl tərəfindən verilən vədlər NATO-nun şərqə genişlənməyəcəyi, onun keçmiş Varşava Paktı ölkələrini əhatə etməyəcəyi ilə bağlı idi, lakin sonradan bu vədlər unuduldu.

İndi isə Gürcüstan NATO-ya qoşulma yolunda irəliləyir. Monteneqro kimi Gürcüstan da Birləşmiş Ştatların müttəfiqi yox, başqa bir hərbi protektoratı olma xəttindədir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Zombi  

NATO ölmür: O, Zombidir

2019/12/nato_-1575892556.jpg
Oxunub: 1022     16:58     09 Dekabr 2019    