Erməni işğalının ilkin izləri – “Onu tutub, diri-diri ot tayasına bağlayaraq yandırdılar” - Dəhşətli günləri görən şahid danışır

2019/12/62388-1575958726.jpg
Oxunub: 6857     12:21     10 Dekabr 2019    
Hələ lap qədimdən qədim Azərbaycan dövlətlərinin ərazisindən torpaq payı uman tarixi düşmənlərimiz olan ermənilər XX əsrdə “Böyük Ermənistan” xülyası ilə işğallara başladı. Məlumdur ki, Aleksandr Sergeyeviç Puşkinin də “qorxaq” adlandırdığı ermənilər özləri bu cür addımları ata bilməzdi. Anlaşılan budur ki, havadarları və türk qardaşlarımızın dili ilə desək “tasmalarını tutanlar”ın dəstəyi ilə çirkin niyyətlərini reallaşdırmağa çalışırlar.

Beləliklə, Ermənilərin çirkin işğal niyyətinin ilk qurbanı Qazaxın Bağanis Ayrım kəndi oldu. Niyə məhz bu kənd? Axı Bağanis Ayrım Dağlıq Qarabağdan kilometlərlə uzaqda yerləşir. Bəlkə də bu kəndin İcevan-Noyemberyan avtomobil yolu üzərində yerləşməsi düşmən üçün önəmli idi. Bəlkə də böyük işğalın tərkib hissəsi idi...

Hər halda bu sualın cavabı da bu kənddə törədilən soyqrım faktı kimi dünya tarixinin qara səhifələrində qalır. Amma bu kənd artıq 1988-ci ildən erməni işğalçılarının hücumlarına məruz qalırdı. O vaxtdan kənd sakinləri üçün bu cür hücumlar adi gəlirdi. Sıradan bir qanun pozuntusu kimi...

Beləliklə 1988-ci ildən ermənilərin Bağanis Ayrıma saldığı qığılcım 1990-cı ildə alova çevrildi... Həm də elə bir alova ki...O yanğından tüstü çıxmadı... Göyə qalxan isə insan fəryadı idi...

Həmin günlərin mənəvi yarası ilə yaşayan, bu gün də sinəsində Bağanis Ayrım dərdi gəzdirən, hadisələrin mütəmadi şahidi olan və qohumları vəhşiliklərə məruz qalan, həmçinin düşmənə qarşı əliyalın mübarizə aparan şəxslərdən biri, kənd sakini Ocaqverdiyev Səməd Paşa oğlunun Ordu.az-a müsahibəsini təqdim edirik:

- Səməd dayı, salam. Özünüzü oxucularımıza təqdim edin.

- Salam, mən Ocaqverdiyev Səməd Paşa oğlu. 62 yaşım var. Qazaxın qara gün kəndi olan Bağanis Ayrımdanam. Bağanis Ayrımsız 28 ildir süni nəfəslə yaşayıram sanki. Günüm gündən pis gəlir. Yaş da öz sözünü deyir. O vaxt döyüşdə ölmədim. Yəqin tanrı yazmayıb. Amma bu gün mənən ölürəm. Ölsəm nə xoş olardı. Hər gün bədənimdə sanki bir yara açılır. Tez-tez gedirəm Quşçu Ayrım kəndinə. Sağsağanlı qayaya çıxıb xaraba qalan yurduma baxıb, için-için ağlayıb, yarama da duz səpib geri qayıdıram. Əlimdən başqa nə gəlir ki, bala...

- Bağanis Ayrım kəndinin tarixi haqqında nə bilirsiniz ?

- Bu kənd Qazax rayonunun Əskipara inzibati ərazi vahidliyinə daxildir. Həm də Coğaz çayının sahilində yerləşir. Keçmiş adı da Seyid Ayrım olub. Kəndimiz ayrımların Seyidli qolunnan ayrılıb. Hələ o vaxtı salınan Bağanis kəndi yaxınlığında məskunlaşdığımız üçün elə “Bağanis Ayrım” adı götürülüb. “Bağanis” sözünün mənası da Türk dillərindən götürülüb. Əksər türkdilli xalqlarda bağana “köhnə, keçmiş”, “sadəlövh” mənalarını ifadə edir. Kəndin daxil olduğu inzibati ərazi vahidinin adı, yəni Əskiparanın özü də qədim türk dilində “köhnə kənd” mənasını verir. Kənddə də hardasa 100-dən çox ailə idik. Əsas da heyvandarlıq, əkin-tikin işi ilə məşğul idik. O vaxtı elə bağımızın meyvələrini satanda bizə bəs edirdi. Hamı şad-xürrəm yaşayırdı. Kəndin hamısı demək olar ki, bir-biri ilə qohum idi. Kənar kəndlərdən gələnimiz az idi.

- Faciədən əvvəl ermənilərlə münasibətləriniz necə idi ?

