Almaniyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi mümkündür”

2019/12/Uve-H-1575879267.jpg
Oxunub: 651     15:28     09 Dekabr 2019    
“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi mümkündür”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu almaniyalı politoloq Uve Halbax Qarabağ məsələsi ətarfında son günlərdə genişlənən hadisələrə və son danışıqlar görüşünə toxunarkən deyib.

Siyasi analitik Uve Halbaxın sözlərinə görə, tərəflərin nazirlər səviyyəsində növbəti görüş vaxtını müəyyənləşdirməsinə baxmayaraq, danışıqlar və ya görüşlər təhlükə altına düşə bilər.

Onun sözlərinə görə, vasitəçilər yaxud ayrı-ayrı siyasi xadimlər sərt ritorikadan çəkinmək, müsbət atmosfer yaratmaq zərurəti haqqında danışdıqda yarana biləcək təhlükələrdən yayınmağa çalışırlar.

“Tərəflər adətən bu qanunu qoruyurlar və bu dəfə də bunu etdilər. Düşünmürəm ki, bunun nəticəsində indi nikbinlik ifadə etmək fürsətinə malikik. Biz bir daha əmin olduq ki, hər iki tərəfdən güzəştlər vasitəsilə problemi həll etmək hazırlığı, razılığı yoxdur. Bu, ən pisi də daxil olmaqda istənilən ssenaridən danışmağa imkan verir. Əlbəttə, bu təəssüfvericidir, ümid edək ki, tərəflər vəziyyəti gərginləşdirməkdən yayınacaqlar”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, gərginlikdən yayınmaq üçün hər bir imkanı istifadə etmək lazımdır.

Halbax qeyd edib ki, Rusiya ənəvi olaraq oynadığı rolu həyata keçirir.

“Rusiya ənənəvi olaraq oynadığı rolu həyata keçirir və həyata keçirməyə davam edəcək. Bu gün mövcud vəziyyət nikbinliyə əsas vermir. Regionda gərginlik mümkündür”, - deyə alman politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Danışıqlar  

Almaniyalı ekspert: “Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi mümkündür”

2019/12/Uve-H-1575879267.jpg
Oxunub: 652     15:28     09 Dekabr 2019    