“1 Mart” işi üzrə ittiham edilən Ermənistan polis qoşunlarının sabiq qərargah rəisinin işi bağlanacaq

2019/12/gexam-1575879544.jpg
Oxunub: 703     16:57     09 Dekabr 2019    
Məlum olduğu kimi, avqustun 4-də “1 Mart” işi üzrə müttəhim Ermənistan polis qoşunlarının sabiq qərargah rəisi Qeğam Petrosyan “İrəvan Mərkəz” cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Artıq 4 ay keçib və bir neçə gün bundan öncə erməni vəkil Vağarşak Gevorqyan hüquq-mühafizə orqanları ilə əlaqə yaradaraq onun müştərisi barədə açılmış cinayət işi üzrə nə baş verdiyini anlamağa çalışıb.

Gevorqyana cavab verilib ki, onun müştərisi barədə hər hansı istintaq əməliyyatı aparılmayıb.

Gevorqyan bildirib ki, böyük ehtimalla onun müştərisi barədə olan cinayət təqibi dayandırılacaq və cinayət işi qısaldılacaq.

Xatırladaq ki, Qeğam Petrosyan 2008-ci il martın 1-də odlu silahdan istifadə edərək Zakar Hovhannisyanı öldürməkdə ittiham edilir. Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: 1-Mart  

“1 Mart” işi üzrə ittiham edilən Ermənistan polis qoşunlarının sabiq qərargah rəisinin işi bağlanacaq

2019/12/gexam-1575879544.jpg
Oxunub: 704     16:57     09 Dekabr 2019    