- 1988-ci ilə kimi hər şey yaxşı idi. Bizim kənd onların magistralının üzərində yerləşdiyi üçün bizdən alış-veriş edirdilər. Çörəyimizi yeyirdilər. Hər şey yaxşı idi. Sıravi ermənilər həmişə bizlə normal davranırdılar. O vaxta kimi düşmənlər 1988-ci ildə qondarma Sumqayıt hadisələri ilə aranı qatdı. Ondan sonra yenə də biz heç nə haqda düşünmürdük. Başa düşürdük ki, bu cür hadisənin törədilməsi iddiası onların “Böyük Ermənistan” qurması üçün atılan addımların tərkib hissəsi idi. Sadəcə onlar qorxaq millət olduğu üçün bizdən hər zaman ehtiyat edirdilər. Artıq 1989-cu ildən yavaş-yavaş ayaqlarını kəsdilər. Belə başa düşürəm ki, onları öz “böyükləri” törədəcəyi faciə ilə bağlı məlumatlandırırdılar.

- Düşmən necə oldu ki, kəndə hücum etdi ?

- Həmin dövrdə sovet hökümətinin qərarına əsasən, rayonda olan bütün silahlar əhalinin əlindən alındı. Bizim rayonun Ermənistanla 168 km sərhəddi var. 1988-ci ildən bizim kəndə ermənilərin hücumu başladı. Mütəmadi bir qrup erməni gəlib gecə, həyətlərə şüşələrdə yandırıcı maddələr (molotov kokteyli) atırdılar. Ot tayalarına od vururdular. Sabah qalxırdıq ki, filankəsin tövləsi yanıb. Müəammalı səbəbdən... Bunu onda bildik ki, həmin atılan şüşələrin üzərində erməni dilində olan yazı yanmamışdı. Belə-belə xırda cinayətlər törədirdilər. Həmin hadisələrdən sonra biz kəndin düşmənə tərəf olan yerlərində vaqonlar qoyduq. Kəndin kişiləri növbə ilə postlara çıxdıq. Kimi tüfənglə, kimi balta, yava, dəhrə ilə. Çünki əlimiz yalın idi. Amma hiss edirdik ki, bu hücumların axırı yaxşı olmayacaq. Sonradan 1990-cı ilin yazı idi, hamımız Novruz Bayramına hazırlaşırdıq. Həmin gün ermənilər Noyemberyan rayonundan Voskepar kəndinə güclü texnika, xeyli də canlı qüvvə topladı. O vaxt biz tərəfdə də rus polkları var idi. Məlumat verdik ki, ermənilər bu cür hərəkətlər edirlər. Ruslar dedi ki, narahat olmayın. Atəş açsalar, biz də atəş açacağıq. Daha arxayın düşdük.

1990-cı ilin martın 23-dən 24-ə keçən keçə idi. Bir də gördük ki, kəndə dolu kimi güllə, qrad mərmisi yağır...

Getdikcə də səslər yaxınlaşır. Biz də kənddə 120 ailə idik. Sən demə ruslar gecə ilə Kuxetdəki hərbi hissəyə gediblər. Yerdə qalan texnika və şəxsi heyət isə qəsdən qonşu Xeyrimli kəndindən gec gəldilər. Gələndə də dedilər biz onların qabağında dura bilməyəcəyik. Qaçın canınızı qurtarın. Rayon milis şöbəsində cəmi 7 avtomat, 12 nəfər də milis var idi. Onlar da gəldilər. Amma bu da kömək etmədi. Bu avtomatlarla da güclü silahla təchiz edilən ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz idi. Bununla da o zamanki, SSRİ rəhbərliyi azərbaycanlılara qarşı erməni silahlı qüvvələrinin törədəcəyi soyqırıma şərait yaratmış oldu.

1990-cı ilin Novruz bayramının ilk günlərində Bağanıs Ayrım kəndi erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə törətdikləri soyqırımın qurbanı oldu. Həmin ilin mart ayının 23-dən 24-nə keçən gecə Bağanis Ayrımda ilk faciə törədildi. 5 nəfərdən ibarət olan Əsliyevler ailəsi diri-diri ocağa atıldı. Daha bir nəfər kənd sakini də odda yandırıldı. Bir milis serjantı isə həmin gecə bu dəhşətli soyqırımın qurbanı oldu. Kənddə ilk öldürülən isə rəhmətlik Alməmməd Məhərrəmov oldu. O, evdə tək qalmışdı. Onu tutub, diri-diri ot tayasına bağlayaraq yandırdılar. Bir də Dədəş kişinin ailəsini diri-diri yararaq qarınlarına daş doldurub, mal tövləsinə yığıb yandırdılar. Bir nəfər də Məcid adında polis nəfəri şəhid oldu. Bu faciə zamanı 17 ev yandırıldı, 11 ev isə qarət edildi. Sovet əsgərləri həmin an bilə-bilə erməniləri geri çəkilməyə məcbur etmədi. Yenə deyirəm hər şeyi düşünüb etmişdilər. Biz yenə də kənddən çıxmadıq. 1990-cı ilin martında işğal olunan Bağanıs Ayrım kəndindən sakinlər öz doğma yurd-yuvasından didərgin düşdü. Kənd sakinləri rayonun müxtəlif yaşayış məntəqələrində məskunlaşdı. Biz də bax bu binada yerləşdik...

