Ermənistan MTX-nin sənədlərini kim və nə üçün məhv etmə göstərişi verib?

2019/09/00-10-1568800399.jpg
Oxunub: 744     19:01     09 Dekabr 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məhv etdiyi sənədlərlə bağlı bəzi detallar mətbuata məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, MTX-nin Konstitusiya, ictimai asayişin qorunması, terrora qarşı baş mübarizə idarəsinin qeyd edilən iş üzrə sorğu-sual edilmiş sabiq rəisi, general-mayor Tiqran Barseğyan məhv edilmiş sənədlərin “1 Mart” işi ilə birbaşa bağlı olduğunu deyib.

Onun sözlərinə görə, 2008-ci ildə martın 1-i səhər 6-da güc tətbiq edilməmişdən əvvəl MTX-nin sabiq direktoru Qorik Hakobyan bəzi əsaslar yaratmağı tapşırıb, lakin o, imtina edib və Robert Köçəryanla Serj Sarkisyanın güc tətbiq etməklə bağlı göstərişlərini həyata keçirmək üçün qərar qəbul edib.

“İfadə vermişəm və “1 Mart” işi ilə bağlı. Robert Köçəryan və Serj Sarkisyanın eybəcərliyini bu münasibətlə açıqlamışam ki, onlar qəsdən xalqı ölümə apardılar”,- deyə general-mayor bildirib.

Məlum olur ki, MTX-də güc tətbiq etmək əsasları bir qədər gec, aprel-may aylarında arayışlar təşkil edilərək yaradılıb.

“Bundan sonra Qorik Hakobyan mənə bu sənədlər əsasında arxa planda yazı hazırlamağı, onu polisə göndərməyi tapşırdı. Biz onları Hayk Harutyunyana göndərdik”, - deyə o qeyd edib.

Barseğyanın sözlərinə görə, bu sənədlərin orjinalları MTX-nin seyfində saxlanılıb və o, artıq MTX-də olmayanda məhv edilib.

“Ya Kotoyan, ya da Qorik Hakobyan məhv edib. Mümkündür ki, sənədləri Karapet Davtyanın göstərişi ilə Kotoyan məhv edib, yaxud Qorik Hakobyan Karapet Davtyana çatmasına icazə verməyib”, - deyə general-mayor bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MTX   1-Mart  

Ermənistan MTX-nin sənədlərini kim və nə üçün məhv etmə göstərişi verib?

2019/09/00-10-1568800399.jpg
Oxunub: 745     19:01     09 Dekabr 2019    