- Bağanis Ayrım kəndi 1990-cı ilin 24 mart tarixində tamamilə işğal edildi?

- Yox, oğul yox, bizim tərəfdə olan ruslar kəndi geri aldılar, hətta ondan sonra bizə kənddə məktəb tikdilər. Dedik ki, daha qurtardı. Hamı evini təmir edib, sentyabrda məktəbə hazırlaşırdı. Biz də binaya gəlmişdik. Avqust ayı idi. Bir də xəbər gəldi ki, kəndə gəlin, ermənilər yenə hücuma keçib. Biz də avtobazadan avtobus alıb kəndə yola düşdük. Gedəndə gördük kənd od tutub yanır. Düşmən artıq ağır texnika ilə kəndə girib. Hansı ki, biz tərəfdən həmin əraziyə ancaq ruslar nəzərət edirdilər. Bundan əvvəl rusun erməni tərəfində olan helikopterləri kəşfiyyat uçuşları etdi ki, buradakı öz texnikalarını vurmasınlar. Avqustun 22-si gününə kimi döyüşdük, dirəndik... Bacarmadıq, ruslar yenə də dedilər ki, qaçın...

Həmin döyüşdə rusların biz tərəfdən baş-leytenantı Lipatovu da ermənilər vurdular öldürdülər. Beləliklə kəndlə əlaqə kəsildi. Ruslar da 1990-cı ilin axırında rayondan tamamilə çıxdılar. Bundan sonra Yuxarı Əskipara kəndini blokadaya saldılar. Sonra da 7 kənd ardıcıl olaraq işğal edildi.

- Bağanis Ayrım kəndi 29 ildir işğaldadır. Kəndinizə qayıtmaq üçün bu gün döyüşə əmri verilsə...?

- ARDINI GƏTİRMƏ! Verilsə nədir ? Bu dəqiqə bu stoldan durub getmək istəyirəm. Bu dəqiqə! Mənim atam “Bağanis Ayrım” deyə-deyə canını tapşırdı. Heç olmasa gözünə o kəndin torpağını ata bilmədim. Mən bu gün bu binada qəfəsdəyəm. Yaşım neçə olur olsun. Birbalaca ayağım yer tutsun kəndim uğrunda döyüşə hazıram. Oğul, xalqımızın başına çox faciələr gətirdilər. Xocalı, 20 Yanvar, 31 mart soyqrımı, hələ tarixə bəlli olmayan qətliamlar. Bağanis Ayrımda olan hadisələr də bir soyqrımdır, bəşəriyyətdə misli görünməmiş bir faciədir...

İstəyirəm ki, bütün dünya bilsin ki, burada törədilən hadisəyə yalnız “soyqrım” adı verilməlidir, bütün dünya da bu vəhşiliklərə şahid olmalıdır...

Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 25 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də hesab edirəm ki, dövlətimiz bu cür faktları rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.

Bala, mən pis oluram...

Ona görə ki, bu gün cəmiyyətimiz Bağanis Ayrım soyqırımına laqeyd münasibət göstərir. Faciə ilə bağlı nə bir xatirə muzeyi mövcuddur, nə anım günləri keçirilir, nə də ki hadisə qurbanları yad olunur. Amma biz əsla ümidsiz deyilik!

Balalarımıza da deyirik ki, siz burada qonaqsınız. Yurdunuz işğal edilib. Ümid edirəm ki, Bağanıs Ayrım soyqırımı da nə vaxtsa öz hüquqi-siyasi qiymətini alacaq, işğalçılara layiqli cəza veriləcək və düşmən tapdağında olan torpaqlarımız,kəndimiz də azad ediləcək. 39 günlük körpəmizi odda dir-diri yandıran erməniləri bağışlamaq olarmı? Amma yenə də bir də müharibə olmasın deyə bu gün mən də sülh istəyirəm...

Amma bir daha erməni adlı bir millətə əvvəlki kimi qonşu deyə bilmərəm.

Bircə Allahdan arzulayıram ki, son nəfəsim doğma yurdumda, Bağanis Ayrımda canımdan çıxsın...

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bağanis-Ayrım   Erməni-vandalizmi   İşğal   Soyqırım  

Erməni işğalının ilkin izləri – “Onu tutub, diri-diri ot tayasına bağlayaraq yandırdılar” - Dəhşətli günləri görən şahid danışır

2019/12/62388-1575958726.jpg
Oxunub: 6858     12:21     10 Dekabr 2019    